Icma.az
close
up
RU
Trampla Putin arasında GİZLİ RAZILIQ Zelenskini Ağ Evdə hansı “sürpriz” GÖZLƏYİR?

Trampla Putin arasında GİZLİ RAZILIQ Zelenskini Ağ Evdə hansı “sürpriz” GÖZLƏYİR?

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı baş tutub. Telefon danışığı yekunlaşandan sonra Tramp danışığın təfərrüatlar barədə açıqlama yayıb.
Onun fikrincə Putinlə söhbət zamanı böyük irəliləyiş əldə olunub.
Tramp bildirib ki, o və Putin Ukrayna münaqişəsindən sonra ABŞ və Rusiya arasında inkişaf edəcək ticarət məsələlərini ətraflı müzakirə ediblər.
Həmçinin Rusiya və ABŞ prezidentləri Macarıstanda görüşmək barədə razılığa gəliblər. Bundan başqa gələn həftə Rusiya və ABŞ rəsmilərinin görüşü ilə bağlı da razılaşma olub. ABŞ tərəfini Dövlət katibi Marko Rubio təmsil edəcək. Görüş yeri isə hələlik müəyyənləşdirilməyib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığının təfərrüatlarını qismən açıqlayıb
Uşakov danışıqların təxminən iki saat yarım davam etdiyini bildirib:
“Danışıqlar çox məzmunlu xarakter daşıyıb və olduqca səmimi keçib. Xüsusi diqqət Ukrayna böhranına yönəlib. Rusiya prezidenti vəziyyəti qiymətləndirib və Moskvanın siyasi-diplomatik yolla sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb”.
Uşakovun sözlərinə əsasən, Putin qeyd edib ki, Rusiya strateji təşəbbüsə malikdir, Kiyev rejimi isə terror metodlarına əl atır və Rusiya buna cavab verməyə məcbur olur:
“Tramp isə dəfələrlə Ukraynada sülhün tezliklə bərqərar olmasının vacibliyini vurğulayıb”.
ABŞ və Rusiya liderlərinin telefon danışıqlarından sonra Tramp bu gün Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Ukrayana ilə bağlı hansısa razılaşma olubmu?
İlkin açıqlamalardan aydın olur ki, Tramp-Putin danışığında Ukrayna ilə bağlı hər hansı bir razılaşma olmayıb. Baxmayaraq ki, telefon danışığından dərhal sonra Zelenski ABŞ-a uçub.
Yəqin ki, Zelenski Ağ Evdəki görüşündə Trampadan yaxşı heç nə eşitməyəcək. Amma bunun özü də Ukrayna lideri üçün qazancdır. Çünki Trampla hər görüş Zelenski üçün yeni bir dividend deməkdir. Çox güman ki, ABŞ lideri Zelenskini əli boş yola salmayacaq. Müəyyən maliyyə və yaxud texniki yardım ayrılacaq.
Ümumilikdə isə Rusiya-Ukrayna münaqişəsinin sonlanması ilə bağlı danışmaq çox tezdir.
Tərəflərin məsələyə baxışları qətiyyən üst-üstə düşmür.
Belə ki, ABŞ və Ukrayna istəyir ki, münaqişə ən qısa zamanda dayandırılsın. Ən azından atəşkəs qaydasında. Bu onlara bir qədər nəfəs almaq və yenidən toparlanmaq üçün lazımdır.
 

Təbii ki, Rusiya da bunu yaxşı bildiyindən atəşkəs məsələsini qəbul etmir. Moskva hesab edir ki, atəşkəs dövründə Ukrayna Qərbin dəstəyi ilə yenidən toparlanar və daha böyük qüvvə ilə Rusiyaya müqavimət göstərər. Amma Putin müharibənin bitməsini istəyir. Çünki 4 ilə yaxın davam edən müharibə Rusiyanı əldən salıb. Üstəlik, getdikcə ölkə daxilində müharibə ilə bağlı narazılıqlar da artır.


Bundan əlavə, Rusiya cəbhə bölgəsində Ukrayna qarşısında böyük üstünlük qazanıb. İndi də Moskva bu üstünlüyü özü üçün dividendə çevirmək istəyir. Müharibəni bitirməklə Rusiya Ukraynanın işğal etdiyi bir çox ərazilərini əlində saxlamaq istəyir. Zelenski isə Putinin bu istəkləri ilə razılaşmır. Ona görə də münaqişənin ən azı növbəti ilin yazına qədər davam etməsi qaçılmazdır. Tramp-Putin danışıqları da bu reallığı dəyişmək iqtidarında deyil.
Bəs Tramp Putinlə nədə razılığa gəlib?
Məlumdur ki, Rusiyanın dünyanın müxtəlif bölgələrində siyasi və iqtisadi maraqları var. Bu maraqlar əksər hallarda ABŞ-ın maraqları ilə toqquşur. Məsələn Tramp Yaxın Şərqə sülh “gətirmək istəyir”. Bunun üçün İsrail və əksər ərəb dövlətləri ilə razılığa gəlib. Halbuki ərəb dövlətlərinin əksəriyyəti Rusiya ilə isti münasibətdədir. ABŞ-ın Yaxın Şərq və bütövlükdə ərəb dünyasında möhkəmlənməsi Rusiyanın maraqlarına uyğun deyil.
Digər tərəfdən ABŞ zəngin neft ölkəsi olan Venesuelanın üzərinə getməyə hazırlaşır. Halbuki bu ölkənin Rusiya ilə çox isti münasibətləri var. Dünənki telefon danışığında yəqin ki, bu məsələ də ciddi müzakirə edilib.
Bundan başqa hər ötən gün gücünə güc qatan Çin və Hindistanla bağlı məsələ də danışıqların predmetlərindəndir.
Bir sözlə, Trampla Putinin saatlarla müzakirə edəcəyi çox məsələ var. Ukrayna da həmin məsələlərdən biridir. Lakin publikanın marağını nəzərə alaraq Rusiya-Ukrayna münaqişəsi daha çox qabardılır. Amma əsas müzakirə mövzuları başqadır. Təsadüfi deyil ki, Tramp Putinlə söhbətdə böyük irəliləyişin əldə olunduğunu söyləyib.
Bəs bu irəliləyişlər hansı məsələlərdə olub?
Bax bunu yalnız Trampla Putin bilir.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Oktyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri