Trampın keçid komandası Panamaya qarşı hərbi gücün tətbiqini istisna EDİR
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın keçid komandası Panama kanalına nəzarəti Vaşinqtona qaytarmaq üçün hərbi gücdən istifadə variantını istisna edir.
Redaktor.az xəbər verir ki, bunu keçid komandanın nümayəndəsi bildirib.
Onun fikrincə, Trampın Panama kanalı ilə bağlı bəyanatları növbəti Amerika administrasiyasının bu mühüm infrastruktur obyektinə nəzarətin Çinin əlinə keçməsinin qarşısını almaq istəyi kimi qiymətləndirilməlidir.
Nümayəndə deyib ki, Tramp yalnız kanala məhdudiyyətsiz girişi saxlamaq və onun Çinin əlindən çıxmasını təmin etmək istəyir.
Xatırladaq ki, Tramp bu yaxınlarda Vaşinqtonun Panama kanalına nəzarəti qaytarmalı olduğunu bəyan etmiş, həmçinin Danimarka muxtariyyəti olan Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin tərəfdarı olduğunu söyləmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 08 Yanvar 2025 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















