Icma.az
close
up
RU
Tramp yolu istisnasız olaraq bütün region ölkələrinin inkişafına kömək edəcək Deputat

Tramp yolu istisnasız olaraq bütün region ölkələrinin inkişafına kömək edəcək Deputat

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Azərbaycan Prezidentinin 8 avqust 2025-ci il tarixində ABŞ-yə səfəri və Vaşinqtonda imzalanan üçtərəfli Bəyannamə xalqımız və dövlətimiz üçün böyük tarixi əhəmiyyətə malik siyasi hadisədir. 
Ölkə.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar sessiyasına çıxışı zamanı deyib.  
Deputat bildirib ki, bu Bəyannamə ilə Ermənistanın Naxçıvana maneəsiz gediş-gəlişi təmin edəcək yolun çəkilməsi ilə razılaşaraq, növbəti dəfə öz üzərinə beynəlxalq  öhdəlik götürməsi, ABŞ-nin  yolun çəkilməsinə və təhlükəsizliyinə təminat verməsi ölkəmizin ciddi diplomatik uğurudur: “Vaşinqton Bəyannaməsi mahiyyət etibarı ilə ABŞ-nin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında  imzalanmış ilkin sülh sazişidir. Azərbaycan Respublikası Konstitusiyasına görə bütün dövlətlərarası müqavilələr Milli Məclisdə ratifikasiya olunmalıdır. Konstitusiyaya görə Milli Məclis həm də sülh sazişinin imzalanmasına öz razılığını verməlidir. Ona görə təklif edirəm ki, hər iki məsələyə baxılması  parlamentin payız sesiyasının iş planına daxil edilsin.
Tramp yolu adlandırılacaq Zəngəzur dəhlizinin açılmasında ABŞ prinsipial və qətiyyətli mövqe ortaya qoyacaq. Tramp  yolunun açılması  Azərbaycanın inkişafına, beynəlxalq yük daşımalarında  xərclərinin azalmasına, insanlarımızın rifahının yaxşılaşmasına  öz töhfəsini verəcək. Azərbaycanın inkişafını, güclənməsini istəməyən bəzi türk düşmənlərinin qəzəb və təxribatlarına baxmayaraq, Tramp yolu  istisnasız olaraq bütün region  ölkələrinin iqtisadiyyatının inkişafına kömək edəcək. Region dövlətlərinin  dəhlizlərlə, müxtəlif nəqliyyat və energetika xətləri, neft və qaz kəmərləri, iqtisadi və humanitar əməkdaşlıgın genişləndirilməsi ilə bir-birinə bağlanması bölgəmizdə təhlükəsizliyə, inkişafa və sülhə xidmət edəcək. Vaşinqton Bəyannaməsinin qəbulu Xankəndi üzərində dövlət suverenliyinin bərpa olunmasından sonra sülhə və inkişafa xidmət edəcək ən böyük tarixi nailiyyətimizdir. Bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin müstəsna xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Bölgəyə sülhü erməni işğalçılarını ölkəmizdən qovmaqla o gətirib. Erməni xalqını da başqalarının əlində alət olmaq əzabından da o qurtarır”.
Qüdrət Həsənquliyev diqqətə çatdırıb ki, ABŞ-nin  vasitəçiliyi ilə  Ermənistanla əldə olunmuş razılaşmanın başqa ölkələrə qarşı olmadığı   hər kəsə gün kimi aydındır: “Bəyanatın yaxın qonşularımız Rusiya və İrandakı mütərəqqi qüvvələri də qane etdiyini düşünürəm. Hesab edirəm yekun sülh sazişinin 44 günlük savaşdan sonra sülhməramlı olaraq sülh prosesində aktiv iştirak etmiş Türkiyə və Rusiyanın iştirakı ilə imzalanması məsələsinə də baxa bilərik. Bu həm ədalətli olar, həm də qonşularla əlaqələrimizin güclənməsinə xidmət edər, sülhü daha davamlı və etibarlı edərdi”.
Deputat həmçinin əlavə edib: “Əldə edilmiş uğurları qoruyub saxlamaq, iqtisadiyyata xarici investisiyaları cəlb etmək, ölkəmizə xarici təsirləri azaltmaq məqsədilə Ermənistanla yekun sülh sazişinin imzalanmasını sürətləndirməliyik. Ermənistan imzalanacaq yekun sülh sazişində gələcəkdə konstitusiyasına dəyişiklik edəcəyi öhdəliyini götürərsə, çevik olub ən azı daha iki il gözləmədən sülh sazişini imzalamalı, qardaş Türkiyə ilə birlikdə Ermənistanla kommunikasiya xətlərinin açılması istiqamətində işləri sürətləndirməliyik. Ölkəmizin təhlükəsizliyi güclü müttəfiqlərimizlə yanaşı yüksək döyüş qabiliyyətli Silahlı Qüvvələrimizə bağlıdır. Bunun üçün güclü iqtisadiyyata sahib olmalıyıq. 
Rusiyada daha çox köməksiz və çarəsiz qalmaları səbəbindən Ukrayna ilə müharibəyə cəlb edilən soydaşlarımızın ölkəyə dönüşünü asanlaşdırıb, onların həyatlarını xilas etmələri üçün  Rusiya ilə quru sərhəddən vətəndaşlarımızın heç olmasa  ölkəyə girişinə icazə verməli, bunun yarada  biləcəyi hansısa  təhlükələrdən qorxmamalıyıq. Təhlükələri önləmək gücündə olan dövlət orqanlarımız var.
Düşünürəm, Allahın hər zaman kömək olduğu  Prezident İlham Əliyevin şansı var ki, tariximizdə yalnız torpaqlarımızı işğaldan azad edən bir lider  kimi qalmasın, həm də xalqımızın qarşısında dayanan daha  çətin  bir vəzifəni yerinə yetirsin. 3-cü dünya ölkəsi sayılan Sinqapurada iqtisadi möcüzə yaratmış, buna görə beynəlxalq birliyin rəğbətini qazanmış baş nazir Li Kuan kimi, o da Azərbaycanın tam olaraq azad bazar iqtisadiyyatına keçidini təmin etməklə  iqtisadiyyatda Azərbaycan möcüzəsini yaratsın.
Bunun üçün  böyük potensial, əlverişli şərtlər mövcuddur. Zaman itirmədən böyük islahatlara başlamağı, amnistiya aktı qəbul etməyi, 2026-cı ili ölkəmizdə barış, sülh və  islahatlar ili adlandırmağı təklif edirəm”.
Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri