Icma.az
close
up
RU
Tramp əmr verdi Nüvə raketləri daşıyan qayıqlar Rusiya YAXINLIĞINDA

Tramp əmr verdi Nüvə raketləri daşıyan qayıqlar Rusiya YAXINLIĞINDA

Icma.az bildirir, Modern.az portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın “iki atom sualtı qayığının müvafiq regionlara göndərilməsi” barədə verdiyi açıqlama beynəlxalq medianın diqqət mərkəzinə düşüb.

O, bu addımı Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin nüvə sisteminə dair bəyanatlarına cavab olaraq atdığını bildirib.

“Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin təxribat xarakterli bəyanatlarına cavab olaraq, mən müvafiq ərazilərdə iki nüvə sualtı qayığının yerləşdirilməsinə göstəriş vermişəm. Sözlər çox vacibdir və tez-tez gözlənilməz nəticələrə səbəb ola bilər. Ümid edirəm ki, bu, o hallardan biri deyil”,- deyə Tramp özünün soaial media hesabında yazıb.

Sualtı qayıqların tam olaraq hara yerləşdirildiyi məlum deyil.  ABŞ mediasının yazdığına görə, Trampın “atom sualtı qayığı” dedikdə konkret hansı sinifdən danışdığı və bu qayıqların dəqiq haraya göndərildiyi bəlli deyil. “Reuters” analitikləri bildirirlər ki, ABŞ-ın bu tip qayıqları onsuz da daim Rusiyaya yaxın sularda mövcuddur və onların mövqeyini dəyişmək xüsusi yeni təhdid kimi qəbul edilmir.

“The New York Times” isə yazır ki, ABŞ Hərbi Dəniz Qüvvələri və Pentaqon öz atom sualtı donanmalarının hərəkətlərini çox ciddi şəkildə gizli saxlayır, bu səbəbdən qayıqların konkret hara göndərildiyini yoxlamaq mümkün deyil.

ABŞ-ın nüvə silahı daşıyan sualtı qayıqları

Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin istifadəsində olan ən əsas strateji nüvə platforması “Ohio” sinifli ballistik raket daşıyan sualtı qayıqlardır. Məlumata görə, ABŞ donanmasında 14 ədəd “Ohio”sinif strateji nüvə qayıq (SSBN) xidmət göstərir. Hər bir belə qayıq 12 ədəd “Trident II D5” tipli ballistik raket daşımaq imkanına malikdir. Hər raket öz növbəsində birdən çox ayrı-ayrılıqda hədəflənən nüvə başlıqları ilə təchiz oluna bilər. “Trident” raketlərinin təxminən 12 min kilometr məsafəyə qədər uçuş imkanının olduğu qeyd edilir ki, bu da dünyanın istənilən regionuna zərbə endirmək üçün yetərlidir.

Bundan əlavə, ABŞ-ın “Virginia” və “Seawolf” sinifinə aid hücum təyinatlı atom sualtı qayıqları da mövcuddur. Bu qayıqlar ballistik deyil, qanadlı “Tomahawk” raketləri ilə silahlanıb və əsasən taktiki əməliyyatlar, xüsusi təyinatlıların daşınması və kəşfiyyat üçün nəzərdə tutulub. Bəzi hallarda bu qayıqlarda nüvə başlıqlı “Tomahawk” raketləri də yerləşdirilə bilər.

Trampdan 7 ildən sonra ilk...

Bu bəyanat Trampın nüvə silahı kontekstində verdiyi ilk açıq rəsmi ritorik siqnaldır. Sonuncu dəfə Tramp 2018-ci ildə Şimali Koreya lideri Kim Çen Ina qarşı bənzər ritorikadan istifadə edib. Bu dəfə isə o, faktiki olaraq icra səlahiyyəti olmayan şəxs – Dmitri Medvedevin bəyanatlarına cavab verir.

CNN qeyd edir ki, Medvedevin Rusiya hökumətində faktiki icra səlahiyyətləri yoxdur və onun nüvə silahına nəzarəti də yoxdur. Lakin bu məlumat Trampı öz ritorikasında sərt mövqe sərgiləməkdən çəkindirmir.

Bir çox ekspertlər Trampın bu addımını rəmzi və siyasi siqnal kimi qiymətləndirir. ABŞ-ın bu qayıqlara sahib olması və onların hər an cavab zərbəsi endirmək imkanına malik olması onsuz da məlum fakt idi. Yeni olan isə Trampın bunu açıq şəkildə bəyan etməsi və bununla Medvedevin təxribatçı ritorikasına cavab verməsidir.

"Bloomberg" bildirir ki, Trampın Rusiyaya qarşı sərt ritorikasının ardınca iqtisadi addımların da gəlməsi mümkündür. Belə ki, ABŞ prezidenti bu bəyanatını neft qiymətlərinin azalması fonunda səsləndirib və Moskva ilə neft ticarəti aparan ölkələrə qarşı yeni tariflərin tətbiqi ehtimalı da gündəmə gəlib.

Modern Təhlil və Araşdırma Qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Avqust 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri