Icma.az
close
up
RU
Trampın Kağız Pələng ifadəsi gündəmi silkələdi: Rusiyaya qarşı yeni hücum başlayır? ŞƏRH

Trampın Kağız Pələng ifadəsi gündəmi silkələdi: Rusiyaya qarşı yeni hücum başlayır? ŞƏRH

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı son açıqlamaları beynəlxalq medianın və siyasi ekspertlərin diqqət mərkəzinə düşüb. Trampın Rusiyanı "kağızdan pələng" adlandırması həm Qərbdə, həm də Moskva dairələrində ciddi rezonans doğurub. Onun bu ifadəsi təhlilçilər tərəfindən yeni siyasi mesaj kimi qiymətləndirilir.

Kreml isə Trampın bu çıxışına sərt cavab verib: “Biz kağızdan pələng deyilik, ayıyıq. Kağızdan ayı olmur”. Bu cavab Rusiya tərəfinin öz mövqeyini açıq şəkildə ortaya qoyduğunu göstərir. Trampın son günlərdə Rusiya ilə bağlı ritorikasının dəyişməsi və getdikcə daha sərt ton alması diqqətdən yayınmır. Uzun müddət Rusiya ilə daha neytral münasibət yürütməkdə ittiham olunan Trampın bu mövqey dəyişikliyi, həm daxili siyasi gündəmlə, həm də qlobal balanslarla bağlı ola bilər.

Maraqlıdır, görəsən bu günə qədər müharibəni bitirmək naminə, hətta Rusiyanın müəyyən tələbləri ilə razılaşmağa hazır olduğunu bildirən Donald Trampın indi Rusiyaya qarşı mövqeyi dəyişib?

Turkustan.az olaraq bu sualları politoloq Tural İsmayılova ünvanladıq.

Tural İsmayılov

Donald Trampın Rusiyanı “kağız pələng” adlandırması və paralel şəkildə müharibəni bitirmək üçün Moskvanın tələblərini nəzərə almağa hazır olduğunu deməsi əslində onun siyasət üslubunun mahiyyətini göstərir. Tramp diplomatiyada tez-tez sərt ritorika ilə kompromis mesajlarını paralel istifadə edir.

Bu, həm daxili auditoriyaya güc nümayişi, həm də beynəlxalq danışıqlarda praqmatik yanaşma kimi oxunur. Onun “kağız pələng” ifadəsi Rusiyanın iqtisadi zəifliklərinə işarədir. Amma eyni zamanda Tramp anlayır ki, Rusiya regional təhlükəsizlikdə mühüm aktordur. Buna görə də kompromisə meylli görünməsi siyasi reallığın qəbul edilməsidir. Burada mövqenin dəyişməsindən çox, müxtəlif hədəflərə yönəlmiş mesajların vəhdəti var. Trampın bu yanaşması beynəlxalq münasibətlərdə həm sərtlik, həm də elastiklik elementlərini özündə birləşdirir. ABŞ siyasətində belə ikili ritorika tez-tez müşahidə olunur.

O, bir tərəfdən öz seçicilərinə Rusiyanın güclü olmadığını göstərməyə çalışır. Digər tərəfdən isə münaqişələrin həllində reallıqları nəzərə almağın vacibliyini vurğulayır. Bu, strateji çevikliyin nümunəsi kimi də qiymətləndirilə bilər. Çünki böyük güclər arasında balans siyasəti bəzən ziddiyyətli ritorika tələb edir. Tramp da bunu siyasi alət kimi istifadə edir. Onun Rusiyaya yanaşmasında kəskin dönüşdən danışmaq doğru olmaz. Daha çox situasiyaya uyğun mesaj vermək tendensiyası görünür. Beləliklə, Rusiyaya dair açıqlamalar bir-birinə zidd kimi görünsə də, əslində, tamamlama xarakteri daşıyır.

Bu da Trampın siyasi üslubunun əsas özəlliyidir. Yəni mövqe dəyişməsindən çox, müxtəlif tərəflərə ünvanlanan paralel siqnallar mövcuddur. ABŞ siyasətində bu, həm güc nümayişi, həm də kompromis imkanlarının qorunması kimi dəyərləndirilir. Trampın sözləri də bu ikili strategiyanın davamı hesab oluna bilər. Nəticə olaraq, burada Rusiyaya qarşı qəti mövqedən imtina deyil, praqmatik yanaşmanın müxtəlif formaları əksini tapır.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Sentyabr 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see236

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see161

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see155

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see155

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see146

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri