Icma.az
close
up
RU
Trampın saatı niyə dayanıb?: Oval kabinetdən cəbhə xəttinə

Trampın saatı niyə dayanıb?: Oval kabinetdən cəbhə xəttinə

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya ilə Ukrayna arasında davam edən müharibə artıq müasir dövrün ən mürəkkəb və uzunmüddətli geosiyasi qarşıdurmalarından birinə çevrilib.

Bu münaqişə sadəcə iki dövlətin ərazi və suverenlik uğrunda mübarizəsi deyil, eyni zamanda beynəlxalq güc balansını dəyişdirən, Qərb-Rusiya münasibətlərinin təməlini silkələyən bir prosesdir. ABŞ və Avropa İttifaqı kimi qlobal aktorların bu münaqişəyə siyasi, iqtisadi və hərbi baxımdan müdaxiləsi, onu təkcə regional deyil, qlobal səviyyəli bir böhran halına gətirib.

Seçki kampaniyası zamanı Tramp dəfələrlə bəyan edirdi ki, hakimiyyətə gəldiyi ilk günlərdə, bəzən 24 saat, bəzən isə bir neçə həftə ərzində Rusiya-Ukrayna münaqişəsinə son qoyacağını təmin edəcək. Onun fikrincə, bu problem əsasən yanlış diplomatik yanaşmaların və siyasi iradənin olmamasının nəticəsidir. Lakin Trampın bu cür iddialı vədləri beynəlxalq münasibətlər kontekstində ciddi suallar doğurur. 

Məsələ ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən politoloq Kazım Kazımov bildirib ki, biz bilirik ki, seçki kampaniyası zamanı Donald Tramp dəfələrlə bəyan edirdi ki, Rusiya-Ukrayna müharibəsini çox qısa müddətdə sona çatdıracağına əmin idi. Lakin hakimiyyətə gəldikdən sonra vəziyyətin onun iddia etdiyi qədər sadə və səthi olmadığı ortaya çıxdı:

"Bu gün Rusiya-Ukrayna müharibəsi artıq üçüncü ilinə qədəm qoyur və tərəflər arasında qarşıdurma hələ də davam edir. Hər iki ölkə ağır itkilər versə də, heç biri maksimalist mövqeyindən geri çəkilmir. Belə bir şəraitdə ABŞ-ın təkbaşına bu münaqişəni həll etmək imkanları xeyli məhduddur. Trampın prezidentliyinin ilk dövründə o, Rusiya üzərində təzyiq qurmağa çalışdı. Xüsusilə, Zelenski ilə Oval kabinetdə yaşanan gərgin dialoq dünya ictimaiyyətinin yaddaşındadır. Amma bu yanaşma gözlənilən nəticəni vermədi. Avropa İttifaqı da Trampın sərt siyasətinə tərəfdaşlıq etmədi".

Kazım Kazımov, politoloq

Onun sözlərinə görə, hazırda Trampın bir neçə gün öncə Konqresdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı səsləndirdiyi fikirlər gündəmə gəlib. Məlumatlara görə, bəzi senatorlar ona bu məsələdə "yaşıl işıq" yandırıblar. Ancaq reallıqda bu yeni sanksiyalar Rusiyaya ciddi təsir göstərməyəcək, çünki artıq minlərlə sanksiya qüvvədədir və müharibə bu məhdudiyyətlərə baxmayaraq davam edir:

"ABŞ-nin edə biləcəyi əsas şey tərəflərin maksimalist mövqelərini yumşaltmağa çalışmaqdır. Lakin bu istiqamətdə də indiyə qədər ciddi nəticə əldə olunmayıb. Tramp isə yaranmış çıxılmaz vəziyyətə görə məsuliyyəti üzərindən ataraq problemi daha çox Putinin mövqeyi ilə izah etməyə çalışır. Burada müəyyən həqiqət payı var: Kreml kifayət qədər sərt və dəyişməz mövqe tutur. Ancaq eyni zamanda ABŞ diplomatiyasının da bu münaqişənin həllində hələlik effektiv ola bilməməsi bir reallıqdır. Hesab edirəm ki, yaxın bir il ərzində bu proseslərdə irəliləyiş əldə olunsa da, bu ancaq məhdud səviyyədə olacaq. ABŞ-ın diplomatik səyləri, ən yaxşı halda, tərəfləri danışıqlara yaxınlaşdırmaqla məhdud qala bilər".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 İyul 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri