Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

Tramp Çindən istədiyini almadı Müharibə olacaq?

Tramp Çindən istədiyini almadı Müharibə olacaq?

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar bir neçə gün əvvəl bildirib ki, ABŞ-la İran arasında münaqişənin sona çatması üçün diplomatik təşəbbüslər aktiv şəkildə davam edir. O, İslamabadda aparılan məsləhətləşmələrin sülh yolu ilə nəticə verəcəyinə ümid etdiyini söyləyib. Dar həmçinin prosesin bir neçə ölkə tərəfindən dəstəkləndiyini və diplomatik kanalların açıq qaldığını vurğulayıb.

Bakupost.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, buna baxmayaraq, ABŞ-la İran arasında danışıqlarda irəliləyiş yoxdur:

“Əksinə, ABŞ və İran bir-birinə göndərdikləri təklifləri rədd edirlər. İslamabad tərəfləri görüşdürməyə və heç olmazsa ikisi arasında yazışmaların davamına çalışsa da, ortada real nəticə yoxdur. Vaşinqton və Tehran Pakistanın vasitəçilik təşəbbüslərinə “yox” demirlər, ancaq tərəflər arasında İslamabadda birinci görüşdən sonra ikinci görüş baş tutmayıb.

Pakistanın vasitəçiliyi Çinin işinə yarayır. İkisi arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Pekin İslamabadın vasitəçiliyinin müsbət nəticə verəcəyinə ümidlidir. ABŞ Prezidenti Donald Trampın Pekində Çin lideri Si Szinpinlə görüşündə bir daha aydın oldu ki, Çin qısa müddətdə Hörmüz boğazı probleminin həllini istəyir. Vaşinqton da boğazda tankerlərin azad hərəkətinin bərpasında maraqlıdır. Ancaq bunun üçün Vaşinqtonla Tehran arasında razılaşmanın əldə olunması vacibdir. Bu isə hələ ki, mümkün deyil. Pekin isə Hörmüz boğazının açılması məqsədilə Tehrana təzyiq etmək fikrindən uzaqdır. Bu baxımdan Donald Tramp Si Szinpinlə görüşünün nəticələrindən son dərəcə məmnun qaldığını söyləsə də, tərəflərin İran məsələsində mövqeləri fərqlidir.

Bu arada, Donald Trampdan fərqli olaraq, Konqresdə Pakistanın vasitəçiliyindən narazılıq edənlər var. ABŞ-ın respublikaçı senatoru Lindsi Qrehem Pakistanın vasitəçi roluna şübhə ilə yanaşdığını bildirib. Senator Pakistanı “İrana yaxın davranmaqda” ittiham edib. Qrehem bildirib ki, əgər İranın hərbi obyektlərini qorumaq üçün İran təyyarələri həqiqətən Pakistan bazalarında yerləşdirilibsə, o zaman Vaşinqton başqa vasitəçi axtarmalıdır. “Pakistana mümkün olan qədər etibar etmirəm. Belədirsə, başqa vasitəçi tapmalıyıq. Təəccüblü deyil ki, bu təşəbbüs nəticə vermədi”, – deyə senator vurğulayıb.

Belə bir məlumat da yayılıb ki, İran tərəfinin Pakistana ötürdüyü tələblər ABŞ-a yumşaldılaraq göndərilib. Bu isə bir müddət əvvəl Vaşinqtonda belə bir görüntü yaradıb ki, Tehran Ağ Evin tələblərini qəbul etməyə hazırdır, gerçəkdə isə İrandakı rejim tələblərindən vaz keçməyib”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 May 2026 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see234

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see219

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see212

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see212

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see209

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see205

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Xaçmazda ağır qəza: 6 nəfər xəsarət aldı

27 Sentyabr 2026 23:21see155

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Türkiyə malları İsrail marketlərində necə peyda oldu? İnanılmaz FOTOLAR

27 Sentyabr 2026 22:15see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri