Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Zülalla ən zəngin çərəz

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Trampın “sülh gedişi”nin sirri açılır ŞOK DETALLAR

Trampın “sülh gedişi”nin sirri açılır ŞOK DETALLAR

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Trampın İrana qarşı planlaşdırıldığı bildirilən yeni hərbi əməliyyatları dayandıraraq diplomatik təmaslara üstünlük verməsi Yaxın Şərqdə bir neçə aydır davam edən gərginliyin istiqamətini dəyişə biləcək mühüm siyasi qərar oldu. Vaşinqtonun bu addımı təkcə ABŞ-İran münasibətlərində deyil, həm də qlobal enerji bazarlarında, maliyyə sektorunda və regionun təhlükəsizlik quruluşunda dərhal hiss olunan dəyişikliklərə səbəb olub. İlk reaksiyanı isə neft bazarı verdi. Belə ki, “Brent” və WTI markalarının qiymətində nəzərəçarpacaq geriləmə qeydə alındı. Bu, investorların hərbi eskalasiyanın ən azı müvəqqəti olaraq səngiyəcəyinə dair gözləntilərinin gücləndiyini göstərdi. Bununla belə, bazarlar hələ də ehtiyatlı davranır. Çünki son aylarda ABŞ və İran arasında yaranan qarşıdurma bir neçə dəfə diplomatik fasilələrlə əvəz olunsa da, danışıqlar nəticəsiz qaldıqdan sonra hərbi gərginlik yenidən alovlanmışdı. Hazırda da tərəflər arasında danışıqların formatı, nüvə proqramı, sanksiyaların taleyi və Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin necə təmin ediləcəyi ilə bağlı həlledici məsələlər açıq qalır. Bu səbəbdən enerji bazarlarında geosiyasi risk tam aradan qalxmayıb.

Son günlər Oman vasitəçiliyi ilə Vaşinqton və Tehran arasında yeni təmasların intensivləşdiyi, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin bərpası ilə bağlı müzakirələrin davam etdiyi bildirilir. Eyni zamanda İsrail rəhbərliyi İranın nüvə və raket proqramı ilə bağlı narahatlıqlarının aradan qalxmadığını bəyan edərək mümkün yeni hərbi variantları gündəmdə saxladığını açıqlayıb. Bu isə göstərir ki, bölgədə yaranan nisbi sakitlik hələlik kövrək xarakter daşıyır və istənilən anda yenidən pozula bilər.

Trampın hərbi əməliyyatları dayandırması doğrudanmı yeni diplomatik mərhələnin başlanğıcıdır, yoxsa bu, sadəcə növbəti taktiki fasilədir? ABŞ və İran arasında formalaşan yeni balans dünya enerji bazarlarını necə dəyişəcək? Hörmüz boğazında sabitlik bərpa olunarsa, bundan ən çox hansı dövlətlər və iqtisadiyyatlar faydalanacaq? Azərbaycanın enerji gəlirləri, qaz ixracı və regional təhlükəsizliyi bu prosesdən necə təsirlənəcək? Mövcud yumşalma uzunmüddətli razılaşmaya çevriləcək, yoxsa Yaxın Şərq yeni hərbi eskalasiyanın astanasındadır?

Bu arada qeyd edək ki, son məlumatlara görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ prezidenti Donald Trampın tərəflərin razılaşmaya yaxınlaşdığı və danışıqların bu gündən başlayacağı barədə bəyanatını təkzib edib. O bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Ərbəin yürüşü mərasimində iştirak etmək üçün İraqa yola düşür və bu səfər şəxsi xarakter daşıyır.

Onun sözlərinə görə, İranın danışıqlar heyətinin digər üzvləri ölkə daxilindədir. XİN sözçüsü İran və Oman arasında Hörmüz boğazı ilə bağlı aparılan müzakirələrin iki Körfəz sahilyanı ölkəsi arasında ikitərəfli danışıqlar olduğunu vurğulayıb. Bəqai qeyd edib ki, Omanla aparılan danışıqların məqsədi Hörmüz boğazında gəmiçilik üçün təhlükəsiz marşrutun təmin edilməsidir. O əlavə edib ki, digər ölkələr bu danışıqlar prosesində həm destruktiv, həm də konstruktiv rol oynaya bilərlər.

Politoloq Elşən Mustafayev Musavat.com-a bildirib ki, Donald Trampın İrana qarşı yeni hərbi əməliyyatları dayandırmasının səbəblərinin deyildiyi kimi diplomatik danışıqların yenidən bərpa olunmasına görə olmasını birmənalı qarşılamaq çətindir:

“Müharibə başlandığı gündən indiyədək bir neçə dəfə belə addımlar atılıb və hər dəfə qısa müddət sonra əməliyyatlar bərpa olunub. Tərəflər arasında imzalanmış memorandumdan sonra bu sənədə orada yazıldığı kimi ən azı 60 gün riayət olunacağını düşünənlər çox idi. Amma Türkiyədəki NATO sammiti günlərində hərbi əməliyyatların başlanması və Trampın memorandumun faktiki olaraq qüvvədən düşdüyünü, İran tərəfi özü müraciət etməsə, hər hansı danışığın olmayacağını deməsi diplomatik danışıqları tam dayandırdı. Bu gün nə baş verdi ki, yaxud hansı səbəblərdən yenidən diplomatik danışıqların başlanması istiqamətində işlərin getdiyi barədə açıqlamalar verilməyə başladı? İran tərəfinin verdiyi açıqlamalarda yalnız əvvəlki şərtlər qüvvədə qalmaqla İranın danışıqlara hazır olması barədə fikirləri görürük. Yəni ABŞ-nin tələbləri ilə bağlı yenilik yoxdur. Deməli, hazırda əməliyyatların dayandırılması ilə bağlı verilən qərar tamam başqa səbəblərdən qaynaqlanır. Hazırda daha çox yayılmış səbəblərdən biri kimi neft bazarında gərginliyin artması göstərilir və bu addımla enerji daşıyıcıları bazarında müəyyən sabitliyin yaradılmasına cəhd edilir. Bu səbəb vacib olsa da, hesab edirəm ki, əsas səbəb başqadır. ABŞ və İran arasında müharibənin danışıqlar yolu ilə həll olunması perspektivi bu gün üçün görünmür. Amma rəsmi Vaşinqton mart ayından bu günə kimi apardığı müharibədə maddi, insan, ən əsası, nüfuz itkilərinin hesabatını verə bilməyəcək. Bu isə onu deməyə əsas verir ki, müharibənin yenidən başlanması qaçılmaz olacaq.

Hazırda diplomatik danışıqların aparılması təklifi səbəbindən əməliyyatların dayandırılması ABŞ-nin problemin qansız həll olumasında maraqlı olduğunu göstərməklə həm dünyaya, həm də öz ölkəsinə bir mesajdır. Yenidən hərbi əməliyyatların başlayacağı halda həm müttəfiqi olduğu Yaxın Şərq ölkələrinin müdafiəsi üçün əlavə tətdbirlər görülməsi, həm də özünün silah-sursat, raket arsenalını artırmaq da bir səbəbdir. Yəni tərəflərın açıqlamalarından göründüyü kimi, onlar öz şərtlərindən cüzi məqamlar istisna olmaqla geri çəkilmək istəmirlər. Amma problem bu şəkildə, müharibə elan olunmadan hərbi əməliyyatlar adı altında uzun müddət davam edə bilməz. Nəticə əldə edilməsə, Tramp hakimiyyətindən bunun hesabını soruşacaqlar. İndi isə müharibə tərəfdarı olmadığını göstərməklə danışıqlara üstünlük verdiyi görüntüsü yaradır ki, sonra əməliyyatlara başlayanda bunun qaçılmaz olduğunu izah edə bilsin. Yəni əməliyyatlar hər gün, hər an başlaya bilər. Keçən 5 ayda biz bunu dəfələrlə görmüşük. İranın isə buna necə hazır olması ilə bağlı verdikləri bəyanatlardan irəli gələn fikirlər söyləyə bilmərəm. Əgər baş tutarsa, danışıqların gedişatından, müharibə yenidən başlayarsa real vəziyyətdə İranın bu etapda müqavimətinin səviyyəsinin necə olduğunu deyə bilərik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Avqust 2026 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see319

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see290

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see288

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see283

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see234

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see232

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see231

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see226

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see225

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see217

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see213

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see208

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see204

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see193

91 yaşlı əfsanəvi aktrisa uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxdı

15 Noyabr 2026 02:58see187

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see184

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see181

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see180

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see176

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri