Trampın bu açıqlaması ilə Qrenlandiyaya turist axını...
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025-ci ildə Qrenlandiyada turizmin inkişafı gözlənilirdi, çünki paytaxt Nuukda yeni beynəlxalq hava limanının açılışının daha çox xarici turisti qəbul edəcəyi ehtimal edilirdi. Lakin ABŞ Prezidenti Donald Trampın ada ilə bağlı artan iddiaları yerli turizm sənayesinin daha çox arzulanan turist cəlb etmək səylərini təhlükə altına qoyur.
Axar.az xəbər verir ki, bu sözləri Qrenlandiyaya eksklüziv turlar təşkil edən “Rav Arktik” turizm şirkətinin baş direktoru Kasper Frank Möller bildirib.
O qeyd bi ki, ABŞ-ın marağı və geosiyasi gərginlik ölkəyə turist marağını artırsa da, turistlər arasında qeyri-müəyyənliyi və ehtiyatlılığı da artırıb:
"Tramp 2025-ci ilin əvvəlində Qrenlandiyanın yenidən ələ keçirilməsi ideyasını gündəmə gətirəndə ölkəyə səfər etmək istəyən turistlərin marağında kəskin artım gördük. Əvvəlcə bu, biznes üçün çox yaxşı idi, çünki bizi qlobal xəritəyə və insanların zehninə yerləşdirdi”.
Möller söyləyib ki, ABŞ-ın Venesuela əməliyyatından sonra isə vəziyyət dəyişib, insanlar arasında daha çox narahatlıq doğurub. Bütün bunlar isə adanın turizminə mənfi təsir göstərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 23 Yanvar 2026 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















