Tramp mediaya müharibə elan etdi: Dövlət Departamenti abunələrini ləğv etdi
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Dövlət Departamenti "New York Times", "Associated Press", "Bloomberg News", "Reuters", "Politico" və "Economist" kimi tanınmış media orqanlarına abunələrin ləğvi barədə göstəriş verib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Tramp administrasiyası ABŞ hökumətinin media qurumları ilə münasibətlərini kökündən dəyişməyə başlayıb.
Departament tərəfindən göstəriş fevralın 11-də Avropadakı səfirlik və konsulluqlara sözügedən qərarın xərclərin azaldılması səylərinin bir hissəsi olduğu bildirilib.
ABŞ səfirlikləri və konsulluqları diplomatların münaqişə zonalarında səyahətlərini planlaşdırmaq üçün yerli və beynəlxalq xəbər mənbələrindən asılıdır.
ABŞ diplomatları iddia edirlər ki, mətbuata abunələrin ləğvi təhdidləri ABŞ vətəndaşlarını təhlükə altına salacaq.
Xəbər agentliklərinə qarşı sanksiyalar onların neqativ davranışlarına qarşıdır.
Məsələn, "Associated Press"in "Meksika körfəzi" ifadəsini davam etdirməsi səbəbindən AP jurnalistlərinin Ağ Evdəki tədbirlərində iştirakına qadağa qoyulub.
Qeyd edək ki, Trampın media embarqosunda hökumətin digər rəsmiləri də iştirak edir.
Mikayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 19 Fevral 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















