Tramp Putinə daha bir yağlı kökə hədiyyə etdi: Rusiya Ukrayna müharibəsi üçün təşvişli proqnoz
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukraynanın etibarlı təhlükəsizlik zəmanətlərinə ehtiyacı var, çünki hətta müharibə bitəndən sonra Rusiya istənilən vaxt yenidən hücuma keçə bilər.
Oxu.Az xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində səsləndirib.
O bildirib ki, Ukrayna müharibəni bitirmək istəyir, lakin sülh təkcə formal deyil, həm də ədalətli və etibarlı olmalıdır. Hazırda vəziyyət elə bir həddə çatıb ki, ABŞ Prezidenti Donald Tramp Vladimir Putinə faktiki olaraq daha bir manevr imkanı verib.
Kremlin niyyətinin səmimiliyini şübhə altına alan Zelenski vurğulayıb ki, Rusiyanı nə Donbas, nə də onun inkişafı maraqlandırır.
"Putinə Donbas bir region kimi lazım deyil, orada nələr baş verdiyi onu maraqlandırmır. O, sadəcə texnika, iş, inşaat kimi yaxşı görüntü yaratmaq istəyir. Bütün bunlar tezliklə yığışdırılacaq. Krımda da belə oldu: o, nə kurorta, nə də Rusiyanın incisinə çevrildi", - deyə Ukrayna lideri bildirib.
Qeyd edək ki, söhbət ərazilər və ya sülh şərtləri ilə bağlı Moskvanın Ukraynaya zorla qəbul etdirməyə çalışdığı mümkün güzəştlərdən gedir.
Xatırladaq ki, Ağ Evin sahibi Donald Tramp oktyabrın 16-da Kremlin lideri Vladimir Putinlə telefon danışığından sonra pilotsuz texnologiyalar müqabilində Ukraynaya "Tomahawk" raketlərinin tədarükündən imtina edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 20 Oktyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















