Icma.az
close
up
RU
İrəvanın açıqladığı sənədlər Azərbaycanın prinsipial mövqeyini bir daha təsdiqlədi

İrəvanın açıqladığı sənədlər Azərbaycanın prinsipial mövqeyini bir daha təsdiqlədi

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Pərvanə SULTANOVA
[email protected]

Bir neçə gün əvvəl Ermənistan hökumətinin saytında keçmiş Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədlər paketinin dərc olunması gündəmin müzakirə mövzularından birinə çevrildi. Ümumilikdə yayımlanan 13 sənəd arasında Serj Sarkisyanın Vladimir Putinə məktubu, Kazan sənədləri, Madrid prinsipləri, 2019-cu ildə təqdim olunan vasitəçilərin təklifləri və s. var. 

Bu sənədlər bir daha təqdiq edib ki, İrəvan münaqişənin davam etdiyi 30 ilə yaxın müddət ərzində sadəcə manipulyasiya ilə məşğul olub, sülh yolu ilə həll istiqamətində heç bir addım atmayıb, işğalçı mövqeyini davam etdirmək üçün öz havadarlarının köməyi ilə münaqişəni dondurmağa, o zamankı status-kvonu saxlamağa çalışıb. Lakin rəsmi Bakı dəfələrlə bəyan edirdi ki, danışıqlar xatirinə danışıqları davam etdirmək niyyətindən uzaqdır və sülh yolu nəticə verməsə, digər variantlar, yəni hərb yolu istisna deyil. Azərbaycan lideri dövlətimizin işğalla heç vaxt barışmayacağını dəfələrlə diqqətə çatdırıb. Rəsmi Bakı öz prinsipial mövqeyində sonadək dayandı. Açıqlanan arxiv də məhz bir daha Azərbaycanın ərazi bütövlüyü məsələsində qətiyyətini göstərdi. 

Baş nazir Nikol Paşinyan hələ ötən ay bəyan etmişdi ki, Qarabağla bağlı danışıqlar prosesinə aid əsas sənədləri, o cümlədən 2019-cu ilə aid materialları açıqlamağa hazırdır. Sabiq prezident Serj Sarkisyanın müsahibəsində yer alan ittihamlara cavab olaraq Paşinyan bildirib ki, ilin sonunadək bütün paket bir sıra açıq məktublarla birlikdə dərc ediləcək. Beləliklə, Paşinyan ilin sonunu gözləmədən sənədləri açıqladı. O, bir məktubu da paketə daxil edəcəyini bildirmişdir ki, bu da Sarkisyanın Putinə “məşhur” məktubudur.

Qeyd edək ki, Serj Sarkisyan sözügedən müsahibəsində 2019-cu ildə Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında ATƏT-in Minsk qrupunun yeni sənədinin olduğunu söyləyib. 

Ermənistanın üçüncü prezidenti Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı Vladimir Putinə ünvanladığı məktub Vyana və Sankt-Peterburqda liderlər arasında danışıqlardan sonra yazılıb. Məktubda Madrid prinsipləri və adətən Kazan sənədinin tam şəkildə Ermənistan tərəfinin gözləntilərinə cavab verməsə də, müəyyən balansı özündə ehtiva etdiyi vurğulanıb. Həmçinin Ermənistanın Kazan sənədinə əlavələr və qeydlərlə razılıq verdiyini, Azərbaycanın son anda bu sənədi imzalamaqdan imtina etdiyi qeyd olunub. Sarkisyan yazıb ki, daha da təəssüf doğuran məqam odur ki, bunun ardınca Bakı hətta 2007-ci ildən üzərində işlənən Madrid prinsiplərindən də imtina etməyə başladı. O, Azərbaycanın irəli sürdüyü “əvvəlcə ərazilər – sonra digər məsələlər” formulunu son dərəcə təhlükəli adlandırıb. 

Sarksiyan məktubda yazıb: “Azərbaycanın irəli sürdüyü “əvvəlcə ərazilər, sonra digər məsələlər” formulu son dərəcə təhlükəlidir. Onun tətbiqi o demək olardı ki, Azərbaycan öz öhdəliklərini yerinə yetirmədiyi halda, danışıqlar prosesindən istənilən mərhələdə çıxıb münaqişəni yenidən hərbiləşdirə bilərdi. Ermənistan və Dağlıq Qarabağ isə prosesin girovuna çevrilərdi”.

Həmçinin o, Bakının son illər gərginliyi məqsədli şəkildə artırdığını qeyd edərək, 2016-cı ilin aprel hadisələrinin də bunun nəticəsi olduğunu bildirib. Onun sözlərinə görə, təklif olunan “təhlükəsizlik zonası”nın əhəmiyyətli dərəcədə daraldılması, Dağlıq Qarabağın müdafiə xəttinin qısaldılması və Azərbaycanla təmas xəttinin gücləndirilməsi nəticə etibarilə Ermənistan və Qarabağ üçün təhlükəli vəziyyət yaradır: “Bu, silahlı balansın bizim ziyanımıza pozulması deməkdir”.

Həmçinin yazıb ki, Vyana və Sankt-Peterburq görüşləri müəyyən ümidləri yaratmışdır. Azərbaycanın mövqeyi, beynəlxalq monitorinq mexanizminin yaradılmasına razılıq verməməsi və Qarabağın statusuna dair referendumla bağlı fikir ayrılığı güzəşt imkanlarını sual altına qoyur: “Prezident Əliyev yalnız öz məqsədlərini təmin edən, qeyri-müəyyən və təhlükəli “ara status”a əsaslanan sxemi irəli sürür. Bu isə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində artıq əvvəlcədən müəyyən olunmuş nəticələrə gətirib çıxarır. Bakı öz Konstitusiyasına istinad edərək referendum imkanlarının qarşısını tam bağlayır. Bu isə məsələnin mahiyyətcə bloklanması deməkdir”.

Yuxarıda qeyd etdiyimiz kimi, bu sənədlərin açıqlanması bir daha Azərbaycanın ərazi məsələsində qətiyyətini göstərir. Rəsmi Bakının bir qarış torpağını belə güzəştə getməyəcəyinə dair prinsipial mövqeyində 30 il ərzində zərrə qədər geriçəkilmənin baş vermədiyini ortaya qoyur. 

Baş nazir Nikol Paşinyan parlamentin bir neçə gün əvvəl keçirilən iclasında sənədlərin dərcindən danışıb: “Müxalifət danışıqlar prosesindən bəhs edir. 30 ilə yaxın hakimiyyətdə olduqları müddətdə, əgər belə imkanlar var idisə, niyə münaqişəni həll etmədilər? Yəni məsələnin ermənilərin xeyrinə həlli şansı var idisə, bunu niyə etmədiniz? Bizə satqın deyirsiniz. Amma sizin kimi satqınlar heç vaxt olmayıb”.

Ermənistanda sabiq xunta rejiminə rəhbərlik edənlər Paşinyan hakimiyyətini müharibəni uduzmaqda, təslim olmaqda günahlandırırlar. Amma Azərbaycan həm də Köçəryanın, Sarkisyanın üzərində qələbə çalıb, məhz onların yaratdığı ordunu məğlub edib.

Bu gün Azərbaycan və Ermənistan arasında sülh prosesi irəliləyir, sülh sazişi paraflanıb, müxtəlif səviyyələrdə, o cümlədən vətəndaş cəmiyyətləri arasında dialoq aparılır. Keçmiş cinayətkar rejimlərə başçılıq edənlər isə hələ də “qisas” hissi ilə yaşayır, Qarabağ kartından yenə də istifadə edə biləcəklərinə dair illüziyalara qapılır, hakimiyyətə can atırlar. Amma həm də artıq heç bir şanslarının qalmadığının fərqindədirlər. İndi Cənubi Qafqazda yeni bir səhifə açılıb, sülh bərqərar olub. Müharibə, qisas çağırışlarını ermənilər özləri belə dəstəkləmirlər. Çünki məhz bu çağırışlar, müharibə, işğal illərlə onları fəlakətə sürükləyib. Hazırda isə dalandan tamamilə çıxmaq üçün tarixi şansları yaranıb. 

İstənilən halda, məlum olan həm də odur ki, Azərbaycan dövləti lideri xalqa hər zaman həqiqəti söyləyib, verdiyi bütün vədləri yerinə yetirib.

Açıqlanan sənədlər də bir daha onu göstərdi ki, aparılan bütün danışıqlarda ərazi bütövlüyümüzün tam olaraq bərpası məsələsi öndə olub.

Politoloq Zaur Məmmədov mövzu ilə bağlı “525”ə şərhində deyib ki, həmin sənədlərlə tanış olanda açıq-aydın görünür ki, görüşlərdə Azərbaycan tərəfi öz mövqeyindən bir addım belə geri çəkilməyib, Qarabağın müstəqil olması və yaxud Ermənistana birləşdirilməsindən söhbət belə getməyib: “Baxmayaraq ki, status-kvonu qorumağa çalışıblar və faktiki olaraq Ermənistanın arxasında olan qüvvələr erməni məsələsi adı altında bölgədə öz maraqlarını həyata keçirmək istəyiblər, lakin istər Madrid, istər Kazan danışıqlarında, istərsə də 2016-cı ilin aprel döyüşlərindən sonra heç vaxt hər hansı bir rayonun, şəhərin güzəştə gedilməsindən söhbət getməyib və əsas məsələ bütün torpaqların işğaldan azad edilməsi idi”. 

Politoloqa görə, Serj Sarkisyanın Rusiya prezidentinə göndərdiyi məktubda da etiraf edilir ki, Azərbaycan Ordusu güclüdür, Azərbaycanın əsas hədəfəri məhz maksimum tələblərdir və Prezident İlham Əliyev öz maksimum tələblərindən geri çəkilmir: “Eyni zamanda, bu sənədlər Nikol Paşinyanın seçki öncəsi Robet Köçəryan və Serj Sarkisyana təzyiqi üçün olduqca vacibdir. Baxmayaraq ki, Ermənistan müxalifəti qeyd edir ki, guya həmin danışıqlardan və açıqlanan sənədlərdən məlum olur ki, Paşinyan əslində Ermənistanı 2018-2020-ci illərdə xilas edə bilərdi. Bu sənədlər ilk növbədə onu göstərir ki, danışıqlarda Qarabağ heç vaxt müstəqil bir aktor kimi müzakirə edilməyib. Ermənistan xalqı doğrudan da bu 30 il ərzində aldadılıb”, - Z.Məmmədov əlavə edib. 

Onun sözlərinə görə, Ermənistan cəmiyyəti əslində bu açıqlanan sənədlərdən nəticə çıxarmalıdır: “İlk növbədə Qarabağ erməniləri dərs götürməlidir. Çünki məhz Qarabağ erməniləri bu 30 il ərzində girov kimi saxlanılırlar. İndi də uydurma informasiyalar yayılır ki, guya Paşinyan Qarabağ ermənilərinə qarşıdır və faktiki olaraq Ermənistan erməniləri və Qarabağ erməniləri arasında qarşıdurma yaradır və s. Ağlı olan ermənilər başa düşməlidirlər ki, bölgədə yeni müharibə Ermənistan dövlətinin süqutu demək olacaq və bundan da nəticə çıxarmalıdırlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see299

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see247

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see193

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see181

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see160

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see157

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see127

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri