Icma.az
close
up
RU
Tramp Ukraynanı Rusiyaya qurban vermək üçün bəhanə axtarır Politoloq

Tramp Ukraynanı Rusiyaya qurban vermək üçün bəhanə axtarır Politoloq

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Respublikaçıların yeni hakimiyyəti dövründə Amerika Birləşmiş Ştatları və Ukraynanın münasibətlərində ciddi kataklizmlərin yaşanacağı şübhə doğurmur".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi. Onun sözlərinə görə, baş verən hadisələr onu göstərir ki, doğrudan da, hal-hazırda ABŞ Tramp və İlon Mask timsalında Ukraynaya qarşı sərt bir ritorikaya start verib:

"Amerika tərəfindən Ukrayna ilə bağlı səsləndirilən fikirlər, təbii ki, Ukraynanın qıcıqlanmasına səbəb olur. Ukrayna da ABŞ-dən gələn təzyiqlər fonunda əks arqumentli açıqlamalar səsləndirir. Faktiki olaraq, Tramp hələ prezident seçilməmişdən əvvəl seçki təbliğatı dövründə də seçiləcəyi təqdirdə, ABŞ vətəndaşlarının gəlirləri hesabına formalaşmış Amerika büdcəsindən Ukraynaya milyard dollarlarla yardım etməyəcəyini vurğulamışdı. Bu gün də görürük ki, Tramp açıq formada Ukraynaya bundan sonra ABŞ-nin kömək etməməsi üçün əlindən gələni edir. Trampın Zelenskinin reytinqinin aşağı olması, Ukrayna rəhbərliyinin müharibəyə səbəb olması haqqında səsləndirdiyi fikirlər Qərbin Rusiya-Ukrayna müharibəsinə yanaşmasında dəyişikliklər yaradır. Tramp özü qəsdən belə edir və bilir ki, Ukraynadan onun sərt açıqlamalarına cavab veriləcək, bu da Trampa bəhanə verəcək ki, Ukraynaya edilən yardımları tamamilə sonlandırsın".

Politoloqun sözlərinə görə, ABŞ-nin mövqeyi ondan ibarətdir ki, Rusiya-Ukrayna müharibəsi hansı şərtlər daxilində olursa-olsun, dayansın.

"Təbii ki, Amerikanın bu gün Rusiya ilə müharibəni dayandırmaq üçün danışıqlar aparması, Ukraynanın özünü də məcbur edir ki, prosesdə beynəlxalq hüququn tələblərinə uyğun olaraq, öz ərazi bütövlüyünü bərpa etdikdən sonra razılaşmalar əldə olunması imkanlarını kənara atsın. Ukrayna fərqindədir ki, Amerika Birləşmiş Ştatları başda olmaqla, Qərbdə heç kim Rusiyanın işğal etdiyi torpaqların yenidən Ukraynaya qaytarılması məsələsini qaldırmayacaq. Bu baxımdan çərçivə sənədi imzalanıb, hər iki ölkə tutduqları mövqelərdə müharibəni müvəqqəti olaraq dayandırmış olacaqlar. Amma bu, Rusiya-Ukrayna münasibətlərində hansısa müsbət dəyişikliyə səbəb olmayacaq", - deyə T.İsmayılov vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Fevral 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri