Icma.az
close
up
RU
Tramp NATO nu qorumaq üçün Avropadan ABŞ silahı almağı tələb etdi

Tramp NATO nu qorumaq üçün Avropadan ABŞ silahı almağı tələb etdi

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

NATO-ya münasibətdə skeptik mövqeyi ilə tanınan Donald Tramp Avropa ölkələrinin təkcə müdafiə xərclərini artırmasını deyil, həm də bu vəsaitləri Amerika hərbi sənayesinə yönəltməsini istəyir. Ona qarşı çıxan Fransa prezidenti Emmanuel Makron isə Aİ-nin ABŞ-dan asılılığını azaltmalı və ümumavropa müdafiə sektorunu inkişaf etdirməli olduğunu vurğulayır.  Vaşinqton son həftələrdə bir neçə dəfə NATO-nun Avropadakı üzvlərinə müraciət edərək, alyansı dəstəkləmək üçün ABŞ-dan daha çox silah və sursat almalarını tələb edib. 

Qaynarinfo xəbər verir ki, Bloomberg-in Avropa rəsmilərinə istinadən verdiyi məlumata görə, bu məsələ alyans ölkələrinin bu həftə keçirilən görüşlərində də qaldırılıb. ABŞ nümayəndələri təhlükəsizlik məsələlərini müzakirə edərkən, Avropanın daha çox Amerika enerji resursları almasını da tələb ediblər.  

Prezidentliyinin əvvəlində Tramp NATO üzvlərindən müdafiəyə ÜDM-in 5%-ni ayırmalarını istəyib. Hazırda bu göstərici 2% təşkil edir. Lakin nə Tramp, nə də onun müdafiə naziri Pit Hegset ABŞ-ın öz hərbi xərclərini 3,38%-dən 5%-ə qaldırmağa hazır olub-olmadığını açıqlayıb. Bloomberg-in mənbələrinə görə, amerikalılar Avropanın ABŞ silahlı qüvvələri ilə daha yüksək səviyyədə operativ uyğunluğa nail olması və Amerika müdafiə şirkətlərinə daha çox sərmayə yatırması halında bu tələbi yumşalda biləcəklərini bildiriblər.  

Rakеt sistemləri, sursatlar, kibersilahlar və digər sahələrdə uyğunluğu artırmaq üçün Avropa ölkələrinin daha çox Amerika müdafiə şirkətləri ilə müqavilə bağlaması tələb oluna bilər. Tramp daha əvvəl bəyan etmişdi ki, NATO-nun 2%-lik müdafiə xərci tələbinə əməl etməyən ölkələr Rusiya tərəfindən hücuma məruz qalsa, ABŞ onları qorumaq niyyətində deyil. "Xeyr, mən sizi müdafiə etməyəcəyəm. Hətta onlara (Rusiyaya) istədiklərini etməyə icazə verəcəyəm. Siz borclarınızı ödəməlisiniz”, – Tramp prezidentliyinin ilk dövründə NATO-nun "böyük dövlətlərindən birinin” liderinə belə cavab verdiyini deyib.  

Çərşənbə günü NATO ölkələrinin toplantısında çıxış edən Hegset bildirib ki, ABŞ artıq Avropanın təhlükəsizliyinin zəmanətçisi kimi çıxış edə bilməz.  

Makron isə uzun müddətdir Avropanın məhz Avropa istehsalı olan silahları almasının vacibliyini müdafiə edir. Financial Times-a müsahibəsində o, Aİ-nin öz müdafiə sənayesini mümkün qədər tez və fəal şəkildə inkişaf etdirməsinin vacib olduğunu bildirib. Bu məqsədlə dövlət investisiyalarının artırılmasını, ortaq satınalmaların təşkilini və Avropa ölkələri arasında müdafiə sənayesi sahəsində transsərhəd birləşmələrin həyata keçirilməsini təklif edib. Onun fikrincə, bu, hazırda parçalanmış olan sektoru konsolidasiya edərək, qlobal rəqabətə davamlı iri müdafiə şirkətləri yaratmağa kömək edəcək.  

Makron Avropanın ABŞ silahlarından asılılığını azaltmalı olduğunu bildirərək, Aİ ölkələrinə Fransız-İtaliya istehsalı olan SAMP-T hava hücumundan müdafiə sistemini almağı təklif edib. Onun sözlərinə görə, bu sistem bir sıra Aİ ölkələrinin istifadəsində olan Amerikanın "Patriot” kompleksindən daha üstündür.  

"Ola bilsin ki, bəzi şəxslər hələ də müdafiə xərcləri ilə bağlı rəqəmlər üzərində mübahisə aparmaqda davam edirlər. Lakin biz tam inteqrasiya olunmuş Avropa müdafiə, sənaye və texnoloji bazasını yaratmalıyıq. Əgər ABŞ-dan asılılığımızı daha da artırsaq, 20 ildən sonra Avropa suverenliyini təmin edə bilməyəcəyik”, – deyə Makron vurğulayıb.  

Bununla belə, Makron Avropanın müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmalı olduğunu qəbul edir:  

"Tramp Avropaya deyir: ‘Bu yükü siz daşımalısınız’. Mən isə deyirəm: ‘Bu yükü biz öz üzərimizə götürməliyik’”.  

Trampın yanaşmasını "elektroşok” adlandıran Makron, ümid etdiyini bildirib ki, bu, Aİ-nin "strateji asılılıq” vəziyyətində qalmaq istəyən bəzi üzvlərini ayıldacaq. O vurğulayıb ki, "Çin bazarının Avropanın ticarət dükanı, ABŞ-ın təhlükəsizlik çətiri və Rusiyanın ucuz qazının sənaye inkişafı üçün baza olduğu model artıq keçmişdə qalıb və unudulmalıdır”.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Fevral 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri