TRIPP Laçın dəhlizinin analoqudur? RƏSMİ CAVAB
Modern.az saytına istinadən Icma.az xəbər verir.
TRIPP-in hərbi baza və ya ayrıca ərazi olmadığı, layihə çərçivəsində hər hansı xarici dövlətin təhlükəsizlik mövcudluğunun nəzərdə tutulmadığı bildirilib.
Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı Milli Assambleyanın Xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan deyib.
Ermənistan rəsmisi TRIPP layihəsi ətrafında yaranan müzakirələrə münasibət bildirərək onun mahiyyətinin düzgün təqdim edilməsinin vacibliyini vurğulayıb.
“TRIPP infrastruktur layihəsidir. Dünənki müzakirələrin, xüsusilə də “Hayastan” blokunun səsləndirdiyi sualların kontekstində belə təsəvvür yarandı ki, TRIPP Laçın dəhlizi kimi bir şeydir. Lakin bu belə deyil”, - Xandanyan bildirib.
Onun sözlərinə görə, layihə ilə bağlı indiyədək açıqlanan sənədlər də TRIPP-in ayrıca ərazi və ya hərbi obyekt olmadığını göstərir.
“Bunu TRIPP haqqında indiyədək dərc olunmuş bütün sənədlər, eləcə də parlamentin müzakirə edəcəyi razılaşma təsdiqləyir”, – Ermənistan rəsmisi qeyd edib.
Xandanyanın açıqlaması TRIPP-in regional kommunikasiyaların inkişafı kontekstində hansı statusa malik olacağı ilə bağlı müzakirələr fonunda səslənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 14 Avqust 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















