Trampın Amerikasından qaçış: Vətəndaşlıq müraciətləri rekord qırdı
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
Donald Trampın hakimiyyətə gəlməsi və vergi dəyişikliklərindən sonra Britaniya vətəndaşlığı üçün müraciət edən amerikalıların sayı rekord həddə çatıb.
Sherg.az xəbər verir ki, ABŞ Daxili İşlər Nazirliyinin yaydığı məlumatlara görə, keçən il 6100-dən çox ABŞ vətəndaşı Britaniya vətəndaşlığı üçün müraciət edib.
Müraciətlərin sayı 20 il əvvəl qeydə alınandan bəri ən yüksək göstəricidir və 2023-cü ildən 26 faiz çoxdur. Britaniya vətəndaşlığı üçün müraciətlərin ümumi sayı 6% artaraq 251 000-ə çatıb ki, bu da növbəti rekorddur.
Nazirliyin məlumatlarına görə, ABŞ vətəndaşlarından müraciətlər xüsusilə 2024-cü ilin son rübündə artaraq, təxminən 1700-ə yüksələrək, əvvəlki ilə nisbətən 40 faiz artıb.
İmmiqrasiya hüquqşünasları deyirlər ki, artım Trampın noyabrın əvvəlində yenidən prezident seçilməsi, habelə Britaniyada amerikalıları ölkəni tərk etməzdən əvvəl Britaniya pasportları almağa təşviq edən vergi dəyişiklikləri ilə əlaqədardır.
"Financial Times"-a danışan Farrer & Co hüquq firmasının ortağı Elena Hinchin, ABŞ-dəki siyasi iqlimin Böyük Britaniyada rezidentliyə marağın artmasında "çox əhəmiyyətli amil" olduğunu söyləyib.
"Kampaniyadan bəri ABŞ-dən vətəndaşlığa daha çox maraq gördük" deyir Hinchin və əalavə edir: "Əvvəlki Tramp administrasiyası dövründəkindən daha çox maraq var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 04 Mart 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















