Icma.az
close
up
RU
Tramp Ukraynanı Rusiyaya verərək, sanki NATO ölkələrinə xəbərdarlıq edir Politoloq

Tramp Ukraynanı Rusiyaya verərək, sanki NATO ölkələrinə xəbərdarlıq edir Politoloq

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əgər 50 gün sonra yenə müharibə bərpa edilərsə, Rusiya mövqeləri stratejik üstünlük əldə edəcək


ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün elan etdiyi 50 günlük müddət Rusiyaya Ukrayna ilə münaqişədə strateji üstünlük verəcək.

Bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Məlumata görə, bu müddət ərzində Rusiya qoşunları strateji logistika mərkəzi olan Pokrovsk istiqamətində hücum əməliyyatını genişləndirə biləcək:

“Onun Rusiyanın nəzarətinə keçməsi Moskvanın böyük qələbəsi olacaq və bütün Donetsk vilayətinin ilhaqını yaxınlaşdıracaq”.

Nəşr iddia edib ki, Rusiya qoşunları Sum istiqamətində irəliləməyə davam edir və burada Kursk və Belqorod vilayətlərini Ukraynadan qorumaq üçün bufer zonası yaratmağa çalışır.


 Politoloq Fuad Abbasov “Sherg.az”a bildirib ki, Trampın 50 günlük müddət ərzində Rusiya-Ukrayna müharibəsinin saxlana biləcəyi iddiası onun daha əvvəl bildirdiyi müharibəni həll etmə təklifinə bənzəyir:


“Bunun həyata keçməsi inandırıcı deyil. Çünki bu, Trampdan asılı olsa idi, hakimiyyətə gəldiyi ilin əvvəlində 24 saat ərzində olmasa da, 24 gün ərzində müharibəni sonlandırardı. Digər tərəfdən, Trampın əsas məqsədi öz verdiyi sözü tutmaqdır. Çünki o , öz ictimaiyyəti, həm də dünya ictimaiyyətin gözü Rusiya-Ukrayna müharibəsindədir. Əgər müharibə dayanacaqsa, mövqelər saxlanmaq şərti ilə dayanacaq. Yəni Rusiya Ukraynanın işğal etdiyi bölgələrdə, Ukrayna isə özünü qoruyub-saxlaya biləcəyi bölgələrdə müharibə dondurulur. Bundan sonra Rusiya-Ukrayna arasında meydana gələ biləcək diplomatik, sülh görüşmələri və.s nəticəsində işğal olunan torpaqlar azad edilib-edilməyəcəyi müzakirə ediləcək. Amma Rusiyanın və Ukraynanın tələbləri üzrə hər ikisinin geri addım atması qeyri-mümkündür. Rusiyanın Krımı verməsi mümkün deyil, Ukraynın da Krımın Rusiyanın işğal altında olmasına razılaşması məqsədə uyğun deyil”. 

Politoloqun sözlərinə görə, 50 günlük müddət-də söhbət atəşkəs elanından gedə bilər:

“Əgər 50 gün sonra yenə müharibə bərpa edilərsə, Rusiya mövqeləri stratejik üstünlük əldə edəcək. Bu, əsassız iddia deyil. Çünki Rusiya atəşkəs elan edilməsini gözləyir. Bəs Tramp bunu niyə belə edib? Yəni həm Ukraynaya hərbi yardımları saxlamaq , həm də 50 günlük müddət vermək Trampın Ukraynaya qarşı gəldiyi və Rusiya tərəfdarı olması ehtimalını ortaya çıxarır. Digər tərəfdən isə əgər Tramp NATO-nun lider ölkəsinin rəhbəri olaraq, Ukraynaya qarşı belə bir addım atacaqsa, digər NATO dövlətlərini nələr gözləyəcək? Nəticədə, Tramp administrasiyasının istər bundan əvvəlki seçkilərdə, istərsə indiki seçkilərdə  NATO-ya olan münasibətinin tamamilə fərqli olduğunu şahidi oluruq. Tramp Ukraynanı Rusiyaya təhvil verərək, sanki NATO ölkələrinə xəbərdarlıq edir”.



Kəmalə Vəliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 İyul 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see264

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see247

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see209

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see206

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see188

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see163

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see162

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see147

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see139

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see139

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see138

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see138

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see135

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see134

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see129

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see128

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri