Icma.az
close
up
RU
Trampın bir mesajı ilə neft bazarları silkələndi, Tehrandan on minlərlə insan getdi SON GÜNLƏR YAŞANANLAR

Trampın bir mesajı ilə neft bazarları silkələndi, Tehrandan on minlərlə insan getdi SON GÜNLƏR YAŞANANLAR

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın Tehran sakinlərinə paytaxtı tərk etməyi tövsiyə etməsindən sonra on minlərlə insan şəhəri tərk etməyə başladı.

Hurriyyet.az bildirir ki, İran və İsrail arasında yeni raket atışmaları davam edərkən, Vaşinqtonun müharibəyə birbaşa qoşulma ehtimalı da ciddi müzakirə olundu.

İsrail ordusu səhər saatlarında iki mərhələli İran raket hücumunun həyata keçirildiyini və Tel-Əviv üzərində partlayış səslərinin eşidildiyini açıqlayıb. Eyni zamanda, İsrail Tehranın cənub-qərbindəki ərazilərin təxliyəsini tələb edib, çünki SEPAH-a (İran İnqilab Keşikçiləri Korpusu) məxsus hərbi obyektlərə zərbələr planlaşdırılır.

İran mediası Tehrandan şimal vilayətlərinə çıxış yollarında sıxlıq və yanacağa limitlər qoyulduğunu yazır. Neft naziri Məhəmməd Paknəcad bildirib ki, bu məhdudiyyətlər yalnız ehtiyat tədbiridir və ictimaiyyətin yanacaqla təminatında problem olmayacaq.

İranın Rey şəhərində isə çərşənbə günü səhər saatlarında naməlum silahlılarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.
“Mehr” agentliyi yazır ki, həmin şəxslər İsraillə əlaqəli ola bilər və paytaxtın sıx ərazilərində “terror aktları” planlaşdırıblar.

İsrail tərəfi açıqlayıb ki, gecə ərzində 50 döyüş təyyarəsi Tehranda raket istehsalında istifadə olunan 20-dən çox hədəfi məhv edib. İrandan isə bildirilib ki, hücumlarda ən azı 224 nəfər ölüb, onların çoxu mülki şəxslərdir. İsrail isə İranın atdığı 400 raketdən 40-nın hava müdafiəsini keçərək 24 mülki şəxsi öldürdüyünü açıqlayıb.

Bu arada İsrail xaricdə qalan vətəndaşlarını geri qaytarmaq üçün hava körpüsü (airlift) əməliyyatına başlayıb. Qəfil hərbi kampaniyadan sonra minlərlə israilli dünyanın müxtəlif ölkələrində ilişib qalıb.

Vaşinqtonun müharibəyə birbaşa qoşulma ehtimalı qlobal bazarlarda silkələnmələrə səbəb olub. İsrailin əsas məqsədi İranın nüvə proqramını sıradan çıxarmaqdır. Lakin Fordo nüvə obyektinin dağ altında yerləşməsi səbəbindən oraya yalnız ABŞ istehsalı olan xüsusi bombalarla zərbə endirmək mümkündür.

İç müzakirələrə yaxın mənbə bildirir ki, Tramp və komandası artıq İranın nüvə obyektlərinə qarşı birgə zərbələr də daxil olmaqla bir sıra ssenariləri nəzərdən keçirirlər. Tramp çərşənbə axşamı Netanyahuyla telefonla danışıb və eyni gün 90 dəqiqəlik Milli Təhlükəsizlik Şurasının iclasını keçirib.

Tramp “Truth Social” hesabında ard-arda açıqlamalar verib:

“Biz Ali liderin harada gizləndiyini dəqiq bilirik. Onu öldürməyəcəyik… hələlik. Amma səbrimiz tükənir”.
3 dəqiqə sonra isə: “UNCONDITIONAL SURRENDER!” (Qeyri-şərtsiz təslim olun!) – paylaşımını edib.

İran isə cavabında bildirib ki, ABŞ müharibəyə qoşularsa, Amerikanın Yaxın Şərqdəki hərbi bazaları dərhal hədəfə alınacaq. ABŞ kəşfiyyatı bildirir ki, İran bəzi ballistik raket qurğularını hərəkətə gətirib, lakin bu qurğuların ABŞ qüvvələrini, yoxsa İsraili hədəf alacağı hələlik bilinmir.

Britaniyanın Baş naziri Keir Starmer Kanadada keçirilən G7 sammitində bildirib ki, ABŞ-ın hələlik birbaşa müharibəyə daxil olacağına dair heç bir rəsmi əlamət yoxdur.

İsrailin hava hücumları nəticəsində İran lideri Ayətullah Xameneinin əsas hərbi və təhlükəsizlik müşavirlərinin öldürüldüyü bildirilir. Bu isə qərarvermə prosesində xaotik boşluqlar yaradaraq strateji səhv ehtimalını artırır.

İsrail bu müharibəyə İranın kütləvi qırğın silahı hazırlamaq üzrə olduğu qənaətindən sonra cümə günü başlayıb. İran isə nüvə proqramının sülhməramlı və texnoloji inkişaf məqsədi daşıdığını bildirir.

Netanyahu İranın nüvə proqramı sıradan çıxarılmayana qədər geri çəkilməyəcəyini deyir. Tramp isə bildirib ki, İsrailin hücumları yalnız İran uranın zənginləşdirilməsinə sərt məhdudiyyətlər qoymağa razılaşsa dayandırıla bilər.

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 İyun 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri