Tramp vətəndaşların silaha sahib olmasını qüvvədə saxlayan sərəncam imzalayıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp cümə günü ABŞ Konstitusiyasına odlu silahlara sahib olmaq hüququnu təmin edən İkinci Düzəlişi dəstəkləyən sərəncam imzalayıb.
APA xəbər verir ki, bu barədə həmin gün Ağ Evin mətbuat xidməti məlumat verib və imzalanmış sənədin mətnini yayıb.
Onun müddəalarına uyğun olaraq, ədliyyə naziri - ABŞ-nin baş prokuroru Pam Bondiyə 30 gün ərzində Amerika hakimiyyətinin bütün əvvəlki əmr və qaydalarını, habelə Vaşinqton tərəfindən bağlanmış beynəlxalq müqavilələri öyrənmək, onların İkinci Düzəlişlə təminat verilən hüquqlara qəsd olub-olmadığını müəyyən etmək tapşırılıb.
“Gun Violence Archive” qeyri-hökumət təşkilatının hesablamalarına görə, 2024-cü ildə ABŞ-da baş verən müxtəlif növ atışma hadisələri 16,7 mindən çox insanın həyatına son qoyub, 31,6 mindən çox insan isə yaralanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 08 Fevral 2025 06:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















