Icma.az
close
up
RU
Tramp Putin savaşı “qlobal enerji zəlzələsi” törədir: Rusiya Qlobal Cənubu da ABŞ la toqquşmaya sürükləyir

Tramp Putin savaşı “qlobal enerji zəlzələsi” törədir: Rusiya Qlobal Cənubu da ABŞ la toqquşmaya sürükləyir

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tramp administrasiyasının elan etdiyi yeni sanksiyalar paketi ABŞ və Qərbin Rusiya ilə qarşıdurmasının fərqli səviyyəyə daşınma ehtimalını gücləndirir, qısamüddətli perspektivdə Kremlin maliyyə-iqtisadi dayaqlarına sarsıdıcı zərbələr vurulacağı şübhə doğurmur... Ancaq daha uzunmüddətli perspektivdə bu, Qlobal Cənub ölkələrinin ABŞ-la münasibətlərini daha da gərginləşdirə və dünya enerji bazarında qeyri-sabitliyi artıraraq, yeni geopolitik parçalanmaya da yol aça bilər, indi yalnız Rusiya iqtisadiyyatı deyil, həm də qlobal düzənin dayanıqlığı da sınaq qarşısındadır...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, ABŞ və Qərb Rusiyaya qarşı “iqtisadi savaş” elan etməyə hazırlaşır. Prezident Donald Tramp Rusiya lideri Vladimir Putindən “intiqam” almaq niyyətinə düşüb. Çünki Rusiya prezidenti cəmisi bir neçə ay ərzində Ağ Ev sahibini artıq iki dəfə aldatmağa nail olub. Belə ki, prezident Donald Tramp sülh və ya atəşkəs anlaşması üçün Rusiyaya müxtəlif vaxtlarda iki dəfə möhlət vermişdi. Prezidenti Vladimir Putin isə hər iki dəfədə məhz möhlətin sona çatma ərəfəsində “sülh mesajları” verərək, Ağ Ev sahibinin Rusiyaya qarşı sanksiya qərarını təxirə salmasına nail olmuşdu. Və bunun ardıncada Kreml Rusiya ilə anlaşmaları qısa müddət ərzində pozmuşdu.

Onu da qeyd etmək lazımdır ki, Ağ Evdə də artıq Rusiya prezidentinin ABŞ liderini davanlı olaraq, aldatdığını həm anlayırlar, həm də etitaf edirlər. Ona görə də, indi Tramp administrasiyası bundan sonra Rusiyaya qarşı daha sərt sanksiyaların vaxt itirilmədən tətbiq olunmasının vacibliyini qabardır. Bu baxımdan, ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı elan etdiyi yeni sanksiya paketi qlobal məkanda gərginliyin yeni mərhələsinin başlanğıc əlaməti hesab olunur.

Məsələ ondadır ki, Ağ Evdə keçirilən brifinqdə prezident Donald Tramp “Rusiyaya qarşı mövcud sanksiyaların təsiri genişləndirilməlidir və “ikinci mərhələ” adlandırılan yeni paket də tətbiq edilməlidir” deyə vurğulayıb. ABŞ Konqresində artıq müzakirə olunan sanksiya sənədinin layihəsi Rusiyanın enerji ixracını hədəf alır. Eyni zamanda, bu sənəd hətta Rusiyadan neft və qaz idxal edən ölkələrə qarşı da 500 faizədək gömrük tariflərinin tətbiqini nəzərdə tutur. Bu sanksiya sənədi reallaşdırılarsa, həm Rusiya iqtisadiyyatına, həm də beynəlxalq enerji bazarlarına sarsıdıdcı təsirlər göstərə bilər. Və bəzi iddialara görə, Tramp administrasiyasının strateji hədəfi yalnız Rusiyaya təzyiq deyil, həm də qlobal güc balansını ABŞ-ın xeyrinə dəyişməkdir.

Maraqlıdır ki, Ağ Evdə ABŞ-ın yeni sanksiya strategiyasının Kremli sülh danışıqlarına məcbur edə biləcəyinə ümid bəsləyirlər. ABŞ-ın maliyyə naziri Skott Bessentin sözlərinə görə, Ağ Evin əsas məqsədi Rusiyanın iqtisadiyyatını tamamilə çökdürmək və prezident Vladimir Putini danışıqlar masasına gətirməkdir. Ona görə də, ABŞ-ın bu strategiyası iki əsas istiqamət üzrə Rusiyaya təzyiq göstərməyi hədəfləyib. Belə ki, Rusiya büdcəsinin 40 faizdən çoxunun enerji ixracından formalaşdığını nəzərə alan Ağ Ev bu sahəyə sanksiya tətbiqi ilə Kremlin hərbi əməliyyatları maliyyələşdirmə imkanlarını zəiflətmək niyyəti güdür. Digər tərəfdənsə, Ağ Ev Kremlin iqtisadi-ticari tərəfdaşlarına da sanksiyalar tətbiq etməklə, yalnız Rusiyanı deyil, onun əsas xarici müştərilərini də sərt təzyiqlər altında saxlamaq istəyir.

Onu da nəzərə almaq lazımdır ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qlobal enerji bazarının əsas oyunçularını çətin vəziyyətə sala bilər. Belə ki, böyük ehtimalla Hindistan ucuz Rusiya neftinin idxalını davam etdirə bilmək üçün ABŞ-ın təzyiqlərinə qarşı balanslı siyasət yürütməyə məcbur qalacaq. Çin ABŞ ilə ticarət müharibəsi fonunda Rusiya enerjisindən daha çox istifadə etməklə, Qərbə meydan oxumaq niyyətinə düşə bilər. Bu, rəsmi Pekinin Ağ Evlə açıq qarşıdurmaya yaxınlaşma ehtimalı deməkdir.

Digər tərəfdən, Rusiya qazından qismən imtina etsə də, yeni tariflərin enerji qiymətlərinə həlledici təsiri Avropa Birliyi məkanında da inflyasiya və sosial narazılıqları dərinləşdirə bilər. Beləliklə, Tramp administrasiyasının Rusiyaya qarşı yeni sanksiyalar siyasəti indi yalnız Kremlə deyil, həm də qlobal enerji ticarətinin strukturuna da sarsıdıcı təzyiqlər vəd edir. Və bütün bunlar qlobal enerji bazarında “zəlzələ effekti” riskini də yarada bilər.

Bütün bunları nəzərə aldıqda, bəzi Avropa liderlərinin yenidən ABŞ-a səfər etməsi qətiyyən təsadüfi deyil. Onlar Tramp administrasiyası ilə ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının iqtisadi yükünün necə bölüşdürüləcəyini müzakirə etməyə məcburdurlar. Çünki Avropa ölkələri Rusiyanın enerji bazarından tamamilə çıxmaqda çətinlik çəkirlər və yeni tariflər onların iqtisadi sabitliyini də sınağa çəkə bilər. Eyni zamanda, xüsusilə də Almaniya və Fransa uzunmüddətli müharibənin Avropaya təsirlərindən narahatdırlar. Və Avropa Birliyinin Ukraynanın gələcək sülh formatında bərpa prosesi üzrə daha mənfəətli pay qoparmasına can atırlar.

Ancaq istənilən halda, Tramp administrasiyasının “ikinci mərhələ” sanksiyaları Kremlin hərbi-siyasi manevr imkanlarını daraltmış olsa belə, Rusiyanın tam iqtisadi izolyasiyası hələlik o qədər də real görünmür. Üstəlik, Kreml itirilmiş enerji bazarlarına alternativ maliyyə qaynaqlarının axtarişini davam etdirir. Belə ki, Rusiya enerji və maliyyə əməliyyatlarını hazırda daha çox Qlobal Cənub düşərgəsinə daxil olan ölkələrə yönəltməyə çalışır. Və Qərbin dağıdıcı sanksiyalarının təsiri artdıqca, Rusiyanın daha riskli hərbi qərarlara yönələ biləcəyi də istisna deyil.

Göründüyü kimi, Tramp administrasiyasının elan etdiyi yeni sanksiya paketi ABŞ və Qərbin Rusiya ilə qarşıdurmasının fərqli səviyyəyə daşınma ehtimalını gücləndirir. Qısamüddətli perspektivdə Ağ Evin bu siyasətinin Rusiya iqtisadiyyatına ciddi zərbələr vuracağı şübhə doğurmur. Ancaq daha uzunmüddətli perspektivdə bu, Qlobal Cənub ölkələrinin ABŞ-la münasibətlərini daha da gərginləşdirə və dünya enerji bazarında qeyri-sabitliyi artıraraq, yeni geopolitik parçalanmaya yol aça bilər. Və bu baxımdan, ABŞ-ın Kremlə qarşı “ikinci mərhələ” sanksiyaları yalnız Rusiya iqtisadiyyatını deyil, həm də qlobal düzənin dayanıqlığını sınağa çəkəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Sentyabr 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see134

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see134

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see123

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see119

Son xəbərdarlıq: ABŞ Rusiyanın yanında, Avropaya qarşı

06 Dekabr 2025 21:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri