Icma.az
close
up
RU
Tramp düyməni basdı Yeni qərarın hədəfində Azərbaycan da var

Tramp düyməni basdı Yeni qərarın hədəfində Azərbaycan da var

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinin xarici tələbə qəbuluna icazəni dayandırıb. Məlumata görə, bu qərar təkcə Harvardla məhdudlaşmaya bilər – Trampın digər universitetlərə də beynəlxalq tələbələri qəbul etməyi qadağan edəcəyi ehtimal olunur. Sözügedən qərar ümumilikdə, həm ABŞ daxilində, həm də beynəlxalq səviyyədə ciddi narahatlıq doğurub.

Azərbaycandan bu universitetlərə qəbul olunan tələbələr varmı? D.Trampın təhsil “irqçiliyi”nin səbəbi nə ola bilər?

Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, son qərar yalnız ABŞ daxilində deyil, bütün dünyada ali təhsilin beynəlxalq xarakterinə və gənclərin təhsil hüququna qarşı ciddi təhlükədir:

“Bu, xüsusilə inkişaf etməkdə olan ölkələrdən, o cümlədən Azərbaycandan ABŞ-ın prestijli universitetlərinə qəbul olunmuş tələbələri birbaşa hədəfə alır. Rəsmi açıqlamalarda Tramp bu addımı “daxili təhlükəsizlik”, “resursların qorunması” və “amerikalılar üçün iş yerlərinin açılması” kimi populist arqumentlərlə əsaslandırır. Amma qərarın arxasında gizlənən ideoloji xətt, yəni təhsildə milli üstünlükçülük və qapalı sistem yaratmaq cəhdi qlobal təhsil sisteminə açıq siyasi hücumdur. Statistik göstəricilərə əsasən, Harvard Universitetində təhsil alan 6800 əcnəbi tələbə 100-dən çox ölkədən gəlir. ABŞ Beynəlxalq Təhsil İnstitutunun (IIE) 2022-ci il məlumatına görə, ölkədəki beynəlxalq tələbələrin ölkə iqtisadiyyatına illik töhfəsi 32 milyard ABŞ dollarından artıqdır və onların fəaliyyəti 300 mindən çox iş yerinin formalaşmasına səbəb olur”.

Kamran Əsədov

Ekspert bildirib ki, bu qərar ölkəmiz üçün bir neçə istiqamətdə təhlükəli nəticələr doğura bilər:

“Bu universitetlərə qəbul olunan azsaylı, lakin yüksək akademik göstəricilərə malik azərbaycanlı tələbələrin təhsil və karyera imkanları məhdudlaşacaq. Bu tələbələr arasında yalnız zəngin ailələrin övladları deyil, həm də beynəlxalq təqaüdlər qazanmış, öz qabiliyyəti ilə uğur əldə etmiş gənclər var. Belə tələbələrin yolu bağlandıqda, Azərbaycanın intellektual kapital ixracı azalacaq, ölkənin gələcək elmi, iqtisadi və siyasi potensialı zəifləyəcək. Lakin bu, Azərbaycan daxilində ali təhsilin keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq üçün təkan rolunu da oynaya bilər. Əgər xaricə təhsil imkanları məhdudlaşarsa, yerli universitetlər beynəlxalq proqramlar, ikili diplom razılaşmaları, təqaüdlü qəbullar və keyfiyyətli fakültə heyəti ilə yerli tələbələri cəlb etməyə məcbur olacaq. Nəticədə ölkədə “təhsildə beyin axını”na qarşı alternativ çıxış yolları formalaşar”.

K.Əsədov qeyd edib ki, Trampın siyasəti ABŞ-ın təhsil brendi və beynəlxalq imicinə ciddi zərbə vuracaq:

“Tələbələr artıq bu ölkəni alternativsiz təhsil məkanı kimi görməyəcək. Nəhayət, ABŞ universitetlərinin qlobal reytinqlərində və tədqiqat potensialında tənəzzülü yaşanacaq. Azərbaycandan olan tələbələr də bu məhdudiyyətlərə qarşı fərqli ölkələrə – xüsusilə Böyük Britaniya, Niderland, Almaniya, Kanada və hətta Cənubi Koreya kimi ölkələrə yönəlməyə başlayacaq”.

Günay Rəsulqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 May 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri