Icma.az
close
up
RU
Tramp Kiyevə yüksək səviyyəli hərbi nümayəndə heyəti göndərib Yeni sülh planı hazırlanır...

Tramp Kiyevə yüksək səviyyəli hərbi nümayəndə heyəti göndərib Yeni sülh planı hazırlanır...

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Rusiya - Ukrayna müharibəsinin dayandırılması üzrə danışıqlara yeni təkan vermək məqsədilə Pentaqonun yüksək səviyyəli nümayəndə heyətini Kiyevə göndərib.

“AzPolitika” bildirir ki, bu barədə “Wall Street Journal” və “Politico” nəşrləri diplomatik mənbələrinə istinadla xəbər yayıblar.

Məlumata görə, heyətdə ABŞ Ordusunun naziri (ABŞ Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən və xüsusilə Quru Qoşunlarının idarə olunmasına məsul olan sivil rəhbərdir) Dən Driskoll və Ordu Qərargahının rəhbəri Rendi Corc yer alır. Onların Ukrayna rəhbərliyi, o cümlədən Prezident Volodimir Zelenski ilə görüşməsi planlaşdırılır. Daha sonra Driskollun Rusiya nümayəndələri ilə də görüşəcəyi bildirilir, lakin vaxt və yer barədə məlumat açıqlanmayıb.

Media yazır ki, belə qərar Moskvanın hərbi vasitəçilik yolu ilə danışıqlara daha açıq yanaşa biləcəyi düşüncəsindən irəli gəlib.

Driskoll sivil şəxsdir və əsasən ABŞ ordusunun maddi-texniki təminatına cavabdehdir. O, Prezidentin sərəncamına əsasən Müdafiə naziri Pit Heqsetə tabedir və kabinet üzvü deyil. Məlumata görə, Driskoll vitse-prezident J.D. Venslə eyni kursda oxuyub. Heyətin səfəri hələ rəsmi olaraq Ağ Ev və Pentaqon tərəfindən təsdiqlənməyib, lakin bu məlumatlar müharibənin dayandırılması üzrə danışıqların aktivləşməsi ilə bağlı xəbər və açıqlamalar fonunda yayılıb.

“Axios” nəşri isə xəbər verir ki, ABŞ və Rusiya nümayəndələri gizli məsləhətləşmələr aparır və yeni sülh planı hazırlanır. Planda 28 maddə yer alır və bu, qismən Trampın Qəzza sektorunda sülh əldə etmək planından ilhamlanıb.

Məlumata görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff planı Kremlin nümayəndəsi Kirill Dmitriyev və Ukrayna Milli Təhlükəsizlik Şurasının rəhbəri Rüstəm Ümerov ilə müzakirə edib. Dmitriyev “Axios”a açıqlamasında görüşləri təsdiqləyib. ABŞ Prezidenti Tramp hələ də hər iki tərəfi sülhə çağırır və ümid edir ki, Rusiya, üzərinə göstərilən təzyiq nəticəsində müharibəni dayandırmağa məcbur olacaq.

Qeyd olunur ki, ABŞ və Rusiya prezidentlərinin Budapeştdə görüşünün ləğvindən sonra yüksək səviyyəli rəsmi kontaktlar barədə məlumat verilməyib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Noyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see337

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see211

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see190

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see183

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see181

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see175

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see171

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see159

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see147

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see135

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see133

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see133

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri