Icma.az
close
up
RU
Tuğra xanımın şərəfinə inşa olunan Xan sarayı

Tuğra xanımın şərəfinə inşa olunan Xan sarayı

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Lənkəran, 16 may, İlkin Adıyev, AZƏRTAC

Talış xanlarının soyundan olan Mirəhməd Xan Talışlı 1913-cü ildə Tiflisdə keçirilən gözəllik yarışmasında birinci yerə çıxan həyat yoldaşı Tuğra xanımın şərəfinə Lənkəranın mərkəzində möhtəşəm bir ev tikdirir. Bu bina Lənkəranda inşa edilən ilk çoxmərtəbəli tikili olmaqla yanaşı, həm də elektrik və mərkəzləşdirilmiş isitmə sistemi ilə təmin edilən ilk ev kimi tarixə düşür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, binanın layihəsini fransız və italyan memarlar hazırlasalar da, tikilidə Azərbaycan milli memarlıq üslubunun cizgiləri də açıq-aşkar hiss olunur. Binanın şimal və qərb fasadları qırmızı kərpic və ağ işləməli daşla inşa edilib, şərq və cənub tərəfləri isə yalnız qırmızı kərpiclə hörülüb. İkinci və üçüncü mərtəbələrdə yerləşən rəngli şəbəkə pəncərələr yoldan keçənlərin içəriyə baxmasına imkan verməyib və xanım Tuğranı belə demək mümkünsə, yad baxışlardan qoruyub.

Xanın sarayı 12 otaqdan ibarətdir. Birinci mərtəbədə Mirəhməd xanın qəbul otağı və qonaq otağı yerləşir. İkinci mərtəbə Tuğra xanımın şəxsi otaqlarına ayrılır. Üçüncü mərtəbədə isə mühafizəçilərin yerləşdiyi və silah anbarı kimi istifadə olunan otaqlar var.

Mirəhməd xan vəfat edəndən sonra ev sovet hökuməti tərəfindən müsadirə olunub, Tuğra xanım evdən çıxarılıb. O, Bakıya köçüb və ömrünün sonuna qədər orada yaşayıb. Kimliyini gizlətməyə məcbur olan Tuğra xanım bir müddət sadə həyat sürüb, hətta xadimə kimi də çalışıb.

Sovet dövründə Xan sarayı dövlət obyekti, daha sonra isə Şəhər Sovetinin binası kimi istifadə olunub. Bu illər ərzində Tuğra xanımın cehizi olan yeddi Venesiya güzgüsündən altısı itib. Yalnız 1990-cı illərdə onlardan üçü binaya qaytarılıb.

Hazırda bu tarixi binada Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri