Icma.az
close
up
RU
Tramp Qafqaz möcüzəsi ni niyə uydurdu: ABŞ Rusiyaya bu regiondan çıx mesajı verir

Tramp Qafqaz möcüzəsi ni niyə uydurdu: ABŞ Rusiyaya bu regiondan çıx mesajı verir

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ağ Ev sahibi Donald Trampın "Cənubi Qafqazda möcüzə etdik" iddiası faktiki olaraq, reallıqdan daha çox ABŞ-ın regiondakı geostrateji maraqlarını legitimləşdirmək cəhdi təsiri bağışlayır... Prezident Donald Tramp bu regionu daha təhlükəli hərbi-siyasi qarşıdurmalara sürükləyə biləcək, yalnız ABŞ-ın geopolitik hədəflərinə yönəlik ssenarilərin dolayısı mesajını vermiş oldu...

ABŞ Cənubi Qafqazda yerləşmək üçün müxtəlif geopolitik mexanizmlərə ehtiyac duyur. Əsas məqsəd Rusiyadan boşalmaqda olan geostrateji mövqeləri ABŞ-ın geopolitik maraqları doldurmağa nail olmaqdan ibarətdir. Ona görə də, son vaxtlar Ağ Ev təmsilçiləri Cənubi Qafqazda sülh və sabitlik barədə daha tez-tez danışmağa başlayıblar. Və bu, ABŞ-ın israrla Cənubi Qafqaza can atdığını göstərir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın Cənubi Qafqaz barədə son açıqlamaları Ağ Evin regional sülh prosesindən daha çox geopolitik alət kimi istifadə etməyə çalışdığını da biruzə verir. Belə ki, Ağ Ev sahibi amerikalı senatorlarla şam yeməyi zamanı “Azərbaycan və Ermənistan sülh sazişinə çox yaxındırlar. Biz Cənubi Qafqazda möcüzə etdik”, - deyib. Ancaq ABŞ prezidentinin bu qəribə iddiası mövcud reallıqlar fonunda ciddi suallar doğurur. Və xüsusilə də, prezident Donald Trampın, eləcə də, ABŞ-ın regional sülh prosesində iştirakı ilə bağlı faktların axtarılmasına ehtiyac yaranır.

Məsələ ondadır ki, Ağ Ev Bayden adminstrasiyası dönəmində ermənipərəst mövqe tuturdu və regional sülh prosesində ümumiyyətlə, vasitəçilik missiyasına sahib deyildi. Tramp adminstrasiyası dönəmində ABŞ ermənipərəst mövqeyini nisbətən arxa plana keçirmiş olda da, yenə də Ağ Evin vasitəçilik missiyası barədə danışmaq mümkün deyil. Çünki son illərdə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi üzrə danışıqlar məhz rəsmi Bakının israrı ilə yalnız ikitərəfli formatda aparılıb.

Maraqlıdır ki, vaxtilə Brüssel, Vaşinqton və Kreml sülh prosesinə müxtəlif formatlarda vasitəçilik etməyə cəhd göstəriblər. Ancaq vasitəçilik missiyasına iddialı tərəflər davamlı olaraq, öz geopolitik maraqlarını regional sülh prosesinin uğur qazanmasından daha üstün tutduqları iflas qaçılmaz olub. Və Cənubi Qafqazda geostrateji maraqları olan kənar gücləri sülh prosesini əngəlləmək imkanından məhrum buraxmaq üçün rəsmi Bakı Azərbaycan-Ermənistan müzakirələrini məhz ikitərəfli formatda davam etdirilməsinə qərar verib.

Ona görə də, heç bir beynəlxalq vasitəçi — nə ABŞ, nə Rusiya, nə də Avropa İttifaqı yekun sülh sazişinin mətni və mahiyyəti üzrə hər hansı vasitəçi payına sahib olmayıb. Əksinə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin mətninin tam şəkildə razılaşdırılmasına nail olunması məhz kənar vasitəçilərin prosesdən kənarlaşdırılması sayəsində mümkün olub. Və bu baxımdan, Ağ Ev sahibi Donald Trampın öz açıqlamasında ABŞ-ın "Cənubi Qafqazda möcüzə yaratdığı" barədə iddiaları yumşaq desək, reallıqdan çox-çox uzaqdır.

Bütün bunları nəzərə aldıqda, prezident Donald Trampın "möcüzə" bəyanatının motivləri istər-istəməz maraq doğurur. Belə ehtimal etmək olar ki, özü barədə dünyada "sülhpərvər prezident" imici yaratmağa can atan Ağ Ev sahibi Donald Tramp bununla ABŞ cəmiyyətinə analoji mesajlar vermək niyyəti güdür. Və bu, prezident Donald Trampa onun müxtəlif münasibətlər üzrə "sülh təşəbbüsləri"lərinin boşa getmədiyini iddia etmək üçün propoqanda materialları verə bilər.

Digər tərəfdən, prezident Donald Trampın "möcüzə" iddiasının ABŞ-ın Cənubi Qafqaz üzrə geostrateji hədəflərinə indeksləşmiş ola biləcəyi də qətiyyən istisna deyil. Çünki ABŞ Cənubi Qafqaza yerləşməyə can atır. İndi Ağ Ev üçün bu regionda Rusiya ilə rəqabətdə istənilən propaqanda mexanizmi olduqca vacibdir. Ona görə də, Ağ Ev sahibi Cənubi Qafqazda ABŞ-ın nüfuzunu artırmaq, İran və Rusiya kimi aktorların təsirini balanslaşdırmaq üçün əsas geopolitik mexanizm olan sülh prosesini ABŞ vasitəçiliyi ilə əlaqələndirməyə ehtiyac duyur.

Bunu prezident Donald Tramp üçün sülhə nail olmaqdan daha çox mövcud pozitiv nəticələrin siyasi-ideoloji dvidentlərini özünün və ABŞ-ın simvolik mülkiyyətinə çevirmək cəhd kimi də qəbul etmək olar. Çünki Cənubi Qafqaz İran, Rusiya və Türkiyə ilə sərhəddə yerləşir, enerji və nəqliyyat dəhlizləri üçün strateji keçiddir. Azərbaycanın enerji resursları və Zəngəzur dəhlizi kimi layihələr ABŞ və Qərb üçün alternativ geoiqtisadi manevr məkanı açır.

Maraqlıdır ki, hazırda Cənubi Qafqaz ətrafında yaranmış yeni situasiya ABŞ üçün siyasi-strateji fürsət hesab olunur. Belə ki, ABŞ uzun müddətdən bəri Cənubi Qafqazda Rusiyanın dominantlığını zəiflətmək, İranın sərhədyanı təsirini məhdudlaşdırmaq və Çinlə rəqabətdə alternativ marşrutlar qurmaq istəyirdi. Azərbaycan və Ermənistan arasında sülh prosesi isə bu maraqları reallaşdırmaq üçün ABŞ-a vasitəçi görüntüsü altında geopolitik mexanizm qazanmaq şansı vəd edir. Və bu baxımdan, prezident Donald Trampın "möcüzə"si əslində, məqsədyönlü siyasi ritorikadır.

Ən azından ona görə ki, ABŞ Cənubi Qafqazda sülh prosesinə simvolik dəstək versə də, real razılaşdırıcı missiyasına malik olmayıb. Ona görə də, indi prezident Donald Trampın və ABŞ-ın Cənubi Qafqazda siyasi-ideoloji təsir imkanlarını artırmaq cəhdləri açıq-aşkar nəzərə çarpır. Və bu səbəbdən də, ilk növbədə Azərbaycan-Ermənistan sülh prosesindən geopolitik vasitə kimi yararlanmağa çalışır.

Belə anlaşılır ki, Ağ Ev sahibi Donald Trampın "Cənubi Qafqazda möcüzə etdik" iddiası faktiki olaraq, reallıqdan daha çox ABŞ-ın regiondakı geostrateji maraqlarını legitimləşdirmək cəhdi təsiri bağışlayır. Eləcə də, ABŞ cəmiyyətində Ağ Evin xarici siyasət uğurları barədə təəssürat yaratmaq istəyi də diqqətdən yayınmır. Və bu baxımdan, prezident Donald Trampın "möcüzə" iddiası yaxın gələcəkdə Cənubi Qafqazı daha təhlükəli regional qarşıdurmalara sürükləyə biləcək, yalnız ABŞ-ın geopolitik hədəflərinə yönəlik dolayısı mesaj xarakteri də daşıyır.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 İyul 2025 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri