Icma.az
close
up
RU
Trampın “sülh gedişi”nin sirri açılır ŞOK DETALLAR

Trampın “sülh gedişi”nin sirri açılır ŞOK DETALLAR

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trampın İrana qarşı planlaşdırıldığı bildirilən yeni hərbi əməliyyatları dayandıraraq diplomatik təmaslara üstünlük verməsi Yaxın Şərqdə bir neçə aydır davam edən gərginliyin istiqamətini dəyişə biləcək mühüm siyasi qərar oldu. Vaşinqtonun bu addımı təkcə ABŞ-İran münasibətlərində deyil, həm də qlobal enerji bazarlarında, maliyyə sektorunda və regionun təhlükəsizlik quruluşunda dərhal hiss olunan dəyişikliklərə səbəb olub. İlk reaksiyanı isə neft bazarı verdi. Belə ki, “Brent” və WTI markalarının qiymətində nəzərəçarpacaq geriləmə qeydə alındı. Bu, investorların hərbi eskalasiyanın ən azı müvəqqəti olaraq səngiyəcəyinə dair gözləntilərinin gücləndiyini göstərdi. Bununla belə, bazarlar hələ də ehtiyatlı davranır. Çünki son aylarda ABŞ və İran arasında yaranan qarşıdurma bir neçə dəfə diplomatik fasilələrlə əvəz olunsa da, danışıqlar nəticəsiz qaldıqdan sonra hərbi gərginlik yenidən alovlanmışdı. Hazırda da tərəflər arasında danışıqların formatı, nüvə proqramı, sanksiyaların taleyi və Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin necə təmin ediləcəyi ilə bağlı həlledici məsələlər açıq qalır. Bu səbəbdən enerji bazarlarında geosiyasi risk tam aradan qalxmayıb.

Son günlər Oman vasitəçiliyi ilə Vaşinqton və Tehran arasında yeni təmasların intensivləşdiyi, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin bərpası ilə bağlı müzakirələrin davam etdiyi bildirilir. Eyni zamanda İsrail rəhbərliyi İranın nüvə və raket proqramı ilə bağlı narahatlıqlarının aradan qalxmadığını bəyan edərək mümkün yeni hərbi variantları gündəmdə saxladığını açıqlayıb. Bu isə göstərir ki, bölgədə yaranan nisbi sakitlik hələlik kövrək xarakter daşıyır və istənilən anda yenidən pozula bilər.

Trampın hərbi əməliyyatları dayandırması doğrudanmı yeni diplomatik mərhələnin başlanğıcıdır, yoxsa bu, sadəcə növbəti taktiki fasilədir? ABŞ və İran arasında formalaşan yeni balans dünya enerji bazarlarını necə dəyişəcək? Hörmüz boğazında sabitlik bərpa olunarsa, bundan ən çox hansı dövlətlər və iqtisadiyyatlar faydalanacaq? Azərbaycanın enerji gəlirləri, qaz ixracı və regional təhlükəsizliyi bu prosesdən necə təsirlənəcək? Mövcud yumşalma uzunmüddətli razılaşmaya çevriləcək, yoxsa Yaxın Şərq yeni hərbi eskalasiyanın astanasındadır?

Bu arada qeyd edək ki, son məlumatlara görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ prezidenti Donald Trampın tərəflərin razılaşmaya yaxınlaşdığı və danışıqların bu gündən başlayacağı barədə bəyanatını təkzib edib. O bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Ərbəin yürüşü mərasimində iştirak etmək üçün İraqa yola düşür və bu səfər şəxsi xarakter daşıyır.

Onun sözlərinə görə, İranın danışıqlar heyətinin digər üzvləri ölkə daxilindədir. XİN sözçüsü İran və Oman arasında Hörmüz boğazı ilə bağlı aparılan müzakirələrin iki Körfəz sahilyanı ölkəsi arasında ikitərəfli danışıqlar olduğunu vurğulayıb. Bəqai qeyd edib ki, Omanla aparılan danışıqların məqsədi Hörmüz boğazında gəmiçilik üçün təhlükəsiz marşrutun təmin edilməsidir. O əlavə edib ki, digər ölkələr bu danışıqlar prosesində həm destruktiv, həm də konstruktiv rol oynaya bilərlər.

Politoloq Elşən Mustafayev Musavat.com-a bildirib ki, Donald Trampın İrana qarşı yeni hərbi əməliyyatları dayandırmasının səbəblərinin deyildiyi kimi diplomatik danışıqların yenidən bərpa olunmasına görə olmasını birmənalı qarşılamaq çətindir:

“Müharibə başlandığı gündən indiyədək bir neçə dəfə belə addımlar atılıb və hər dəfə qısa müddət sonra əməliyyatlar bərpa olunub. Tərəflər arasında imzalanmış memorandumdan sonra bu sənədə orada yazıldığı kimi ən azı 60 gün riayət olunacağını düşünənlər çox idi. Amma Türkiyədəki NATO sammiti günlərində hərbi əməliyyatların başlanması və Trampın memorandumun faktiki olaraq qüvvədən düşdüyünü, İran tərəfi özü müraciət etməsə, hər hansı danışığın olmayacağını deməsi diplomatik danışıqları tam dayandırdı. Bu gün nə baş verdi ki, yaxud hansı səbəblərdən yenidən diplomatik danışıqların başlanması istiqamətində işlərin getdiyi barədə açıqlamalar verilməyə başladı? İran tərəfinin verdiyi açıqlamalarda yalnız əvvəlki şərtlər qüvvədə qalmaqla İranın danışıqlara hazır olması barədə fikirləri görürük. Yəni ABŞ-nin tələbləri ilə bağlı yenilik yoxdur. Deməli, hazırda əməliyyatların dayandırılması ilə bağlı verilən qərar tamam başqa səbəblərdən qaynaqlanır. Hazırda daha çox yayılmış səbəblərdən biri kimi neft bazarında gərginliyin artması göstərilir və bu addımla enerji daşıyıcıları bazarında müəyyən sabitliyin yaradılmasına cəhd edilir. Bu səbəb vacib olsa da, hesab edirəm ki, əsas səbəb başqadır. ABŞ və İran arasında müharibənin danışıqlar yolu ilə həll olunması perspektivi bu gün üçün görünmür. Amma rəsmi Vaşinqton mart ayından bu günə kimi apardığı müharibədə maddi, insan, ən əsası, nüfuz itkilərinin hesabatını verə bilməyəcək. Bu isə onu deməyə əsas verir ki, müharibənin yenidən başlanması qaçılmaz olacaq.

Hazırda diplomatik danışıqların aparılması təklifi səbəbindən əməliyyatların dayandırılması ABŞ-nin problemin qansız həll olumasında maraqlı olduğunu göstərməklə həm dünyaya, həm də öz ölkəsinə bir mesajdır. Yenidən hərbi əməliyyatların başlayacağı halda həm müttəfiqi olduğu Yaxın Şərq ölkələrinin müdafiəsi üçün əlavə tədbirlər görülməsi, həm də özünün silah-sursat, raket arsenalını artırmaq da bir səbəbdir. Yəni tərəflərın açıqlamalarından göründüyü kimi, onlar öz şərtlərindən cüzi məqamlar istisna olmaqla geri çəkilmək istəmirlər. Amma problem bu şəkildə, müharibə elan olunmadan hərbi əməliyyatlar adı altında uzun müddət davam edə bilməz. Nəticə əldə edilməsə, Tramp hakimiyyətindən bunun hesabını soruşacaqlar. İndi isə müharibə tərəfdarı olmadığını göstərməklə danışıqlara üstünlük verdiyi görüntüsü yaradır ki, sonra əməliyyatlara başlayanda bunun qaçılmaz olduğunu izah edə bilsin. Yəni əməliyyatlar hər gün, hər an başlaya bilər. Keçən 5 ayda biz bunu dəfələrlə görmüşük. İranın isə buna necə hazır olması ilə bağlı verdikləri bəyanatlardan irəli gələn fikirlər söyləyə bilmərəm. Əgər baş tutarsa, danışıqların gedişatından, müharibə yenidən başlayarsa real vəziyyətdə İranın bu etapda müqavimətinin səviyyəsinin necə olduğunu deyə bilərik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Avqust 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri