Icma.az
close
up
RU
Trampın G20 dəvətində Azərbaycanla bağlı 3 mühüm amil

Trampın G20 dəvətində Azərbaycanla bağlı 3 mühüm amil

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevi G20 sammitində iştiraka dəvət etməsi ölkəmizin beynəlxalq siyasi və iqtisadi münasibətlər sistemindəki mövqeyi baxımından diqqət çəkir. Dəvət Azərbaycanın Orta Dəhliz, enerji təhlükəsizliyi və regional əməkdaşlıq sahələrində artan əhəmiyyətini yenidən gündəmə gətirib. Eyni zamanda, bu iştirakın Azərbaycan-ABŞ münasibətlərinə, strateji tərəfdaşlığın inkişafına və Cənubi Qafqazda sülh prosesinə mümkün təsirləri müzakirə olunur.

Modern.az-a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov bildirib ki, Donald Tramp dəfələrlə Prezident İlham Əliyevə hörmətini ifadə edib və Azərbaycanın həyata keçirdiyi siyasəti yüksək qiymətləndirib.

Deputatın sözlərinə görə, ABŞ Prezidentinin Qazaxıstan və Özbəkistan liderlərini də sammitə dəvət etməsi Mərkəzi Asiyanın Vaşinqton üçün artan əhəmiyyətini göstərir:

"ABŞ Prezidenti dəfələrlə Azərbaycan Prezidentinə böyük hörmət bəslədiyini və dövlətimizin apardığı düzgün, yaxşı düşünülmüş siyasətini vurğulayıb. Nəzərə almaq lazımdır ki, Tramp sammitə Qazaxıstan və Özbəkistan liderlərini də dəvət edib. Bu da göstərir ki, Mərkəzi Asiyanın imkanları ABŞ üçün olduqca əhəmiyyətlidir. Həmin imkanların reallaşdırılması və regionun resurslarının daşınması isə mütləq Azərbaycan vasitəsilə həyata keçirilməlidir. Ona görə də Orta Dəhliz məsələsi və ABŞ-nin bu marşrutda iştirakı Azərbaycanın G20 sammitinə dəvət olunmasına əsas yaradan amillərdəndir".

R.Musabəyov Azərbaycanın geosiyasi mövqeyinin də bu baxımdan əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, ölkəmizin İranla həmsərhəd olması və Körfəz regionunda baş verən proseslərə təsir imkanlarının mövcudluğu da ABŞ üçün nəzərə alınan amillər sırasındadır:

"Üstəlik, Azərbaycan İranla da həmsərhəddir. Körfəzdəki vəziyyətlə bağlı Azərbaycanın müəyyən təsir imkanları da var".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin digər üzvü Elman Nəsirov isə bildirib ki, bu dəvət ABŞ-nin Azərbaycanın yalnız Cənubi Qafqazda deyil, daha geniş Avrasiya məkanında artan rolunu nəzərə aldığını göstərir.

Deputatın sözlərinə görə, Vaşinqton Azərbaycanın nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və geoiqtisadi potensialını yüksək qiymətləndirir. O, dəvətin eyni zamanda Donald Trampın Prezident İlham Əliyevə şəxsi münasibətinin göstəricisi olduğunu qeyd edib:

"Bu dəvət bir daha göstərdi ki, ABŞ Azərbaycanı təkcə Cənubi Qafqaz regionunda deyil, daha böyük Avrasiya məkanında artan, genişlənən rolunun fərqindədir. Xüsusilə də Azərbaycanın Orta Dəhliz nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və digər məsələlərdəki potensialını yüksək qiymətləndirir. Eyni zamanda, Tramp bununla cənab İlham Əliyevə şəxsi simpatiyasını ifadə edir. Tramp dəfələrlə Azərbaycan liderinin dünya səviyyəli lider olduğunu söyləyib. Bu dəvət bir sıra istiqamətlər üzrə Azərbaycanın cəlbediciliyini nümayiş etdirir. Bunlardan birinci yerdə strateji tərəfdaşlıq məsələləri dayanır. ABŞ və Azərbaycan bu ilin fevral ayında ABŞ-nin vitse-prezidenti Cey Di Vensin səfəri çərçivəsində ikitərəfli əməkdaşlığı yüksək səviyyəyə qaldırıblar və Strateji Tərəfdaşlıq Xartiyası imzalayıblar. Bu sənəd çərçivəsində iki dövlət arasında enerji, müdafiə, təhlükəsizlik, süni intellekt, rəqəmsal infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulub".

E.Nəsirov Azərbaycanın geoiqtisadi əhəmiyyətinin də ABŞ üçün mühüm amil olduğunu vurğulayıb. Onun fikrincə, Azərbaycan bu gün yalnız Cənubi Qafqazda deyil, Xəzər regionunda da xüsusi çəkiyə malikdir:

"Azərbaycan və Mərkəzi Asiya vahid geosiyasi və geoiqtisadi platforma kimi çıxış edir. Bu platformanın mərkəzi və həlledici halqalarından biri Azərbaycandır. Azərbaycanın artan çəkisi bu baxımdan ABŞ üçün əhəmiyyətlidir. Heç şübhəsiz ki, prioritetlərdən biri də Cənubi Qafqazda sülh və təhlükəsizlik məsələləridir. ABŞ liderinin vasitəçiliyi ilə 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. ABŞ ciddi səylə çalışır ki, paraflanmış sülh müqaviləsi real sülh müqaviləsinə çevrilsin. Bu baxımdan cənab Tramp Azərbaycana xüsusi həssaslıqla yanaşır".

Deputat G20 sammitində iştirakın Azərbaycan üçün iqtisadi və siyasi baxımdan əhəmiyyətinə də toxunub. O bildirib ki, belə bir tədbirdə iştirak ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirə bilər:

"Şübhəsiz ki, regionun iqtisadi motivləri də burada xüsusi rol oynayır. Bu tədbirdə iştirak etmək Azərbaycan üçün olduqca vacibdir. G20-yə daxil olan dövlətlər dünya ÜDM-nin 85 faizinə sahibdir, dünya ticarətinin 75 faizini həyata keçirir və dünya əhalisinin təqribən üçdə ikisini əhatə edir. Azərbaycanın G20 ölkələri ilə əməkdaşlığının qurulması və inkişaf etdirilməsi dövlətimizin maraqlarına uyğundur. Bu, artan investisiyalar və əməkdaşlıq imkanları deməkdir. Eyni zamanda, siyasi dialoq mühitinin daha da möhkəmlənməsinə, Azərbaycanın Cənubi Qafqazda və daha geniş coğrafiyada mövqelərinin genişlənməsinə şərait yarada bilər. Azərbaycan Prezidenti İlham Əliyevin bu tədbirə dəvət edilməsi fövqəldövlət tərəfindən yüksək etimadın ifadəsi kimi də qiymətləndirilə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Noyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri