Tramp üçüncü müddətə ABŞ prezidenti olmaq istəyir
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ prezidenti Donald Tramp mümkün olarsa, üçüncü müddətə prezidentliyə namizəd olacağını bildirib.
Newscenter.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Tramp, Ohayo ştatında Respublikaçı tərəfdarları qarşısında çıxışı zamanı "Bunu etmək istərdim",- deyə bildirib. .
Amerika qanunlarına görə, Trampın prezident kimi ikinci müddətinin 2029-cu ilin yanvar ayında başa çatması planlaşdırılır. 1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidentin iki müddətdən artıq vəzifədə qalmasını məhdudlaşdırır. Lakin hazırkı Amerika lideri dəfələrlə üçüncü müddətə yenidən seçilmək ehtimalını qaldırıb. Bundan əlavə, keçmiş əsas siyasi strateq Stiv Bennon da ötən payız belə bir ehtimalı səsləndirib.
Tramp 2024-cü ilin noyabr ayında Demokrat Partiyasının namizədi Kamala Harrisi məğlub edərək ikinci müddətə Ağ Ev rəhbəri seçilib. Onun prezident kimi ilk müddəti 2017-ci ildən 2021-ci ilə qədər idi.
Anar
Bu mövzuda digər xəbərlər:Tramp Obamaya qarşı üçüncü müddətə namizəd olmaq istəyir
01 Aprel 2025 08:05
Tramp üçüncü dəfə prezident olmaq istəyir
15 May 2025 16:10
Tramp üçüncü dəfə prezident olmaq istəyir?
04 May 2025 18:26
Tramp üçüncü dəfə ABŞ prezidenti seçiləcək? Conson açıqladı
29 Oktyabr 2025 06:55
Üçüncü müddətə sədr olmayacaq
17 İyun 2026 13:54
Baxış sayı:113
Bu xəbər 13 Oktyabr 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















