Trampın atəşkəsə razı olmasının arxasında gizli plan dayanır
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
ABŞ prezidentinin Donald Tramp İranla bağlı atəşkəs qərarının arxasında gizli plan dayanır.
BAKU.WS xəbər verir ki, ABŞ ordusunun istefada olan polkovnik-leytenant Daniel Devis "X" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Trampın atəşkəsə razılaşması əslində Yaxın Şərqdə qüvvələrin yenidən qruplaşdırılması məqsədi daşıyır.
"Bu addım ABŞ hərbi qüvvələrinin təyyarə və gəmilərdə silahları yenidən hazırlaması üçün vaxt qazanmaq məqsədi güdür. Belə görünür ki, o, atəşkəsə razılaşaraq silahları yenidən doldurmaq istəyir. Bu isə onun danışıqlarda tərəfdaşlarını aldatması ilə bağlı reputasiyasını daha da möhkəmləndirir. Qarşı tərəf onun səmimi diplomatiya apardığını düşünür, halbuki o, yeni hücuma hazırlaşır".
Devis hesab edir ki, Tehran da Vaşinqtondan mümkün hiylə gözləyir və artıq buna qarşı cavab tədbirlərini hazırlayıb.
Bundan əvvəl Monreal Universitetinin nəzdində fəaliyyət göstərən beynəlxalq araşdırmalar mərkəzinin əməkdaşı, tarix üzrə professor Yakov Rabkin bildirib ki, Tramp administrasiyası Yaxın Şərqdəki vəziyyətlə bağlı seçim qarşısındadır. Birləşmiş Ştatlar ya İsrailə təzyiq göstərərək atəşkəsə əməl etməyə məcbur etməli, ya da ümumiyyətlə münaqişədən kənara çəkilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 09 Aprel 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















