Icma.az
close
up
RU
Trendin kölələri və ya sabun köpüyündən gündəm

Trendin kölələri və ya sabun köpüyündən gündəm

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Böyükdən kişiyə, yaşlıdan cavana hamının maraqla baxdığı, çoxunun təkrarlamaq istədiyi gündəm - sosial şəbəkə trendləri günümüzdə dəbdir. Biri bir trend başlatsın, hamı özünü o axına qoşulmağa məcbur hiss edir. Böyük sürətlə başlayan və hər kəs tərəfindən tətbiq edilən sosial media trendlərinə yeni biri əlavə olundu. Son günlərin trendi də müəllim və şagirdlərin pilləkanlarda düzülərək qəribə pozalarda şəkil çəkdirmələri, bu görüntüləri əcaib musiqilər ilə montaj etmələridir.

Əgər trendlər üçün bir bənzətmə fikirləşsək ən uyğun ifadə “sabun köpüyü” ifadəsi olar. Yəni trend adı altında nümayiş etdirilən hərəkətlər bir anlıq məşhurluq və anında unudulan davranışlardır, eynilə üfürülən köpüyün yox çıxması kimi. Trendlərin bu dərəcədə populyarlaşması texnologiyanın inkişafı ilə bağlıdır. 3-5 il əvvələdək başqa trendlər dəb idi, gənclər şəhərdə flaşmoblar keçirirdi, rəqs edrdi və ya mahnı oxuyurdu. Bəzən kitab oxumağa təşviq, yardımlaşma temalı trendlər də gördük, amma kütlənin diqqətini çəkmədiyi üçün onlar əriyib yox oldu. Günümüzün trendi də hər gün dəyişir. Bir gün qırmızı alt paltarında foto çəkib paylaşmaq dəb olur, bir gün kamera qarşısında dirsəyini yalaya bilmək bacarığı yoxlanır, bir gün uşaqlıq fotosu nümayişi trendi dəb olur, başqa bir gün ərin gülməli vəziyyətlərdə yaxalanması, figər gün arvadın yataq halı. Məhrəm olan hər şey publik edilib, insanların "stop" düyməsi yoxdur.

Trendlər sadə bir əyləncə kimi görünə bilər, amma bu təkcə sosioloji təhlükə deyil, həmçinin iqtisadi və psixoloji təsirləri də var. Bu proses zamanı hedonizm (planlaşdırılmış həzz və ya həzzin köləsi olmaq) və narsisizm (öz maraqları üçün başqalarını istifadə edən, özünü hər şeydən əhəmiyyətli hesab edən) ön plana çıxır. Virtual məkanda insanlar bir-birini təqlid edir, virtual yamsılama üsullarından həzz alır. Günümüzdə smartfon terroruna məruz qalan nəsil var. Bu, 2000-ci ildə və ondan sonra doğulan nəsildir, fenomen videolarını təqlid edən və eyni videoları çəkməyə çalışan nəsil. Onlar texnologiyadan istifadə etməyi yaxşı bacarırlar, amma rəqəmsal savadları yoxdur. 11-12 yaşlı uşağın smartfonu anasından və atasından daha yaxşı istifadə etməsi, hər cür məlumatı rahatlıqla əldə edə bilməsi onun həmin məlumatlardan düzgün istifadə edəcəyi anlamına gəlməməlidir. O, əldə etdiyi məlumatlardan necə istifadə edəcəyi ilə bağlı məlumatlı deyil. Rəqəmsal savadlılıq təhsili uşaqlarla yanaşı ailələrinə də verilməlidir.

İndi hamı hər şeyi kamera önündə edir, özünü buna məcbur hiss edir. İnstaqramda övladının bütün məhrəmiyyətini paylaşan analar, bütün gününü kamera qarşısında keçirən gənclər, həyat yoldaşı ilə məhrəm səhnələr çəkib paylaşan kişilər. Vəziyyət o həddə çatıb ki yataq otağından belə canlı yayım açıb sosial şəbəkədə yayımlayanlar kütləviləşib. Üstəlik bu videoların hansı daha çox baxış qazanırsa, izlənirsə o trend kimi təkrarlanır. Beləcə, eyni motivli videolar internetdə ayaq açıb yeriyir.

Əvvəllər insanlar evlərində, həyatlarında etdiklərini bu qədər nümayiş etdirmirdilər. İnternetin həyatımıza girdiyi ilk illəri nəzərdə tuturam. İllər keçdikcə insanlar virtual asılılığa istiqamətləndilər, indi əksəriyyət tamamilə texno-kölədir, trendlərin əsiridir. Gündəlik həyatındakı hər addımını, yediyini, içdiyini, geydiyini kameraya çəkib paylaşanlar və özünü trendlərlə ayaqlaşmaq məcburiyyətində hiss edənlər sürətlə artır. Kamera qarşısında pul üçün soyunanlar, ədəbsiz hərəkətlər edənlər, daha çox baxış qazanmaq uğrunda bütün dəyərlərindən keçən kütlə günü-gündən böyüyür.

Gündəm, trend yaratmaq arzusunda olan, insanları təəccübləndirmək istəyən nəsil bir-biri ilə yarışa girib, əcaib geyim, qəribə makiyaj nümayiş etdirən gənclər çoxalıb. Amma insanlar unudur ki, trendlər bəzən çox təhlükəli ola bilər. Təhlükəli yerlərdə çəkilən foto-trendlər səbəbindən faciəvi şəkildə ölən, yaralanan, şikəst qalan insanların varlığından əksəriyyətimiz xəbərdarıq. Kifli fıstığın satılması da trendlər sayəsində oldu, amma əksər insan nə yediyinin fərqində olmadı. Hətta ən ağlı başında olan insanlar belə o şokoladı yeyə bilmək üçün dəridən-qabıqdan çıxdıŞ məşhurlar, sadə vətəndaşlar dayanmadanDubay şokoladı videoları paylaşdı.

Əslində, əksər trendlərin sürətlə yayılmasının kökündə qısamüddətli pul qazanmaq istəkləri dayanır. Əvvəllər imtahanlarda aldıqları qiymətlərlə, olimpiadadakı nəticələri ilə, oxuduqları kitabların sayı ilə yarışan gənclər indi paylaşdıqları foto və trendlərin bəyənmə və izləyici sayı ilə yarışır. Sosial şəbəkə kanalları monoton insanların formalaşmasına səbəb olub, elə o o insanlar da internet məkanında bir növ monopoliya yaradıblar.

İnsanlar sosial şəbəkədə etdiklərini başqalarından fərqlənmək üçün edirlər, amma əslində təqlid edirlər. Çünki indi gündəmdə olan o videolar başqalarını təqlid etməkdir. Başqa bir şəbəkə istifadəçisinin etdiyi hərəkətin eynisini etmək də internetdə trend olur. Trendlə fenomen olanlar da olur, əsl məqsəd də budur – asan yolla pul qazana bilmək istəyi. Amma hər yeni fenomen əvvəlkini unutdurur. Cəmiyyət olaraq sosial mediaya həddən artıq aludə olmuşuq. Bu vəziyyət bizi texno-qul, texnoloji kölə vəziyyətinə saldı. Trendlərə qoşulma məcburiyyəti hiss edənlərin demək olar ki, hamısı texnologiyanın köləsi olan insanlardır. İnsanlar əslində bunun zərərlərini bilirlər; amma təəssüf ki, axından geri qalmamaq istəyi güc gəlir. Yeganə həll yolu düzgün təhsil və əlbəttə ki, rəqəmsal savadlılıq haqqında məlumatlılığın aşılanmasıdır.

Yəqin ki amerikalı rəssam Endi Uorholun unudulmaz sitatını eşitmisiniz: “Bir gün hamı 15 dəqiqə məşhur olacaq”. Həmin gün dövrümüzdədir, hamı trendlərlə bir neçə dəqiqə də olsa məşhur ola bilir. Amma müəllimlərin bu trendlərə alət olması xoş mənzərə deyil. Dərs keçərkən video çəkib paylaşan, dərs prosesi boyunca gözü telefonda olan, canlı yayım açıb sinfi nümayiş etdirən müəllimlərin sayı gündən günə artır. Müəllimlər müəllim olmaqdan uzaqlaşıb tiktoker olmaq yolunda sürətlə irəliləyir. Axı siz müəllimsiniz, şoumen, fenomen deyilsiniz.

Hamının gördüyü, çoxlarının iştirakçısına çevrildiyi şokoladlı trend dəbdədir son günlər. Yaşlı-gənc bütün müəllimlərə şokolad verir şagird və tələbələr. Müəlliminə hörmət, sevgi üçün edir bəlkə də çoxları, amma bunu kameraya çəkib paylaşmaq, trend etmək lazım deyildi. 8-10 müəllimin dərs dediyi siniflərdə bir müəllimə bu jestin edilməsi digərlərinə haqsızlıq kimi qiymətləndirilə bilər onlar tərəfindən, diqqətdən-qayğıdan kənar qaldıqlarını düşünə bilərlər. Yəni dolayısı ilə müəllimlər arasına nifaq salır şokolad trendi.

Ötən il müəllimlər pilləkanlara düzülüb gözlərində eynək, əlləri qoynunda dayanıb video-foto trendinə qoşulmuşdu. Trendin mahiyyəti hələ də qaranlıq qalıb, o müəllimlər nə demək istəyirdi, bilinmir. Elmi nailiyyətlər trendinə, olimpiada trendlərinə, haqqı tapdanan həmkarınızın müdafiə trendini yaradıb ona qoşulmaq lazımdır. Sinif otaqlarından durmadan video paylaşan və bunu şagirdlərin motivasiyası üçün çəkdiyini iddia edənlər, şagirdə summativlərdə, buraxılış və qəbul imtahanlarında “necə tiktoker olmaq olar?” sualı verilməyəcək. Təhsillə verin motivasiyanı, bilik yarışları ilə, olimpiadalarla verin. Müəllimin borcu cəmiyyətə faydalı elmli, savadlı kadrlar yetişdirməkdir, sosial şəbəkə fenomeni yox.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Dekabr 2024 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see216

Daha bir türkiyəli müğənni Bakıya gəlir

31 Avqust 2025 00:02see202

Kaxaber Tsxadadze: Qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik

31 Avqust 2025 00:09see163

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see150

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see138

Gəncədə qəza olub, xəsarət alanlar var

30 Avqust 2025 22:30see134

Vüsal İsgəndərli üçün 70 dəqiqə

31 Avqust 2025 01:25see133

Dadaşovun komandası uğursuz seriyaya son qoyub

31 Avqust 2025 01:07see132

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see130

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see126

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see124

Bu ölkələr Ukraynaya əlavə HHM sistemləri verəcəklər

31 Avqust 2025 00:44see124

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see121

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see119

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see118

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see118

İnflyasiyaya təsir edən amillər: İdxal edilən məhsulların qiymətləri, yoxsa tələbatın artması?

30 Avqust 2025 23:38see118

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see118

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri