Icma.az
close
up
RU
“Trampın bu fikirləri İkinci Dünya müharibəsindən sonra oturuşmuş dünya düzəninə meydan oxumaqdır” Politoloq

“Trampın bu fikirləri İkinci Dünya müharibəsindən sonra oturuşmuş dünya düzəninə meydan oxumaqdır” Politoloq

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında Kanada, Qrenlandiya, Panama ilə bağlı paylaşımlar edərək, onları Amerikanın tərkibinə əlavə etmək istədiyini bildirib. Bununla da Tramp ABŞ-nin geosiyasi təsirini genişləndirmək niyyətində olduğunu göstərmiş olur.
Bu addım  İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sistemi üçün nə dərəcədə düzgün və real görsənir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Donald Tramp  bununla artıq bir neçə dəfə Kanada Qrenlandiya və Panama kanalı ilə bağlı fikirlərini səsləndirib:
“O bu niyyətində ciddi olduğunu nümayiş etdirməyə çalışır. Təbii ki, bu fikirlər həm onun Amerikanın NATO-dakı və Avropadakı müttəfiqləri tərəfindən narahatlıqla qarşılanır. Qrenlandiyanın əhalisi və onu təmsil edən hökumətin başçısı, digər rəsmi şəxslər onun satın alınmayacağını söyləyirlər. Kanada ilə bağlı məsələlərə gəldikdə Tramp bunun iqtisadi yollarla həll etmək niyyətində olduğunu gizlətmir. Panama kanalı ilə bağlı fikirlərini də ona əsaslandırır ki, Panama kanalı hazırda daha çox Çin tərəfindən istismar edilir”. 
Politoloq onu da qeyd edib ki, Tramp Çin gəmilərinə daha çox güzəştlərin tətbiq olunmasından narazıdır:
“Amerika daha artıq tariflər ödəməklə bu kanaldan istifadə edir. Bunu  da əsaslandırır ki, Panama kanalı təxminən 100 il öncə ABŞ tərəfindən tikilib istifadəyə verilib. Bu onun mülkiyyətidir. Təbii ki, Trampın bu fikirləri İkinci Dünya müharibəsindən sonra oturuşmuş dünya düzənini faktiki olaraq heçə saymaq və ona meydan oxumaq kimi qəbul olunmalıdır. Təbii ki, belə bəyanatlar Amerikanın maraqlarını hətta əsas götürərək səsləndirilsə də buna uyğun olsa da bu beynəlxalqq təhlükəsizlik sisteminin arxitekturasını dağıdan bir siyasətdir. Eyni zamanda Rusiya kimi dövlətlərə də müəyyən qədər dəstək verir. Doğrudan da ABŞ-ın bu addımı gerçəkləşərsə Rusiya da özünə bəraət qazandıraraq Ukrayna  və digər postsovet ölkələrinə qarşı bu cür aqressiv və ilhaqcı siyasətini davam etdirməyə cəhd edər. Bu da keçmiş postsovet məkanı ilə Şərqi Avropa üçün  ciddi təhdidlər deməkdir. Təbii ki, bu bəyanatlar Tramp hakimiyyətə gələnə qədər verilən bəyanatlardır. Bu bəyanatların arxasında əməli fəaliyyət dayanacaqmı,biz bunu gələcəkdə görəcəyik.Amma  bütün hallarda belə bir davranışlar sərgilənəcəksə, biz artıq dünyada mövcud nizamın tamamilə dağıldlğının şahidi olacağıq. Bu da gələcək dünyamızı ciddi təhdidlər qarşısında qoyacaq deyə bilərik”.
Leyla
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Yanvar 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri