Icma.az
close
up
RU
“Trampın Rusiya kəşfiyyatı tərəfindən ələ alınması haqda şübhələr var... Ancaq...”

“Trampın Rusiya kəşfiyyatı tərəfindən ələ alınması haqda şübhələr var... Ancaq...”

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Onun Ukraynanı guya sülhə məcbur etməyə çalışarkən təcavüzkarın, yəni Rusiyanın müdafiəsinə qalxması, guya Putinin sülh istəməsi, Zelenskinin isə istəməməsi haqda bəyanatları yalnız Ukraynanın, Avropanın deyil, Birləşmiş Ştatların özünün də mənafelərinə ziddir...”

“ABŞ-nin indiki prezidenti Donald Trampın sabit adam olmaması, dövlət ərkanına uyğun davranmaması  və s. göz qabağındadır. Və onun Ukraynanı guya sülhə məcbur etməyə çalışarkən təcavüzkarın, yəni Rusiyanın müdafiəsinə qalxması, guya Putinin sülh istəməsi, Zelenskinin isə istəməməsi haqda bəyanatları yalnız Ukraynanın, Avropanın deyil, Birləşmiş Ştatların özünün də mənafelərinə ziddir”.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov son vaxtlar Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın guya “KQB” agenti olması haqda müxtəlif mənbələr, o cümlədən keçmiş SSRİ DTK-nın vəzifəli şəxsləri tərəfindən səslənən iddialara münasibət bildirərkən dilə gətirib.

“Trampın “KQB” agenti olması haqda deyilənlər hələki söz səviyyəsində olan bir şeydir. Ancaq ABŞ-dəki qanunvericiliyə əsasən əgər dövlət vəzifəsi daşıyan şəxs barədə belə iddialar varsa, dərhal rəsmi təhqiqat başlanmalıdır. Çox güman ki, Amerikada həmin təhqiqat başlayacaq. Çünki bu iddia bir və ya bir neçə şəxs tərəfindən yox, bir sıra şəxs və mənbələr tərəfindən səsləndirilir. Lakin həmin təhqiqatın nə ilə nəticələnəcəyini söyləmək çətindir. Fəqət, Trampın sabit adam olmaması, dövlət ərkanına uyğun davranmaması  və s. göz qabağındadır. Və onun Ukraynanı guya sülhə məcbur etməyə çalışarkən təcavüzkarın, yəni Rusiyanın müdafiəsinə qalxması, guya Putinin sülh istəməsi, Zelenskinin isə istəməməsi haqda bəyanatları yalnız Ukraynanın, Avropanın deyil, Birləşmiş Ştatların özünün də mənafelərinə ziddir”, -deyə davamında partiya lideri diqqətə çatdırıb.

Etibar Məmmədov ABŞ-də prezident Donalda Trampa qarşı etirazların kütləvi xarakter alacağını da etiraz etmir.

“Amerikada Ukrayna lobbisi də, Trampın əleyhdarları da güclüdür. Və əvvəl-axır ona qarşı təzyiqlər və etirazlar da artacaq və fikrimcə, onun əleyhinə bu kampaniya kütləvi xarakter alacaq”, -həmsöhbətimiz bildirib.

“Trampın əsasən işğalçı ölkə diktatoru Vladimir Putinin əlinə oynayan son çıxış və gedişləri onun, 

 doğrudan da, Rusiya kəşfiyyatı tərəfindən ələ alınmasına şübhə oyatmır ki?” sualına isə siyasətçi belə cavab verib:

“Təbii ki, dediyiniz şübhələr var. Amma öncə dediyim kimi, Trampın “KQB” agenti olub-olmamasını təsdiqləmək bizim səlahiyyətimizdə deyil. Bu, Amerika hökumətinin vəzifəsidir ki, həmin təhqiqatı aparsın və ölkə lideri haqda deyilənlərin doğru olub-olmamasını üzə çıxarsın...” 

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Mart 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri