Trampdan Netanyahuya xəbərdarlıq: “İranla nüvə danışıqlarını pozacaq addımlar atma” Tehranla anlaşacağımızı düşünürəm
Mia.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya xəbərdarlıq edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Oval Ofisdə keçirilən mərasimdə danışıb.
O, İranla danışıqların yaxşı getdiyini və müsbət nəticəyə ümid etdiklərini qeyd edib.
Bildirib ki, nüvəsiz İran uğurunda danışıqlar, əslində, İran və Yaxı Şərq bölgəsi üçün vacibdir.
Bu sözlərdən sonra jurnalistlərdən biri Trampa “Ötən həftə İsrailin Baş naziri Netanyahuya telefon danışığınız olub. Siz onunla İranla bağlı müzakirə aparıbsız. Həmin vaxtı ona İranla danışıqları poza biləcək addımlar atmaması barədə xəbərdarlıq etdiniz?” sualı verib.
O, suala cavabda belə deyib: "Düzünü desəm, bəli, etdim. Lakin təfərrüatı açmayacam. Dediyim kimi, biz İranla çox yaxşı danışıqlar aparırıq. Bunun necə bitəcəyini görəcəyik. Ancaq mən İranla yaxın həftələrdə razılaşmanın əldə oluna biləcəyini düşünürəm!".
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 29 May 2025 00:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















