Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Trampın sülh planı Ukraynanı bitirir: Kremllə gizli danışıqlar başlayıb, Kiyevin mövqeyinə isə önəm verilmir

Trampın sülh planı Ukraynanı bitirir: Kremllə gizli danışıqlar başlayıb, Kiyevin mövqeyinə isə önəm verilmir

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Tramp administrasiyası hələlik səlahiyyətlərinin icrasına başlamasa da, Ukraynanın əleyhinə olan sülh şərtləri ilə müharibənin dayandırılması planının müzakirə edilməsinə başlayıb... Əgər, bu təhlükəli plan reallaşarsa, Ukrayna Krım da daxil olmaqla, öz ərazilərinin əhəmiyyətli bir hissəsini itirmiş olacaq və yaxın gələcəkdə ümumiyyətlə, Ukrayna dövlətçiliyinin taleyi böyük təhlükə qarşısında qalacaq...
Ukrayna postsovet məkanında ən inkişaf etmiş dövlətlərdən biri idi. Ancaq bu, yalnız Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə qədər belə hesab olunurdu. Rəsmi Kiyevin Avropa Birliyi və NATO-ya üzvlük niyyətinin israrlı xarakter alması situasiyanı tamamilə əksinə olaraq, dəyişdi. NATO-nun Ukrayna ərazisində strateji raket sistemləri yerləşdirmək planları Rusiyaya savaş bəhanəsi vermiş oldu. Və Rusiya öz təhlükəsizlik maraqlarını bəhanə edərək, Ukraynaya qarşı işğalçı müharibəyə başladı.

Nəticə hazırda Ukrayna üçün müsbət məzmun daşımır. Düzdür, Rusiya da bu savaş ucbatından ciddi şəkildə zəifləyib, beynəlxalq nüfuzu sarsılıb, dünyadan təcrid edilib və iqtisadiyyatı demək olar ki, çökmək üzrədir. Ancaq Ukrayna artıq dağıdılmış ölkəyə çevrilib. İndi bu ölkənin yenidən bərpasına onilliklərlə zaman, yüz milyardlarla maliyyə vəsaiti lazımdır. Və bu baxımdan, Ukraynanın hazırda "dövlətçilik faciəsi" yaşadığını da düşünmək olar.

Əsas faciə ondan ibarətdir ki, Zelenski hakimiyyəti ABŞ və Qərbə güvənərək, Rusiya ilə qarşıdurma siyasətinə üstünlük verməklə, Ukraynanın gələcək taleyini böyük təhlükə altında buraxan ciddi səhvə yol verib. Çünki indi məlum olur ki, ABŞ və Qərbi Ukraynanın gələcək taleyi ümumiyyətlə, narahat etmir. Qərb siyasi dairələri Ukraynadan Rusiyanı zəiflədərək, yeni dünya düzənində hegemon mövqe iddiasından məhrum buraxmaq üçün proksi hərbi alət olaraq, istifadə edir. Və bu baxımdan, on milyonlarla günahsız Ukrayna vətəndaşı Qərbin strateji maraqlarının girovuna çevrilib.

Onu da qeyd etmək lazımdır ki, Qərb siyasi dairələrində Ukrayna savaşına yanaşma tərzi artıq kəskin ziddiyyətlərə yol açmağa başlayıb. Belə ki, bəzi Qərb ölkələri son vaxtlar Ukrayna ordusunun hərbi texnika ilə təchiz olunmasına maliyyə vəsaiti xərcləməyə həvəsli olmadıqlarını artıq qətiyyən gizlətmirlər. Eyni zamanda, Rusiyaya qarşı iqtisadi sanksiyaların bumeranq effekti verdiyini də qanamağa çalışırlar. Və belə anlaşılır ki, yaxın gələcəkdə Ukraynaya Qərbin dəstəyi nisbətən zəifləyə bilər.

Ancaq Qərbdə Rusiyanın daha da sıxışdırılaraq, dünyadan təcrid edilməsinin tərəfdarları hələlik Ukrayna savaşının davam etməsində maraqlıdırlar. Üstəlik, Rusiyaya qarşı iqtisadi sanksiyaların artırılması prosesi də davam etdirilir. Belə ki, bəzi üzv dövlətlərin etirazlarına baxmayaraq, Avropa Birliyi Rusiyaya qarşı 15-ci sanksiyalar paketini hazırlayır. Və bu, yaxın gələcəkdə Qərb siyasi dairələrində Ukrayna savaşının uzadılması niyyətlərinin ziddiyyətləri daha da dərinləşdirə biləcəyini göstərir.

Bu barədə açıqlama verən Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Rusiyanın daha sərt təzyiqlərə məruz qoyulmasının vacibliyini də qabardıb. O, vurğulayıb ki, Avropa Birliyi bu prosesi davam etdirəcək və eyni zamanda, Rusiyanın sanksiyalardan yayınmasına yönəlik mübarizəni də sərtləşdirəcək. Və bu, o deməkdir ki, Rusiya ilə əməkdaşlıq edən, Kremlə sanksiyalardan yayınmaq imkanları yaradan ölkələr hədəfə çıxarıla bilər.

Halbuki, Ukrayna savaşı ətrafında yaranmış situasiyanın tamamilə əks istiqamətdə inkişaf etmə ehtimalı indi daha çox inandırıcı görünür. Belə ki, bu savaşın dayandırılmasına üstünlük verənlərin mövqeyi nisbətən möhkəmlənməyə başlayıb. İndi sülhə aparan yolun axtarışında olanlar daha açıq şəkildə hərəkətə keçmiş kimi görünürlər. Və hazırda Ukrayna savaşının dayandırılması ilə bağlı müzakirələr daha intensiv xarakter daşıyır.

Əslində, bu proses bir neçə ay əvvəl başlanmışdı. Macarıstan baş naziri Viktor Orban Ukrayna savaşının dayandırılması ilə bağlı məsləhətləşmələrə xüsusi vasitəçilik missiyasını öz üzərinə götürmüşdü. Macar baş nazir Avropa Birliyinin kəskin etirazlarına, hətta təhdidlərinə əhəmiyyət verməyərək, əvvəlcə Rusiya və Çinə səfər etmişdi. Ardınca isə ABŞ-a gedərək, Bayden administrasiyası ilə deyil, məhz Ukrayna savaşının dayandırılmasına yönəlik seçkiqabağı vədlər verən Donald Trampla görüşmüşdü. Və bu, həm Ağ Evdə, həm də Avropa Birliyində ciddi qıcıq doğurmuşdu.

Maraqlıdır ki, ABŞ-da keçirilmiş növbəti prezident seçkilərində Donald Trampın qalib gəlməsindən sonra Ukrayna savaşının dayadılmasına yönəlik plan artıq icra edilməyə başlayıb. Belə ki, Polşanın baş naziri Donald Tusk yaxın vaxtlarda atəşkəsin tarixi, onun hansı sərhəddə fəaliyyət göstərəcəyi və Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı konkret açıqlamanın gözlənildiyini bildirib. Onun dediyinə görə, bu plan artıq hazırlıq mərhələsindədir. Və bu proses ilkin mərhələdə ABŞ-ın Ukrayna savaşına müdaxiləsinin minimum həddə qədər zəifləməsi ilə müşayiət oluna bilər.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Kiyevi ciddi şəkildə narahat edə biləcək mesajlar indi daha çox ABŞ siyasi dairələrindən verilir. Belə ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın məsləhətçisi olmuş Brayan Lanza Ukraynanın Krımı artıq tamamilə itirdiyini bildirib və prezident Volodimir Zelenskini bu reallığı qəbul etməyə çağırıb.

Brayan Lanza hesab edr ki, rəsmi Kiyev bundan sonra Ukrayna ərazilərini geri qaytarmaq deyil, məhz Rusiya ilə sülhə dair perspektivlərə fokuslanmalıdır. Onun fikrincə , əgər, prezident Volodimir Zelenski danışıqlara oturub, "Sülh yalnız Krımı geri aldığımız halda mümkündür" desə, bu, onun ciddi danışıqlara hazır olmadığını göstərəcək. Brayan Lanza xəbərdarlıq edib ki, Tramp administrasiyası əsas diqqətini müharibənin sonlandırılmasına yönəldəcək və Ukraynanın əkshücum imkanlarını təmin etməyə çalışmayacaq.

Belə anlaşılır ki, son aylarda Ukrayna üçün ehtimal olunan təhlükəli situasiya artıq reallığa çevrilmək üzrədir. Tramp administrasiyası hələlik səlahiyyətlərinin icrasına başlamasa da, Ukraynanın əleyhinə olan sülh şərtləri ilə müharibənin dayandırılması planının Kremllə gizli müzakirəsinə başlayıb. Əgər, bu təhlükəli plan reallaşarsa, Ukrayna Krım da daxil olmaqla, öz ərazilərinin əhəmiyyətli bir hissəsini itirmiş olacaq. Və yaxın gələcəkdə ümumiyyətlə, Ukrayna dövlətçiliyinin taleyi böyük təhlükə qarşısında qala bilər.(musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see393

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see224

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see191

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see172

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see169

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see162

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see127

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri