Trampın bu vərdişi Azərbaycanda da diqqət çəkdi O edir, siz etməyin!
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
ABŞ səhiyyə nazirinin Prezident Donald Trampın qidalanma vərdişləri ilə bağlı dediyi fikirlər sensasiya yaradıb.
Sitat: “Tramp, əsasən, hamburger, xırtıldayan toyuq və pəhriz kolası ilə qidalanır. Onun bu cür qidalanma ilə necə sağ qaldığını bilmirəm”,
Bu konteksdə sosial medianın Azərbaycan seqmentində də müzakirə başlayıb. Kimisi deyir ki, belə qidalar sağlam olmasa da, öldürmür, yemək lazımdır, kimisi də bunun uzunmüddətli zərərlərinə diqqət çəkir.
Belə qidalar orqanizm üçün hansı hallarda zərərsizdir? Ümumilikdə, insanın sağlamlığı baxımdan fəsadları varmı?
Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, Donald Tramp kimi şəxslərin uzun illər “fast-food”la qidalanmasına baxmayaraq ciddi xəstəlik yaşamaması bu qidaların zərərsiz olduğunu göstərmir:
“Bu mövzu ətrafında müzakirələr emosional getsə də, tibbi baxımdan məsələ kifayət qədər aydındır. Bu hal daha çox fərdi metabolik xüsusiyyətlər, genetik üstünlüklər və orqanizmin hələlik kompensasiya mərhələsində olması ilə izah olunur. Belə qidalar yalnız müəyyən hallarda nisbətən az zərərli ola bilər. Məsələn, gənc yaşda, metabolizması sürətli olan şəxslərdə, normal bədən çəkisi və aktiv həyat tərzi mövcud olduqda, xroniki xəstəlik, insulin dirənci ilə qaraciyər piylənməsi olmadıqda, eləcə də nadir hallarda və az miqdarda qəbul edildikdə orqanizm müəyyən müddət zərəri kompensasiya edə bilir”.
Terapevt bildirib ki, bu fəsadlar uzun illər simptomsuz inkişaf edir və insan özünü sağlam hiss edir:
“Əsas problem də budur. Belə qidalar qısa müddətdə ciddi fəsad yaratmaya bilər, lakin səssiz şəkildə sağlamlığı zəiflədir. Bir şəxsin uzun müddət problem yaşamaması “fast food”ların təhlükəsiz olmasını deyil, sadəcə orqanizmin hələlik dözdüyünü göstərir. Sağlamlıq riski isə birbaşa qəbul edilən miqdar və davamlılıqla bağlıdır”.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 17 Yanvar 2026 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















