Tramp: Krımı qaytarmaq və Ukraynanın NATO ya daxil olması mümkün deyil
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Vaşinqton, 18 avqust, AZƏRTAC
Ukrayna Prezidenti Zelenski istəsə, dərhal Rusiya ilə müharibəni dayandıra bilər, ya da mübarizəni davam etdirər.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bunun necə başladığını xatırlayın. Obamanın 12 il əvvəl atəş açılmadan verdiyi Krımı qaytarmaq və Ukraynanın NATO-ya daxil olması mümkün deyil. Bəzi şeylər heç vaxt dəyişməz”,- deyə Tramp bildirib.
O, sabah Ağ Evdə böyük gün olacağını və heç zaman eyni vaxtda bu qədər çox Avropa liderinin Ağ evdə olmadığını deyib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

“Ukraynanın yaxın gələcəkdə NATO ya daxil olması mümkün deyil”
24 İyun 2025 14:59
Ukraynanın NATO ya daxil olması qeyri mümkündür
31 Mart 2025 10:12
Zelenski: “Hazırda Krımı hərbi yolla geri qaytarmaq mümkün deyil”
21 Noyabr 2024 10:58
Tsekov: Ukraynanın Donbass və Krımı “geri qaytarmaq” imkanı yoxdur Doğru Xəbərlər
19 Dekabr 2024 10:54
Ukraynanın Avropa İttifaqı və NATO ya daxil olması mümkünsüzdür
12 İyun 2025 17:30

