Tramp Kaliforniyadakı yanğınları nüvə zərbəsinin nəticələri ilə müqayisə etdi
Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles qraflığında tüğyan edən meşə yanğınlarının nəticələri nüvə zərbəsinin vurduğu zərəri üstələyir.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın yeni prezidenti Donald Tramp deyib.
"Vəziyyət televiziyada gördüyünüzdən daha pisdir. İnanıram ki, orada nüvə hücumunun nəticələrindən daha çox dağıntı var" - deyə, Tramp "Newsmax"a bildirib.
O, ölənlərin sayının sonradan nəzərəçarpacaq dərəcədə artacağını deyib.
Yanvarın 7-də Los-Anceles dairəsində meşə yanğınları başlayıb. Yanğının sürətlə yayılmasına səbəb quraqlıq və çox küləkli hava olub. Yanğınların ümumi sahəsi 16 min hektarı ötüb. Yanğın 12,3 mindən çox binanı, o cümlədən məşhurların mülklərini məhv edib. Baydenin oğlu Hunter, aktrisa və model Paris Hilton, aktyor və rejissor Mel Gibsonun evləri yanıb. Son məlumatlara görə, 24 nəfər ölüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 14 Yanvar 2025 08:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















