Tramp Putinlə telefon danışığından yazdı: İnsanlıq naminə bu işi görəcəyik
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə söhbətin “çox yaxşı və məhsuldar keçdiyini” deyib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında yazıb.
"Bu gün Rusiya rezidenti Putinlə telefon danışığım çox yaxşı və məhsuldar oldu. Biz bütün enerji və infrastruktur obyektlərində dərhal atəşkəsə razılaşdıq, tam atəşkəs əldə etmək və nəhayət, Rusiya ilə Ukrayna arasında bu dəhşətli müharibəyə son qoymaq istiqamətində sürətlə çalışacağımızı anladıq", - deyə ABŞ lideri bildirib.
Bundan əlavə, ABŞ prezidentinin sözlərinə görə, sülh müqaviləsinin bir çox elementləri, o cümlədən minlərlə əsgərin həlak olması faktı müzakirə edilib və prezident Putin və prezident Zelenski bunun sonunu görmək istəyirlər.
"Bu proses indi tam gücdədir və biz ümid edirik ki, insanlıq naminə bu işi görəcəyik!" -- Tramp yekunlaşdırıb.
Turan İSMAYIL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 18 Mart 2025 23:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















