Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

TRAMPIN PUÇ ÇIXAN “24 SAAT” VƏDİ... Müharibənin tezliklə bitməsi ABŞnin maraqlarına uyğundurmu? AzPolitika onlayn siyasiictimai qəzet

TRAMPIN PUÇ ÇIXAN “24 SAAT” VƏDİ... Müharibənin tezliklə bitməsi ABŞnin maraqlarına uyğundurmu? AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hələ ABŞ-dəki prezident seçkisindən əvvəl Ukraynadakı münaqişəni 24 saata bitirəcəyinə vəd verən Donald Trampın bu açıqlmaları əksər ciddi ekspertlər tərəfindən qeyri-cidddi qarşılanırdı. Hadisələrin gedişi onların haqlı olduğunu göstərir…

Tramp müharibəni hətta Ağ Evə qədəm qoymamış dayandıracağını vəd etmişdi. Lakin onun seçildiyi məlum olandan sonra bu vəd bir növ ikinci plana keçdi. Daha sonra bu məsələnin onun rəsmən öz vəzifəsinin icrasına başlamasından dərhal sonra gündəmə gətiriləcəyi bildirildi. İndi isə bu perspektiv də sual altına alınıb və Trampın özünün, eləcə də köməkçilərinin dediklərindən belə çıxır ki, nəinki münaqişənin dayandırılması, hətta Kremllə birbaşa danışıqların başlanması belə yaxşı halda, yalnız qarşıdakı 6 ay müddətində mümkün ola bilər. Yəni, məsələ uzandıqca uzanır…

Trampın həmin vədinə ən məntqili cavabı elə Ukrayna Prezidenti Volodimir Zelenski hələ seçkidən əvvəl vermişdi. Zelenski xatırlatmışdı ki, Rusiya-Ukrayna münaqişəsi hələ Trampın birinci prezidentliyi dövründə də mövcud idi. Krım işğal altında idi, Donbasda Rusiya işğalı indiki qədər olmasa da davam edirdi və s. Lakin Tramp bu məsələdə hər hansı ciddi addım atmamışdı və əksinə, bu işğalın başında dayanan Putinlə yaxşı münasibətlərə malik idi…

Qərb mətbuatı isə Tramp administrasiyasının və onun özünün Ukrayna münaqişəsinin həlli ilə bağlı planlarının dəyişdiyini iddia edir. Məsələn, Britaniyanın “Financial Times” nəşrinin yazdığına görə, Donald Tramp administrasiyası Ukraynadakı müharibəni 24 saat ərzində bitirmək planlarından artıq ümumiyətlə danışmır. Nəşrin Trampa yaxın mənbələri bunu onunla izah edir ki, yeni prezidentin kiomandası “güclü görünmək” istəyir və buna görə də Rusiya-Ukrayna müharibəsinə yanaşmasını yenidən nəzərdən keçirmək məcburiyyətindədir.

Bu, o deməkdir ki, yeni administrasiya Ukraynanın daha güclü mövqedə olmasında və bu yolla Putinlə danışıqalrda Trampın əlinin güclü olmasında maraqlıdır. Əks təqdirdə, Putinə edilən güzəştlər Trampı zəif göstrərə bilər. Məqalədə iddia olunur ki, indi Tramp Kiyevə ilk növbədə avropalı müttəfiqləri vasitəsilə dəstəyi davam etdirməyi, hətta bunu gücləndirməyi müzakirə edir.


Bundan əvvəl Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq demişdi ki, Tramp mümkün qədər tez sülhü bərqərar etməyə çalışsa da, nizamlanma məsələsində Moskvaya güzəştə getmək niyyətində deyil. Çünki o, “Ukraynanı və onun suverenliyini xilas etmək istəyir”.

Qərb mətbuatı və ekspertlər iddia edirlər ki, Tramp Moskva ilə qarşıdakı danışıqlarda Kiyevin mövqeyini gücləndirmək qərarına gələrək, seçkiqabağı “24 saat” vədindən əl çəkib. Avropa mənbələri də yeni ABŞ Prezidentinin Ukraynaya kömək etməkdən imtina etməyəcəyinə əminlik ifadə ediblər. Bütün bunlar inandırıcıdır və ümumilikdə kimin hakimiyyətdə olmasından asılı olmayaraq, ABŞ-nin Rusiya-Ukrayna siyasətinin mahiyyətinə uyğun görünür. Bununla da, bir daha məlum olur ki, ABŞ öz maraqlarından çıxış edir və bu maraqlar heç də müharibənin tezliklə başa çatmasını özündə ehtiva etməyə bilər…

Trampın son mətbuat konfransındakı açıqlamaları da bunu sübut edir. O, münaqişəni artıq 24 saat deyil, 6 ay ərzində həll edəcəyini deyib və yenə köhnə fikrini təkrarlayaraq qeyd edib ki, guya prezident Bayden yox, o özü olsaydı, bu müharibə ümumiyyətlə olmayacaqdı. O əlavə edib ki, uzun illərdir Ukraynanın NATO-ya üzvlüyünün qəbuledilməz olduğunu təkid edən Moskvanın mövqeyini başa düşür.

Tramp xatırladıb ki, hələ Vladimir Putinin prezidentliyindən əvvəl də Rusiya Kiyevin NATO-ya üzvlüyünün əleyhinə olduğunu bəyan etmişdi. Bununla da Tramp Moskvaya edilə biləcək güzəştin sərhədini göstərib – Ukraynanın NATO-ya üzvlüyünün istisna olunması. Hansı ki, zatən nə 2022-ci ilin 24 fevralına qədər, nə də ondan sonra Kiyevin NATO-ya üzvlüyü heç zaman real görünməyib. NATO ölkələrinin bir neçəsi bunun əleyhinə olub və indi də əleyhinədir. Ukrayna ordusunun NATO standartlarına çatdırılması və digər texniki, eləcə də siyasi, bürokratik məsələlərin həlli onsuz da yaxın 10 il ərzində mümkünsüz görünür. Bu baxımdan ABŞ-nin Ukraynanın NATO üzvlüyü məsələsində güzəştə getməsi ümumiyyətlə, real ciddi güzəşt sayıla bilməz. Lakin belə görünür ki, Kremllə gələcək danışıqlarda bu “güzəşt” Moskvaya baha qiymətə satılacaq.

Putinə gəlincə isə yaxşı məlumdur ki, Ukraynanın NATO üzvlüyü məsələsi sadəcə, Kiyevdəki hakimiyyəti nəzarətə götürmək üçün bəhanə olub. Lakin Moskvanın planları özünü doğrultmadı, “3 günə Kiyevi almaq” mümkün olmadı və 3-cü ilin tamamında Rusiya hələ də Donbasın çöllərində, bataqlıqlarında ilişib qalıb. Əvəzində Ukrayna NATO-dakı əksər ölkələrin ordusundan daha güclü orduya malikdir, NATO isə Finlandiya və İsveçin timsalında Rusiya sərhədlərinə daha da yaxınlaşıb, Avropadakı NATO dövlətləri ordularını gücləndirməyə başlayıb və sair.

Yəni, Kreml özü də bunu bilə-bilə Ukraynanın NATO üzvlüyünə qoyulacaq vetonu baha qiymətə alacaq və bunu öz auditoriyasına böyük qələbə kimi təqdim edəcək. ABŞ isə bundan heç nə itirməyəcək, əvəzində Rusiyadan istədiklərini alacaq…

Ümumiyyətlə, Trampın “24 saat” vədinin yalnız seçki öncəsi ABŞ-nin daxili auditoriyasına hesablanmış ritorik vəd olduğu məlum idi. İndi ABŞ seçicisini Ukrayna yox, ölıkə daxilinə aid verilmiş vədlər maraqlandırır. Dünya siyasəti isə göründüy kimi, sözünün çəkisi olmayan, yarı-ciddi liderlərin ritorik açıqlamalarının ümidinə qalıb. Bu, bir daha göstərir ki, ölkəmiz başda olmaqla, iqtisadi, hərbi, siyasi cəhətdən güclü olmağı bacarmaq, xarici dəstəyə ümid bağlamamaq lazımdır...

E.Qüdrətoğlu

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Yanvar 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see217

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see174

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see138

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri