Icma.az
close
up
RU
Trampın sülh təşəbbüsləri niyə puça çıxır?

Trampın sülh təşəbbüsləri niyə puça çıxır?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Donald Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra dünyadakı qaynar münaqişə ocaqlarında atəşkəs və sülh yaratmaq missiyası mövqeyindən çıxış etsə də, hələ də arzuladığı nəticəni əldə edə bilməyib, təşəbbüsləri puça çıxıb. Ağ Ev rəhbəri ikinci dəfə prezident seçiləndə bildirmişdi ki, o, hakimiyyətdə olsa idi, Rusiya ilə Ukrayna arasında müharibə olmazdı, ancaq münaqişəni 24 saat ərzində bitirmək iqtidarındadır.

Fəqət bu müddət 100 günə qədər uzandı və sülh müqaviləsi istiqamətində heç bir nəticə əldə edilmədi. ABŞ prezidenti Kəşmir bölgəsində aprelin 22-də baş verən və nəticədə Hindistan və Pakistan arasında növbəti gərginliyə yol açan qanlı hadisənin ardından bu bölgədə də sülhməramlı kimi çıxış etsə də, etinasızlıqla üzləşdi. İslamabad və Yeni Delhi atəşkəsə razılıq versələr də, qarşıdurma passiv fazada olsa belə, hələ də davam edir. Trampın Qəzza zolağında İsrail-HƏMAS münaqişəsinin həlli ilə bağlı etdiyi təklif də uğursuzluğa düçar olub və İsrail ordusu hələ də Qəzzanı bombalamağa davam edir.

Bəs Trampın sülh təşəbbüsləri niyə özünü doğrultmur və puça çıxır?

Siyasi şərhçi Oqtay Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, Donald Tramp hələ seçki kampaniyasında seçicilərinə vəd vermişdi ki, hakimiyyətə gələcəyi təqdirdə dünyaya sülh gətirəcək və müharibələri dayandıracaq:

"Təbii ki, bunlar seçki ərəfəsində verilən vədlərdir və onların hamısını reallaşdırmaq mümkün olmur. Bir çox məsələlər də var ki, onlar bəzən ümumiyyətlə ABŞ-nin istəyinə görə alınmır. Çünki Birləşmiş Ştatların öz maraqları var və ona görə də heç də konstruktivlik nümayiş etdirərək bu müharibələrin bitirilməsini istəmir. Rusiya-Ukrayna müharibəsində faktiki olaraq Donald Tramp Moskvanın maraqlarına uyğun açıqlamalar verir və nəinki Rusiyaya qarşı təzyiq edilmir, əksinə, bəzi hallarda əks-addımlar müşahidə edilir".

"Hindistanla Pakistan arasındakı münaqişənin atəşkəslə nəticələnməsində ABŞ-nin müəyyən təsirləri oldu. Amma bu yalnız Vaşinqtonun təsiri ilə baş tutmadı. Atəşkəs faktiki olaraq Pakistan ərazilərinə təcavüz edən Hindistanın İslamabaddan sərt və dəqiq cavab zərbəsi alması nəticəsində mümkün oldu. Yeni Delhi həm də biabır olmamaq üçün atəşkəsi qəbul etmək məcburiyyətində qaldı. Faktiki olaraq, ABŞ tərəfindən Hindistana ciddi təzyiqlər edilmədi, baxmayaraq ki, Hindistan 70 ildən artıqdır ki, Kəşmiri işğal edərək bölgənin muxtariyyətini ləğv edib. Ərazidə islamofobiya baş alıb gedir və müsəlmanlar sıxışdırılırlar. Halbuki, Hindistanda 200 milyondan artıq müsəlman yaşayır. Amma biz Hindistana qarşı hər hansı bir ciddi təzyiqin olduğunu görmürük. Çünki Hindistan hazırda Qərbin tərəfdaşı rolunda çıxış edir", - ekspert vurğulayıb.

Müsahibimiz əlavə edib ki, Trampın Qəzza ilə bağlı planları da məqbul variant sayıla bilməz:

"Çünki ABŞ prezidenti düşünür ki, fələstinliləri Qəzzadan köçürüb başqa ölkələrdə yerləşdirsin, ərazini də turizm bölgəsinə çevirsin. Bu da real plan deyil. Çünki atəşkəsin əldə olunması ilə bağlı ortada ciddi təzyiq yoxdur".

"Yəni Tramp administrasiyası mövcud problemlərin həlli üçün ciddi səylər göstərmir. Bu təşəbbüslər də yarımçıq olduğundan gözlənilən nəticə əldə olunmur", - deyə Qasımov fikrini yekunlaşdırıb.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 May 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri