Icma.az
close
up
RU
“Tramp siyasətçidən daha çox, peşəkar tacirdir”

“Tramp siyasətçidən daha çox, peşəkar tacirdir”

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tramp siyasətçidən daha çox, peşəkar tacirdir. Bu düşüncədədir ki, elə ən yaxşı siyasətçi, ən yaxşı lider də ölkəsi üçün əlverişli sazişlər bağlayan, sövdələşmələr əldə etməyi bacaran kəsdir.

O, hələ 2011-ci ildə çapdan çıxmış və gələcəyə dair siyasi baxışlarını əks etdirən “Vaxtdır, Amerikanı yenidən gücləndirək!” kitabında özü haqda yazırdı: “Mənim bütün həyatım sazişlər bağlamaqla, böyük pullar qazanmaqla keçib. Qazanc mənbəyim isə böyük layihələrdir. Bu gün varidatım artıq 10 milyard dolları ötüb… Amerikanın da biznesdən başı çıxan bir prezidentə ehtiyacı var. Bizə Amerikanı güclü, təhlükəsiz və azad ölkə kimi qoruya, danışıqlar masasında qarşı tərəfdə yer alan digər dövlətlərə deyil, məhz Amerikaya üstünlük verən sazişlər bağlaya biləcək prezident gərəkdir”.

İndi bu peşəkar tacir, uğurlu biznesmen – sövdələşmələr ustası 20 yanvardan etibarən ikinci dəfə ABŞ-da prezidentlik taxtına çıxıb və bütün dünya da ondan hansı sövdələşmələrə imza atacağını gözləyir, ölkələr isə bir-bir onunla əməkdaşlığa hazır olduqları bəyanatlarını səsləndirirlər…

Trampın Kanada, Meksika, Panama kanalı, Qrenlandiya ilə bağlı səsləndirdiyi bəyanatlar, əslində, həm də Amerikanı varlı və qüdrətli edəcək, bütün diqqətləri qitənin öz daxilinə çəkəcək böyük maliyyə layihələrdir.

Ancaq Trampın dünyanın siyasi xəritəsini dəyişəcək əsas sövdələşməsi, şübhəsiz ki, Rusiya ilə – prezident Putinlə olacaq.

Putinlə sövdələşmə təkcə Ukraynanın və Avropanın yox, həm də bizim daxil olduğumuz Cənubi Qafqaz regionunun, o cümlədən bütün Yaxın və Orta Şərqin taleyini masaya yatırmaq, siyasi xəritəsini dəyişmək və Çinlə gələcək münasibətlərin məsafəsini, “Asiya Əjdahası”nı Qərbə çıxaran yolların kimin nəzarətində olmasını müəyyənləşdirmək deməkdir!

Çünki Tramp yaxşı dərk edir ki, həm iqtisadi, həm də hərbi planda çox yaxın gələcəkdə Amerikanın əsas rəqibi yalnız Çin olacaq.

O Çin ki, Avropanı tamamilə ABŞ asılılığına salan Ukrayna savaşında o da Rusiyanı məharətlə özünün “kiçik qardaş”ına çevirməyi bacarıb.

Bu bir həqiqətdir ki, 3 illik Ukrayna savaşından hələlik ən böyük qazancla çıxan 2 ölkə var – ABŞ və Çin.

Tramp özü hələ 14 il əvvəl – ABŞ-ın dövlət borcunun 18 trilyon dolları keçdiyi bir vaxtda yazdığı kitabında bar-bar bağırırdı ki, Çin ABŞ-ı içdən sararaq, “yeyir” və Çin haqqında da amerikalılarda çox yanlış təsəvvür yaradılıb: əslində, Çin uğurlu maliyyə siyasətiylə ABŞ-ı borclandırır və əsas istehsalçı-ixracatçı ölkəyə çevrilməklə, 2027-ci ildə ABŞ-ı ötüb keçəcək.

Trampın həyəcanlı çağırışlarının yekunu isə bu idi: Çini ABŞ-a hörmətlə davranmağa məcbur etmək və gələcək dünyanı Çinlə birgə idarə etməyə hazırlaşmaq!

İstər Ukrayna, istərsə də Yaxın Şərqdə gedən və arxasında həm də Amerika və Çin kapitalının dayandığı savaşlar bir daha göstərdi ki, dövlət borcu artıq 36 trilyon dolları keçən ABŞ-ın dünyanı bir qütbdən, təkbaşına idarə etmək iddiası iflasa uğrayıb və indi masa arxasına əyləşmək, digər qlobal və regional güc mərkəzləriylə təsir zonalarının yenidən bölüşdürülməsini nəzərdə tutan müasir “Yalta konfransı” təşkil etmək vaxtıdır…

Ancaq “yeni nizam” qurulanadək, savaşın əsas tərəfləri – ABŞ və Rusiya mütləq bir araya gəlməli, münaqişələri sövdələşməyə çevirməyin uğurlu yollarını tapmalıdırlar.

Trampla Putinin ilk uğurlu sövdələşməsi isə Avropayla Asiya arasındakı körpüdə – Cənubi Qafqaz üzərində ola bilər. Çünki mövcud münaqişələr içərisində real sülhün ən tez əldə olunma imkanı məhz buradadır – Azərbaycanla Ermənistan arasında…

Burada sülh Tramp və Putinin Ukrayna və Yaxın Şərq problemlərini də sülhlə çözmə imkanlarını artıra bilər.

Ukraynada özünə gərəkli əraziləri tutan Rusiyanın gözlənilmədən Suriyada Türkiyənin xeyrinə geri çəkilməsi, ardınca İranla da 1 ildir təxirə salınan strateji tərəfdaşlıq sazişini yeniləməsi göstərir ki, Putin ABŞ prezidenti Trampla görüşə həm də İslam dünyasının bu iki önəmli ölkəsinin dəstəyini də arxasına almaqla gedir və o, indi təkcə Rusiyanın yox, Çinlə Avropanın sərhədinədək olan böyük bir coğrafiyanın əsas təmsilçisi kimi danışıqlara qatılmaq iddiasındadır…

İki nəhəngdən biri pul, biri isə silahla danışmağı sevir. Görək, gözlənilən böyük sövdələşmədən kim daha karlı çıxacaq?

Şübhəsiz ki, doğrusunu yalnız Allah bilir!

Elxan Şükürlü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 Yanvar 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see280

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see278

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see260

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see240

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see240

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see230

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see218

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see215

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see200

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see197

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see196

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see193

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see192

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see188

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see184

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see180

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see176

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see175

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri