Ədalət Partiyasında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa keçirildi FOTOLAR
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Yanvarın 17-də Ədalət Partiyasının qərargahında “Yeni dünya düzənində Türk dövlətlərinin yeri və rolu” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Ədalət Partiyasının sədri Mütəllim Rəhimli müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər fonunda Türk dövlətlərinin artan siyasi, iqtisadi və mədəni rolundan bəhs edib. O, Türk dünyasının qarşılıqlı əməkdaşlıq və inteqrasiya imkanlarının genişləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb.
Daha sonra məruzə ilə çıxış edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Türk Xalqlarının Fəlsəfi Fikir Tarixi və Müasir Fəlsəfəsi şöbəsinin müdiri Faiq Ələkbərli yeni qlobal siyasi proseslər kontekstində Türk dövlətlərinin mövqeyi, Türk Dövlətləri Təşkilatının rolu və gələcək perspektivləri barədə ətraflı məlumat verib.
Dəyirmi masa çərçivəsində aparılan müzakirələrdə yeni dünya düzənində Türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Müzakirələrdə Əhəd Məmmədli (AK Partiya sədrinin birinci müavini), Xəzər Teyyublu (Sosial Hüquqların Müdafiə Mərkəzinin sədri), Çingiz Abbasov (Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini), Elman Bağırov (Ədalət Partiyasının ideoloji işlər üzrə sədr müavini), Rafiq Əsədli (Ədalət Partiyasının Humanitar məsələlər üzrə sədr müavini) və şair Rəfail Həbiboğlu çıxış edərək mövzu ilə bağlı fikir və təkliflərini bölüşüblər.
Tədbirin sonunda səsləndirilən fikirlər ümumiləşdirilərək Türk dövlətləri arasında birliyin və həmrəyliyin gücləndirilməsinin vacibliyi qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 17 Yanvar 2026 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















