Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Trampın qərarı Azərbaycana necə təsir edəcək?

Trampın qərarı Azərbaycana necə təsir edəcək?

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Trampın neft siyasəti Azərbaycana da təsir göstərə bilər”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a şərhində 2025-ci ilin yanvarında formalaşacaq Tramp administrasiyanın neft siyasətini və bunun Azərbaycana təsirləri barədə fikirlərini bölüşərkən bildirib.

Onun sözlərinə görə, Donald Tramp Bayden administrasiya dövründə neft istehsalı ilə bağlı qəbul olunan bütün qərarları ləğv edəcək.

“Prezident seçkilərindən öncə seçki kampaniyası zamanı Donald Tramp və onun komandasının üzvləri dəfələrlə bəyan edib ki, əgər onlar hakimiyyətə gəlsələr, neft-qaz istehsalını artıracaqlar. Demokrat Bayden administrasiyası ölkənin müxtəlif ərazilərində yeni neft yataqların istismar olunması üçün lisenziyaların verilməsini dayandırmışdı.

Lakin 2025-ci ilin yanvarından ABŞ-yə rəhbərlik edəcək Tramp administrasiyası yeni neft yataqlarının istismar olunması üçün şirkətlərə lisenziyaların verilməsini bərpa, hətta vergi güzəştləri də tətbiq etməyi planlaşdırır. Bu, böyük potensiala sahib olan Amerika bazarı üçün yeni fürsətlər yaradacaq”.

Ekspert xatırladıb ki, Amerikada neft və qaz ehtiyatları həddən artıq çoxdur:

“ABŞ qlobal neft hasilatında lider ölkədir. ABŞ-nin gündəlik neft hasilatı 13,5 milyon bareldir. Halbuki on il bundan əvvəl 6 və 7 milyon barel arası idi. ABŞ neft hasilatında Rusiya və Səudiyyə Ərəbistanını da keçib. Bu gün hər iki ölkənin neft hasilatı 8-9 milyon barel civarındadır. Trampın yeni neft strategiyası ABŞ-nin neft hasilatını artırmaq və xaricdən neft alışını azaltmaqdır. Bu isə dünya neft bazarında neft qiymətlərinin ucuzlaşdırılmasına gətirib çıxara bilər”.

Ekspert deyib ki, bu, Azərbaycana təsir edə bilər:

“Təəssüf ki, Azərbaycanın büdcə gəlirlərinin böyük hissəsi neft gəlirlərindən ibarətdir. Əgər neftin qiyməti aşağı düşərsə, Azərbaycanın gəlirlərində azalma baş verəcək. Amma bunun müsbət tərəfi bundan ibarət olacaq ki, belə bir halda Azərbaycan daha çevik davranıb qeyri-neft sektoruna daha çox diqqət ayıracaq”.

Xatırladaq ki, Donald Trampın komandası enerji sektoru üçün yeni mayeləşdirilmiş təbii qaz layihələri üçün ixrac icazələrinin təsdiqlənməsini və ABŞ-də neft hasilatının artırılmasını əhatə edən geniş plan hazırlayır. Bunu iki mənbə “Reuters”-ə bildirib.

Onların sözlərinə görə, Tramp Co Baydenin qəbul etdiyi əsas iqlim qanunlarını ləğv etməyi planlaşdırır.

Mənbələrin dediyinə görə, ilk prioritetlərdən biri yeni LNG ixrac icazələrindəki fasilənin aradan qaldırılması olacaq. Tramp federal torpaqlarda qazma işlərinə icazənin verilməsini sürətləndirəcək və ABŞ-də dənizdə qazma planlarını canlandıracaq.

O, həmçinin Keystone Pipeline layihəsi üçün təsdiq almağa çalışacaq. Plan inauqurasiyadan bir neçə gün sonra təqdim olunacaq. Milyarder Oleq Deripaska Trampın seçkilərdəki qələbəsini mənfi qiymətləndirib.

“Sabahın xeyir, yeni dünya. May ayına qədər neft 50 dollara çatacaq, deyəsən hər yerdə sülh hökm sürür”, - deyə biznesmen yazıb.

Hələ seçkilərdən əvvəl Tramp neft quyularının kütləvi işlənməsinə başlamağa söz vermişdi. “Dünyanın hər hansı digər ölkəsindən daha çox qara qızılımız var! Səudiyyə Ərəbistanından, Rusiyadan daha çox”, - Tramp bildirmişdi.

O bəyan edib ki, neftin qiyməti 40 dollar olduğu halda Rusiya hərbi əməliyyatlar keçirə bilməz. Tramp enerji resurslarını Avropaya sataraq sərvət qazanacağını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Noyabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri