Tramp DOGE a İlon Maskın fəaliyyət sahələrini yoxlamağı təklif edir
Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Doğru.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp iş adamı İlon Maskın rəhbərlik etdiyi sahələrin ABŞ Hökumətin Səmərəliliyi Departamenti (DOGE) tərəfindən yoxlanmasını təklif edib.
O, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib:
“Elon Mask məni prezidentliyə bu qədər güclü şəkildə dəstəkləməzdən çox əvvəl bilirdi ki, mən elektrikli avtomobil mandatına qarşı idim… Raketlər, peyklər və ya elektrikli avtomobil istehsalı olmasaydı, ölkəmiz bir sərvətə qənaət edərdi. Bəlkə də DOGE bu sahələrə ciddi nəzər salmalıdır”, – deyə Tramp bildirib.
Qeyd edək ki, bundan əvvəl İlon Mask ABŞ Konqresində qəbul edilən xərcləmə qanun layihəsini tənqid etmişdi. O, “X” sosial şəbəkəsində paylaşım edərək, sənədin qəbul olunacağı təqdirdə yeni siyasi qüvvə – “Amerika” partiyasının yaradılacağını bildirib.
Bundan əvvəl o, Trampın büdcə layihəsini respublikaçılar üçün “siyasi intihar” adlandırmışdı.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 01 İyul 2025 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















