Icma.az
close
up
RU
Tramp Ruzveltin taleyini yaşayacaqmı? 119 il öncə baş verənlər təkrarlana bilər: Azərbaycan detalı

Tramp Ruzveltin taleyini yaşayacaqmı? 119 il öncə baş verənlər təkrarlana bilər: Azərbaycan detalı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ötənilki seçki kampaniyasında dünyadakı müharibələri dayandıracağı ilə bağlı vəd vermişdi. Demişdi ki, prezident səlahiyyətlərinin icrasına başladıqdan 1 ay sonra Rusiya-Ukrayna müharibəsini dayandıracaq. Eləcə də İsraillə ərəb ölkələri arasında barışı təmin edəcəyini bildirirdi. İran ətrafındakı gərginliyi də azaldacağı barədə bəyanat vermişdi.

Amma bu, mümkün olmadı. Müharibə davam edir. Digər münqişələrlə bağlı da vəziyyət olduğu kimi qalır.

Trampın bu fəaliyyətinin Nobel Sülh Mükafatı almaq istəməsi ilə bağlı olduğu bildirilir.

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Globalinfo.az-a açıqlamasında bu mövzuya toxunub. Onun sözlərinə görə, Donald Tramp uzun müddətdir Nobel Sülh Mükafatına namizəd olmaq niyyəti güdür və bu məqsədlə beynəlxalq sülh təşəbbüslərində aktiv iştirak etməyə çalışır.

Sitat: “Prezident Tramp Nobel Sülh Mükafatını qazanmağı çox istəyir. Düşünürəm ki, o, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üzrə danışıqlarda əldə olunan irəliləyişdə özü üçün fürsət görür”.

D.Trampın Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsində əsas hədəfinin Nobel almaq olduğu haqda iddialar var.

Nobel Sülh Mükafatı hansı prosedurla verilir? Seçim şərtləri nələrdir? Müharibələri dayandıran, barışa nail olan hansı siyasətçilər və dövlət başçıları bu nüfuzlu mükafata layiq görülüb?

Globalinfo.az-a danışan Nobel mükafatı laureatlarının tədqiqatçısı, fəlsəfə doktoru Etibar Əliyev deyib ki, Nobel Sülh Mükafatı Alfred Nobelin vəsiyyətinə uyğun olaraq 1901-ci ildən etibarən verilir.

Onun sözlərinə görə, Nobel öz vəsiyyətində bu mükafatın millətlər arasında dostluğun və əməkdaşlığın inkişafına, silahlı qüvvələr arasında gərginliyin azaldılmasına və sülhün əldə olunmasına töhfə verən şəxslərə verilməli olduğunu vurğulayıb:

“1906-cı ildə ABŞ Prezidenti Teodor Ruzvelt Sülh üzrə Nobel Mükafatına layiq görüldü. O, Rusiya-Yaponiya müharibəsinin dayandırılmasında və “Portsmut müqaviləsi”nin imzalanmasında mühüm vasitəçi rolunu oynamışdı. Sonrakı illərdə də bir sıra amerikalı siyasətçilər Nobel Sülh Mükafatına layiq görülüblər. Birləşmiş Millətlər Liqası (indiki BMT) ideyasına görə 1919-cu ildə ABŞ Prezidenti Vudro Vilson, ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer isə Vyetnam müharibəsində atəşkəsin əldə olunması istiqamətində göstərdiyi səylərə görə bu mükafata layiq görülüb. Keçmiş prezidentlərdən Cimmi Karter də Nobel Sülh Mükafatı alanlar sırasındadır. O, prezidentlikdən sonra da dünyada insan hüquqları və sülh naminə apardığı fəaliyyətinə görə bu mükafata layiq bilinmişdi”.

Həmçinin oxuyun:

Şübhəsiz, Ağ Evi sülh binasına çevirən lider İlham Əliyev olacaq!

Etibar Əliyev

Müsahibimizin sözlərinə görə, bəzi laureatlar cəmiyyətdə mübahisələr doğurub:

“Məsələn, ABŞ-ın sabiq prezidenti Barak Obama da 2009-cu ildə bu mükafatı aldı. Halbuki həmin vaxt onun hələ beynəlxalq sülhə real töhfəsi yox idi və bu qərar müxtəlif dairələrdə təəccüblə qarşılandı. Nobel Komitəsi onun gələcək sülh təşəbbüslərinə stimul vermək istəyirdi. Hazırda Trampın da Nobel Sülh Mükafatına namizəd ola biləcəyi barədə fikirlər səslənir. Trampın İsrail və ərəb ölkələri arasında münasibətlərin normallaşdırılması, İranla gərginliyin azaldılması, həmçinin digər bölgələrdə, o cümlədən Cənubi Qafqazda sülh prosesinə dəstək cəhdləri onun adının bu kontekstdə çəkilməsinə səbəb olub. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsində də onun mümkün vasitəçi roluna diqqət çəkilir. Əgər bu proses uğurla nəticələnərsə, Trampın Nobel Sülh Mükafatına namizədliyinin real əsasları yarana bilər”.

E.Əliyev qeyd edib ki, Sülh üzrə Nobel Mükafatı altı istiqamətdə təqdim olunan Nobel mükafatlarından biridir:

“Bu, yeganə mükafatdır ki, İsveçdə deyil, Norveçdə – Norveç parlamenti (Storting) tərəfindən seçilən beş nəfərlik Nobel Komitəsi tərəfindən təqdim olunur. Bu komitənin seçimində dünya miqyasında nüfuzlu siyasətçilərin, siyasi institutların və əvvəlki Nobel laureatlarının rəyləri də önəmli rol oynayır. Lakin buna baxmayaraq, bir çox hallarda gözlənilməz qərarlar verilir və ziddiyyətli nəticələr ortaya çıxır. Məsələn, qeyd etdiyim kimi, Obamanın və Qorbaçovun Nobel mükafatına layiq görülməsi müxtəlif dairələrdə ciddi suallar doğurmuşdu. Heç kim gözləmirdi ki, ən gənc qız Malala Yousafzai Sülh Mükafatını alacaq, amma bu da baş verdi. Bu cür hallarda Nobel Komitəsinin seçimi tənqid olunsa da, qərarlar dəyişdirilmir. Hətta bəzi illərdə komitə üzvləri mübahisəli seçimlərə görə istefa verməyə məcbur olublar. Düşünürəm ki, Trampın hazırkı fəaliyyəti də məhz Nobel Sülh Mükafatına doğrudur. Fikrimcə, o, bu mükafatı ala bilər. Maraqlı cəhətlərdən biri də budur ki, Nobel mükafatları üzrə ümumən beş sahə mövcuddur: fizika, kimya, fiziologiya, tibb, ədəbiyyat, iqtisadiyyat və sülh. Lakin bu sahələr arasında ən çox ziddiyyətə və ictimai narazılığa səbəb olan məhz Sülh üzrə Nobel Mükafatıdır. Çünki sülh sahəsində fəaliyyətin təsiri çox vaxt nəticə vermir, ictimai fikirdə haqlı narazılıqlar doğurur. Məsələn, 1994-cü ildə Sülh üzrə Nobel Mükafatı Yaxın Şərqdə sülhün əldə olunmasında fəaliyyətlərinə görə Yasir Arafat, İshak Rabin və Menahim Beqinə verildi. Lakin münaqişə indi də davam edir”.

Etibar Əliyev deyib ki, istənilən siyasətçi və ya dövlət xadimi üçün Nobel Sülh Mükafatını almaq yüksək nüfuz göstəricisidir:

“Amma bu mükafatın verilməsi təkcə fəaliyyətdən deyil, həm də siyasi və diplomatik kontekstdən, beynəlxalq münasibətlərdəki aktuallıqdan və Komitənin şəxsi yanaşmasından da asılı olur. Bizim əsas istəyimiz isə konkret olaraq Cənubi Qafqazda, xüsusən də Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasıdır. Sülh müqaviləsinin imzalanması regionda sabitliyə və tərəqqiyə yol aça bilər. Bu, həm də Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdış prosesinə real zəmin yarada bilər. Yəni Nobel Sülh Mükafatı veriləcək, ya yox, əsas məsələ sülhün bərqərar olmasıdır. Sülh isə Cənubi Qafqaz üçün yeni bir dövrün başlanğıcı ola bilər”.

Müsahibimiz 2023-cü ildə parlamentdə plenar iclasların birində Prezident İlham Əliyevin Nobel Sülh Mükafatına layiq olmasını faktlarla əsaslandırdığını bildirib:

“Əslində regionda terrorizmin kökünün kəsilməsində, Qarabağın işğalı və işğaldan azad olunması dövrlərində İlham Əliyev hər zaman sülhü dəstəkləyib. O, regionda sülhün əldə olunması üçün əlindən gələni əsirgəməyib. Belə praqmatik təşəbbüs müasir dövlət başçıları və siyasətçilərin heç birinin fəaliyyətində də parlaq görünmür”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Avqust 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see276

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see229

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see199

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see185

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see135

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see115

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see114

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see114

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see113

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see113

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri