Icma.az
close
up
RU
Trampın nümayəndəsi Kelloq Brüsseldə Avropa ölkələrini tərifləyib

Trampın nümayəndəsi Kelloq Brüsseldə Avropa ölkələrini tərifləyib

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq son vaxtlar müdafiə səylərinin artması və Avropalı müttəfiqlərin Ukraynaya verdiyi dəstəyi yüksək qiymətləndirərək, bunun Vaşinqtonda da müşahidə edildiyini deyib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Kelloq Almaniya Marşal Fondunun Brüsseldə təşkil etdiyi paneldə çıxış edib.

Sülh danışıqlarının son vəziyyəti ilə bağlı fikirlərini bölüşən Kelloq Ukrayna prezidenti Vladimir Zelenskinin mövqeyini yüksək qiymətləndirib. “Prezident Zelenski öz torpağında yaşaması üçün mübarizə aparır və Abraham Linkoln da bunu etdi. Bunu görəndə, onların hazırda yerlərdə üzləşdikləri problemləri qiymətləndirməlisən. Düşünürəm ki, bəzən biz bunu görmürük. Biz özümüzü onların yerinə qoymuruq. Biz bunu həqiqətən də etməyə çalışdıq və son bir neçə ayda texniki görüşlər üçün Ər-Riyad, Paris, London, İstanbul və yenidən İstanbula səfər etdik”, - deyə Kelloq bildirib.

Prezident Trampın vəzifəyə başlayarkən müharibəni 24 saata bitirəcəyini dediyini xatırladan Kelloq, zarafatla "24 saat dedi, amma bunun hansı ay olacağını heç söyləmədi" deyib. Xüsusi nümayəndə Kelloq: "Olduğumuz yerdə çox rahatıq. Son nəticənin necə olacağını bilirik. Bu nöqtəyə çata bilsək, sülh razılaşması əldə edə bilərik", - deyib.

Kelloq, əldə ediləcək nöqtəni "hərtərəfli atəşkəs" olaraq xarakterizə edərək: "Biz yalnız ukraynalılar üçün deyil, Avropa üçün uzunmüddətli davamlı atəşkəs istəyirik.

Biz rusları “millətlər icması” adlandırdığım yerə qaytarmağa çalışırıq. Biz uzunmüddətli perspektivdə davamlı bir şeyə nail olmaq istəyirik. Üç, dörd və ya beş ildən sonra bir daha müharibə görmək istəmirik”, - deyib.

Avropa ölkələrinin əvvəlki illərə nisbətən müdafiə səylərini artırdığını qeyd edən Kelloq: “Avropa ölkələri həqiqətən irəlilədilər. Dörd il əvvəl olduğundan fərqli bir Avropa var. Onların bu yaxınlarda sülh səyləri (Böyük Britaniya, Almaniya və Fransa tərəfindən) gördükləri işlər həqiqətən çox yaxşı alınır. Onlar həqiqətən də (Ukrayna) dəstəyi artırdılar və bu, yüksək qiymətləndirildi və hətta diqqət çəkdi. Düşünürəm ki, müdafiə nazirimizə (Pete Heqset) dünən bu barədə sual verildi və o, avropalıların bunu etmək üçün addım atması ilə razılaşdı. Mən prezident Trampın adından danışmıram, amma onun instinktlərinin həqiqətən yaxşı olduğunu bilirəm”, - deyib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 İyun 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri