Icma.az
close
up
RU
Tramp dostu Putindən sarsıdıcı zərbə aldı: ABŞ Rusiyaya dağıdıcı sanksiyalarla cavab verəcək

Tramp dostu Putindən sarsıdıcı zərbə aldı: ABŞ Rusiyaya dağıdıcı sanksiyalarla cavab verəcək

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident Donald Tramp Rusiya lideri Vladimir Putinlə anlaşmağın mümkün olmayacağı qənaətinə gəlməyə başlayıb, çünki Kreml sahibi istənilən güzəştin ardınca, qarşı tərəfdən daha artığını tələb etmək vərdişindən geri çəkilmir... Tramp administrasiyasının tezliklə indiyə qədər buraxılan taktiki səhvlərdən ciddi nəticə çıxaracağı, ABŞ-ın Ukraynaya hərbi dəstəyi yenidən bərpa edəcəyi, Rusiyaya isə daha dağıdıcı sanksiyaların tətbiq olunacağı gözlənilir...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşı qlobal məkanda situasiyanın qəlizləşməsinə münbit şərait yaradır. Belə ki, bu hərbi böhran bəzi ənənəvi müttəfiqləri bir-birindən uzaqlaşdırıb. Eyni zamanda, bu savaş ətrafında strateji maraqların kəsişməsi bəzi qlobal rəqibləri də yaxınlaşdırmağa başlayıb. Yəni, hazırda Ukrayna savaşı qlobal məkanda cərəyan edən geopolitik proseslərin əsas istiqamətlərini böyük ölçüdə müəyyən edir. Və bu, istənilən halda, mövcud dünya düzənini ciddi təhdidlər qarşısında buraxır.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşı ucbatından ABŞ-ın kollektiv Qərblə münasibətlərində ciddi problemlər yaranıb. Tramp administrasiyası Ukrayna savaşına yönəlik kollektiv Qərbin siyasi-ideoloji və hərbi mövqeyindən kifayət qədər uzaqlaşıb. İndi NATO üzvü olan Avropa Birliyi ölkələrinin böyük əksəriyyəti ABŞ-la ənənəvi müttəfiqlik prinsiplərinə qətiyyən güvənmirlər. Və bu baxımdan, indi ABŞ-ın kollektiv Qərbi ciddi şəkildə parçalamaqda olduğu o qədər də təəccüb doğurmur.

Məsələ ondadır ki, Ağ Evin yeni prioritetlərindən narahat olan Avropa Birliyi ölkələri ABŞ-ın iştirakından kənar hərbi təhlükəsizlik sisteminin qurulmasına cəhd göstərirlər. Yəni, Avropa Birliyi məkanın təhlükəsizliyi üçün fərqli hərbi müdafiə modeli hazırlanır. Bu məkana nəzarət vərdişləri olan ABŞ isə bütün bu baş verənləri sadəcə, kənardan müşahidə etməyi üstün tutur. Və bu o deməkdir ki, ABŞ-ın Tramp administrasiyası tərəfindən müəyyən olunmuş yeni strateji prioritetlərində Avropa Birliyinin təhlükəsizliyi ilə bağlı Ağ Evin ənənəvi hərbi məsuliyyətinə yer ayırmağa ehtiyac duyulmayıb.

Maraqlıdır ki, Tramp administrasiyasının hakimiyyətə gəldiyi vaxtdan üzü bəri atdığı addılmlar və verdiyi qərarlar da bu reallığı birmənalı şəkildə təsdiqləyir. Əvvəlcə Tramp administrasiysı bütün potensialını Rusiya ilə anlaşma əldə olunmasına yönəltdi. Hətta Ukraynanın Rusiya ilə bölüşdürülməsinin mümkünlüyü belə, gündəmə gətirildi. Kreml isə Tramp administrasiyasının bu mövqeyindən tamamilə məmnun idi. Və ABŞ-ın maksimal güzəşt mövqeyindən çıxış etməsi isə Rusiya siyasi dairələrinin şirniklənməsinə səbəb oldu.

Elə ona görə də, Ukrayna savaşının dayandırılması üzrə müzakirələrdə ABŞ və Rusiya arasında anlaşma baş tutmadı. Çünki Ağ Ev güzəştə getdikcə, Kreml daha çox şərt-tələblər irəli sürdü. Eyni zamanda, Ağ Evi şantaj etməyə xüsusi həvəs göstərən Kreml Rusiyanın şərtlərini ABŞ-a qəbul etdirmək üçün Ukraynaya daha ağır hərbi zərbələr endirməyə üstünlük verdi. Və nəticədə Tramp administrasiyası nəhayət ki, Kremllə müzakirələrin iflasa uğradığını anladı, ABŞ-ın bu prosesdən geri çəkildiyini rəsmən elan etmək məcburiyyətində qaldı.

Ancaq Kreml aqressiya yüklü hərbi manevrlərini yeni mərhələyə keçirtdi. Üstəlik, ABŞ-ın Ukrayna savaşı ilə bağlı nizamlanma prosesindən kənarda qalmasında maraqlı olduğunu qabartmağa çalışdı. Daha çox rəsmi Kiyevlə birbaşa ikitərəfli formatda sülh müzakirələrini ön plana keçirtməyə cəhd göstərdi. Düzdür, Kreml öz sərhədsiz aqressiyası ilə bu prosesi də iflasa uğratdı. Halbuki, Ağ Evi də müəyyən seçim qarşısında buraxmağı da bacardı.

Məsələ ondadır ki, Kremlin sülh prosesini iflasa uğratması, Ukrayna savaşının daha da intensivləşməsi, bu hərbi böhranı həll edəcəyini vəd etmiş Tramp administrasiyasının, eləcə də, ümumiyyətlə, ABŞ-ın beynəlxalq nüfuzunu sarsıtmağa başlamışdı. Ona görə də, prezident Donald Tramp ABŞ-ı yenidən müzakirə masasına qaytararaq, Ukaryna savaşının nizamlanması cəhdlərini bərpa etmək qərarına gəldi. Və üstəlik, Tramp administrasiyası bu dəfə də taktiki səhvə yol verərək, Kremlin şirnikləndirilıməsinə cəhd göstərdi.

Tramp administrasiyası əvvəlcə ABŞ-ın hərbi anbarlarında silah-sursat və hərbi texnika ehtiyatının tükənmək üzrə olduğunu bəhanə edərək, Ukraynaya hərbi dəstəyi tamamilə dayandırdı. Yəni, Ağ Ev Kremli məmnun etmək, dilə tutmaq üçün Ukraynanı Rusiyanın önünə atmağa hazır olduğunu biruzə verməkdəydi. Eyni zamanda, Tramp administrasiyası həm Avropa Birliyinin, həm də ABŞ siyasi elitasının narazılığına əhəmiyyət verməyərək, Rusiyanın bəzi banklarına qarşı sanksiyaları da ləğv etdi. Və buna paralel olaraq, bəzi strateji sahələr üzrə ABŞ-ın Rusiya ilə ticari əməkdaşlığını bərpa edə biləcəyinin açıq mesajını da verdi.

Təbii ki, Ağ Evin bu davranışı, ABŞ-ın artıq yalnız Ukraynanı deyil, elə Avropa Birliyini də Rusiyanın önünə atmaq niyyətində olduğunu göstərirdi. Çünki Avropa Birliyi indiyə qədər Rusiyaya qarşı çox sayda ağır iqtisadi sanksiyalar tətbiq edib. Üstəlik, Avropa Birliyi yaxın gələcəkdə məhz Rusiyanın hərbi təcavüzündən yayınmaq üçün yüzmilyardlarla avro vəsait xərcləmək məcburiyyətində qalıb. Və ABŞ-ın Rusiyanın gücləndirilməsinə yönəlik addımları yalnız Ukrayna deyil, elə Avropa Birliyi üçün də arxadan zərbə xarakteri daşıyır.

Ancaq Tramp administrasiyasının Kremlə yönəlik bu şirnikləndirici manevrlərinin nəticəsiz qalmasının aydınlaşması üçün o qədər də çox gözləmək lazım gəlmədi. Belə ki, prezident Donald Trampın özünə dost hesab etdiyi Rusiya lideri Vladimir Putinlə telefon danışığı real situasiyanı təsəvvür etməyə imkan verir. Çünki Kremldən verilən açıqlamada, prezident Vladimir Putinin Ağ Ev sahibi Donald Trampa Rusiyanın Ukrayna savaşının başlamasına səbəb olan problemlərin aradan qaldırılmasına davam edəcəyini bildirdiyi vurğulanır. Və bu, o deməkdir ki, savaş yalnız ABŞ-ın Rusiyanın bütün şərtlərini qəbul edib, yerinə yetirəcəyi təqdirdə, dayandılıla bilər.

Ancaq Ağ Evin bunu bacara biləcəyi qətiyyən inandırıcı göürünmür. Belə ki, Rusiyanın mövcud şərtləri dolayısı ilə Kremlin Ukraynanı bütövlükdə istədiyini biruzə verir. ABŞ-ın isə belə bir absurd istəyi icra etmək şansı yoxdur. Ona görə də, Qərb siyasi dairələri prezident Donald Trampın olduqca məyus duruma düşdüyü bildirirlər. Ağ Ev sahibinin telefon danışığından sonra prezident Vladimir Putini ciddi şəkildə tənqid etməsi də vəziyyətin kifayət qədər qəliz olduğunu göstərir. Çünki prezident Vladimir Putinin savaşı dayandırmaq niyyətinin olmadığı ilə bağlı qənaətə gələn Ağ Ev sahibi Donald Tramp bu mövzunu tezliklə Ukrayna lideri Volodimir Zelenski ilə müzakirə edəcəyini bildirib.

Belə anlaşılır ki, prezident Donald Tramp Rusiya lideri Vladimir Putinlə anlaşmağın mümkün olmayacağı qənaətinə gəlməyə başlayıb. Çünki Kreml sahibi istənilən güzəştin ardınca daha artığını tələb etmək vərdişini qətiyyən gizlətmir. Ona görə də, yaxın vaxtlarda Tramp administrasiyasının taktiki səhvlərdən imtina edə biləcəyi istisna olunmur. Bəzi ehtimallara görə, Ağ Ev ABŞ-ın Ukraynaya hərbi dəstəyini yenidən bərpa edə bilər. Və eyni zamanda, Rusiyaya qarşı iqtisadi sanksiyaların dağıdıcı kateqoriyaya keçirilə biləcəyi də mümkün hesab olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 İyul 2025 22:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri