Icma.az
close
up
RU
Tramp və oğlunu öldürməklə hədələyən şəxs həbs edildi

Tramp və oğlunu öldürməklə hədələyən şəxs həbs edildi

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-də Prezident Donald Tramp və onun oğlu Barron Trampın həyatına qəsd etməklə hədələyən şəxs polis tərəfindən saxlanılıb.

Sitat.info “CBS” telekanalına istinadən xəbər verir ki, Çikaqo sakini Maykl Kovço Ağ Evin rəsmi veb-saytı vasitəsilə dəhşətli hədələr göndərməkdə ittiham olunur.

İstintaq materiallarına görə, Kovço martın 17-də göndərdiyi mesajda Barronun başını kəsəcəyini və prezidenti snayper tüfəngi ilə vuracağını bildirib. O, mesajın sonuna öz telefon nömrəsini və e-poçt ünvanını əlavə edərək, “Cənab – mən sənin uşağını öldürəcəyəm – Kovço” deyə imza atıb.

Məktubunda sui-qəsd planını həyata keçirməkdə “ciddi şəkildə qərarlı olduğunu” vurğulayan şəxs martın 19-da Gizli Xidmət agentləri tərəfindən ziyarət edildikdən sonra daha da aqressivləşib. O, həmin gün zabiti “ovlayacağına” dair yeni mesaj göndərib və Vaşinqtonun müxtəlif yerlərinə əldəqayırma bombalar yerləşdirəcəyi ilə hədələyib. Keçən həftə həbs edilən şübhəlinin məhkəmə prosesi aprelin 10-da baş tutacaq.

Qeyd edək ki, bu, son aylarda Trampın təhlükəsizliyinə qarşı qeydə alınan yeganə insident deyil. Fevral ayında Məxfi Xidmət agentləri Trampın Floridadakı “Mar-a-Laqo” iqamətgahına silahlı müdaxilə cəhdinin qarşısını alıb. Əlində ov tüfəngi və benzin qutusu olan şəxs silahını yerə qoymaq əmrinə tabe olmadığı üçün güllələnərək öldürülüb. Hadisə zamanı Tramp iqamətgahda olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sitat.info
archiveBu xəbər 10 Aprel 2026 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri