Icma.az
close
up
RU
Tural Abbaslı: Biz sülh müqaviləsinin imzalanmasının tərəfdarı deyilik SÖHBƏT

Tural Abbaslı: Biz sülh müqaviləsinin imzalanmasının tərəfdarı deyilik SÖHBƏT

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Ermənistanın Maliyyə Nazirliyinin rəhbəri Vahe Hovhannisyan parlament komissiyalarında büdcə dinləmələri zamanı deyib ki, müdafiəyə 1,7 milyard dollardan çox vəsait xərclənəcək.

O bildirib ki, müdafiə xərcləri dövlət büdcəsinin ən mühüm hissəsidir:

"Bu xərclər ölkənin bütün potensialını cəmləşdirir və bu, təhlükəsizliyin möhkəmləndirilməsi üçündür. Hərbi büdcənin 55,8 faizi müdafiə sənayesinin payına düşəcək."

Qeyd edək ki, müdafiə xərclərinə 1,7 milyard dollardan artıq pul ayrılması Ermənistan tarixində rekord göstəricidir.

"Sherg.az"ın budəfəki müsahibi Ağ Partiya sədri Tural Abbaslıdır. O, mövzu ilə bağlı suallarımızı cavablandırarkən bildirib ki, Azərbaycan Qafqazda lider ölkə statusunu qorumaq üçün hansı tədbirlər lazımdırsa, dərhal həyata keçirilməlidir.

-Tural bəy, Ermənistanın müdafiə büdcəsini rekord səviyyədə artırması Azərbaycan üçün hansı təhlükəsizlik riskləri yarada bilər?

-Qarabağ müharibəsindən sonra Ermənistan beynəlxalq aləmdə özünü sülhpərvər bir dövlət kimi təqdim etməyə çalışır. Paşinyan az qala "sülh göyərçini" kimi bütün Avropa ölkələrinə səfərlər edib. Lakin onların əməlləri sözləri ilə uyğun gəlmir. Əksinə, Ermənistan tarixində ən yüksək hərbi büdcə olan 1,7 milyard dolları təsdiqləyərək silahlanır. Bu isə Ermənistanın sülh prosesinə yalnız vaxt qazanmaq üçün yanaşdığını düşündürür. Elə buna görədir ki, Azərbaycan 2025-ci ildə müdafiə xərclərinin 8,4 milyard manata çatdırılaraq silahlanma yarışında geriyə düşmək istəmir. Bu, rəsmi Bakının regional lider mövqeyini qorumaq və təhlükəsizliyini təmin etmək üçün atdığı zəruri addımdır.

-Sülh danışıqları bu vəziyyətdə hansı istiqamətə yönələcək?

-Açığı deyim ki, mən Ermənistanla hər hansı bir sülhün imzalanmasına tərəfdar deyiləm. Çünki qalib və məğlub arasında sülh imzalanmır, birtərəfli razılıq əldə olunur. Bu razılaşmada da şərtləri qalib tərəf diktə edir. Necə ki, Birinci Dünya Müharibəsindən sonra qaliblərin diktəsi ilə dünya nizamı formalaşdı, İkinci Dünya Müharibəsindən sonra yenə də qaliblərin iradəsi ilə dünyanın siyasi xəritəsi yenidən cızıldı, məğlub olan tərəflər – Almaniya və Yaponiya kimi – qaliblərin şərtlərini qəbul etdilər. Eyni şəkildə, Ermənistan da Azərbaycanın şərtlərini qəbul etməlidir. Lakin hazırda Ermənistan tərəfindən başladılan kampaniya Azərbaycanın "aqressiv ölkə" olduğu görüntüsü yaratmağa çalışır. Bu, beynəlxalq ictimaiyyətin gözündə Azərbaycanın mövqeyini zəiflətmək məqsədi güdür. Azərbaycan iqtidarı isə beynəlxalq təzyiqlərdən yayınmaq üçün sülh imzalamağa çalışır. Biz isə müxalifət partiyası olaraq Ermənistanla hər hansı bir sülh müqaviləsinin imzalanmasını mənasız hesab edirik. Çünki ermənilər indiyədək heç bir razılaşmaya sadiq qalmayıblar. Xüsusilə də 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın bəndlərinə əməl etməmələri bunu bir daha sübut edir. Ehtimal olunan növbəti sülh müqaviləsi də bənzər aqibətlə üzləşəcək. Ermənistan sülh müqavilələrini sadəcə vaxt qazanmaq üçün bir vasitə kimi istifadə edir.

-Ermənistanın müdafiə büdcəsindəki artıma qarşı rəsmi Bakı əlavə tədbirlər görməlidirmi?

-Azərbaycan Ermənistanın atdığı hər bir addımı diqqətlə izləməli və uyğun addımlar atmalıdır. İstər müdafiə və hücum sistemlərinin möhkəmləndirilməsi, istərsə də Qafqazda lider ölkə statusunun qorunması üçün hansı tədbirlər lazımdırsa, dərhal həyata keçirilməlidir. Doğrudur, silahlanma yarışı tarixdə heç bir ölkəyə uzunmüddətli uğur gətirməyib. Amma bu yarışı başlayan tərəf biz deyilik.

-Qərb qonşumuzun silahlanmasının arxasında hansısa xarici qüvvələrin təsiri dayanır?

-Əlbəttə ki, burada xarici qüvvələrin təsirini görməmək mümkün deyil. Heç digər dövlətlərin fəaliyyətinə yox, Fransanın proseslərdəki mövqeyi göz önündədir. Mən düşünürəm ki, Ermənistan tarixi rolunu yenidən oynayır. Əvvəllər Rusiyanın əlində maşa idi, indi isə Qərbin. Təbii ki, İran da, Türkiyə ilə regional rəqabətinə görə Azərbaycana qarşı mövqe nümayiş etdirir. Düşünün, elə vəziyyət yaranıb ki, İran, Azərbaycanın güclənməsinə mane olmaq üçün Ermənistan sərhədlərini öz "qırmızı xətti" elan edib. Sözügedən güclərdən başqa Hindistan, Yunanıstan və digər dövlətlər Ermənistanı dirçəltmək, gücləndirmək üçün əllərindən gələni edirlər. Hesab edirəm ki, həmin ölkələrə xəbərdarlıq edilməli və konkret şərtlər irəli sürülməlidir.

-Bəs bu Azərbaycanın digər ölkələrlə münasibətlərinin pozulmasına səbəb olsa?

-Əgər kimlərsə perspektivsiz və daim böhran içində olan Ermənistana görə Azərbaycanla münasibətlərini pozmağa hazırdırsa, bu, onların seçimidir.

-Rəsmi İrəvanın silahlanmağa daha çox maliyyə ayırması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinə necə təsir edəcək?

Təbii ki, mənfi. Bu, sülh prosesinə də ziyan vuracaq. Yaxın gələcəkdə Ermənistanın taleyi heç də parlaq görünmür. Buradan Ermənistandakı siyasətçilərə bir çağırış etmək istəyirəm: əgər 1,7 milyard dollarınızı silahlanmaya yox, öz iqtisadiyyatınıza, xalqınızın rifahına və sosial şəraitin yaxşılaşdırılmasına sərf etsəniz, daha faydalı olar. Çünki Ermənistan nə Azərbaycanla hərbi yarışda ayaqlaşa bilər, nə də Azərbaycanın qarşısında duruş gətirə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Yanvar 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see179

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see136

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see132

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see125

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see124

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see123

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see123

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see122

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see122

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri