TRIPP layihəsi ilə yeni nəqliyyat dəhlizi yaradacağıq İlham Əliyev
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
“Azərbaycanla qardaş Türkiyə arasında çox sıx müttəfiqlik münasibətləri qurmuşuq”.
Türkiyəyə böyük investisiyalar yatırmışıq. Türkiyəyə investisiyalarımız 20 milyard ABŞ dollarından çoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında deyib.
Dövlət başçısı Azərbaycanın Gürcüstanın da ən böyük investorlarından olduğunu bildirib.
“TRIPP layihəsi ilə biz Asiyadan Xəzər dənizi üzərindən, Azərbaycan, Ermənistan, Azərbaycanın bir hissəsi olan Naxçıvan, Türkiyə və Gürcüstandan keçən mövcud dəhlizlərə əlavə olaraq yeni bir nəqliyyat dəhlizi yaradacağıq. Beləliklə, marşrutlar nə qədər çox olarsa, istehlakçılar, təchizatçılar, tranzit ölkələr üçün bir o qədər yaxşıdır. Beləliklə, biz bir ölkə olaraq həmişə regional gündəliyimizə diqqət yetiririk”, – deyə dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev paralel şəkildə gedən Ermənistan-Azərbaycan və Türkiyə-Ermənistan normallaşma prosesinin mütləq Türkiyə ilə Ermənistan, Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlərin qurulması ilə başa çatacağını söyləyib: “Bununla eyni zamanda geniş coğrafi ərazini, Avrasiyanın bir hissəsini dəyişdiririk. Bu da bağlantı, enerji təhlükəsizliyi, sülh, sabitlik üçün çox vacibdir və uzunmüddətli müharibələrin və münaqişələrin tərəfdaşlığa və əməkdaşlığa necə çevrilə biləcəyinin nümunəsini göstərir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 20 Yanvar 2026 22:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















