Icma.az
close
up
RU
Tramp Rusiyaya qarşı siyasətini dəyişir “Ağ Ev Putinin niyyətindən məyus olub”

Tramp Rusiyaya qarşı siyasətini dəyişir “Ağ Ev Putinin niyyətindən məyus olub”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"ABŞ Rusiya-Ukrayna məsələsində ənənəvi siyasətinə dönüş siqnalları verir".

"AzPolitika" xəbər verir ki, bunu diyasi şərhçi Şahin Cəfərli bildirib. 

O, xatırladır ki, Dövlət Departamenti Ukrayna F-16 təyyarələrinə texniki xidmət, o cümlədən modernizasiya, proqram təminatı, təmir və pilotların təlimi üçün Ukraynaya 310 milyon dollarlıq satış paketini təsdiqləyib: "Dövlət Departamentinin açıqlamasında bildirilir ki, bu addım Avropada siyasi sabitlik və iqtisadi tərəqqi baxımından bir güc olan tərəfdaş ölkənin - Ukraynanın təhlükəsizliyini yaxşılaşdırmaqla ABŞ-ın milli təhlükəsizlik maraqları və xarici siyasət məqsədlərinə xidmət edəcək.

Bundan başqa, ABŞ hökuməti Rusiyaya qarşı yeni sanksiya tədbirlərinin (enerji və bank sektorları başda olmaqla) hazırlığını başa çatdırıb. (Senatdakı müvafiq qanun layihəsindən ayrı olaraq). Bu barədə son sözü prezident Tramp deyəcək".

Ş.Cəfərli hesab edir ki, baş verənlər Trampın Rusiyanın mövqeyindən məyusluğunun ifadəsidir.

Onun sözlərinə görə, Putinin qarşılıqlı güzəştlərə əsaslanan sülh istəmədiyini və Ukraynanı nəyin bahasına olursa olsun təslimiyyətə məcbur etmək niyyətindən vaz keçmədiyini ABŞ-dakı yeni administrasiya dərk etməyə başlayıb: "Bəlkə də bunu əvvəldən bilirdilər, sadəcə, bir müddət tərəfsiz rolda çıxış edib, vasitəçilik missiyası yürüdərək sülh istiqamətində öz şanslarını yoxladılar. Daxildə Ukraynaya yardımın əleyhinə olan respublikaçı kütlələr, eləcə də dünya gördü ki, Tramp sülh yaratmaq üçün çox çalışdı, hətta Ukraynaya təzyiq edib onu güzəştlərə razı saldı, lakin Putin mövqeyini yumşaltmadı və müharibəni davam etdirmək istəyən tərəf məhz Rusiyadır".

Rasim Əliyev

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 May 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see217

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see149

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see141

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see140

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see130

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see127

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see127

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see127

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see126

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see125

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see122

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see121

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see120

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see119

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see118

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri